“O, bu roluna görə Rusiya rəhbərliyindən layiqli mükafatını alıb”
Tarix: 2-05-2018, 08:29 | Çap et
Rusiyada yaşayan kinorejissor Rüstəm İbrahimbəyov uzun zamandan sonra sükutu pozaraq mətbuata açıqlama verib. Modern.az-a danışan Milli Şuranın fəxri sədri bir sıra diqqətçəkən açıqlamalar verib.
2013-cü ilin prezident seçkiləri ərəfəsində siyasət aləminə atılan və Rusiyanın projesi olan Milli Şuraya rəhbərlik edən kinorejissor siyasətdən tamam uzaq olduğunu söyləyib. Sitat: “2013-cü ildə siyasətə qatılmağım bir təsadüf idi. Həmin ildə siyasətə qatılmağımla bağlı təəssüfedici məqamlar da var. Mənim siyasətə qatılmağım müxalifəti birləşdirmək missiyası daşıyırdı. Təəssüf ki, müxalifət heç zaman birləşə bilmədi”.
R.İbrahimbəyov Azərbaycan üçün darıxdığını, lakin ölkəsinə gəlməyə maraqlı olmadığını da bildirib.
Kinorejissorun bu açıqlamaları heç də birmənalı qarşılanmayıb. Xüsusilə onun siyasətə təsadüfi gəlişi, bu gəlişində təəssüfedici məqamların olduğu, eləcə də müxalifət barədə dedikləri ilə bağlı müxtəlif mövqelər var.
2013-cü ildə Milli Şuranın aparıcı fiqurlarından olan AĞ Partiya başqanı Tural Abbaslı kinorejissorun dediklərinə bu cür şərh verdi: “Milli Şuranın formalaşmasında, istərsə də sonrakı dönəmlərdə birbaşa iştirak etmişəm və rəhbərliyində olmuşam. Hələ o zamandan Rüstəm İbrahimbəyovun siyasətdən kənar biri olması, insan kimi qeyri-stabilliyi və ən əsası siyasətə yanaşmasındakı səhlənkarlığı barədə öz fikirlərimi daim səsləndirmişəm. 2013-cü ildə siyasi proseslərə təsadüfən gəlmiş birinin namizədliyini dəstəkləməkdənsə, o zaman təmsil olunduğum partiyanın rəhbərinin namizəd olmasını istəyirdim. Təəssüf ki, həm o namizədin özünün namizədlikdən geri çəkilməsi, həm də həmin dönəmdə müxalifət arenasında süni şəkildə yaradılmış basqı mühiti nəticəsində partiya olaraq incəsənət adamının namizədliyini dəstəkləməyə məcbur olduq. İbrahimbəyovun o zaman bu oyunda aktyor olduğuna görə təəssüfləndiyinə qətiyyən inanmıram. O, bu roluna görə əminəm ki, Rusiya rəhbərliyindən layiqli mükafatını alıb. Bu hadisədən biz Azərbaycan müxalifəti olaraq dərs çıxarıb, belə insanları dəstəkləməklə insanların onsuz da az olan ümidlərini qırmamalıyıq. İbrahimbəyovun siyasətdən nə qədər kənar biri olduğu ”Müxalifəti birləşdirə bilmədim" cümləsindən açıq görünür. Adam hələ də bilmir ki, o zaman Milli Şura demək olar Azərbaycanın bütün müxalifətini bir araya gətirmişdi. Bu şəxs müxalifətin o birliyini görməyibsə, deyəcəyim nəsə yoxdur. Bu insan qısamüddətli həbsdən çəkinərək Bakıya gəlmədi, onu dəstəkləyən qurumun başına keçməkdən qorxdu. Təbii ki, siyasi arenada hər zaman İbrahimbəyov kimi avantüristlərin peyda olma şansları var. Ancaq müxalifətdəkilər olaraq bizlər məsuliyyətimizi anlamalı və belə təsadüfi, sözün həqiqi mənasında, aktyorlara meydan verməməliyik".
Yarandığı ilk günlərdən Milli Şuraya qarşı olan VİP sədri Əli Əliyev yenə də əvvəlki mövqeyində qalır: “İlk gündən İbrahimbəyov üzərində qurulan Milli Şura oyununa etiraz etmişəm. Bəlkə də müxalifət düşərgəsində tək şəxs olmuşam ki, Kremlin hazırladığı layihəyə açıq etiraz etmişəm. 2013-cü illə bağlı İbrahimbəyov bir sıra məsələlərdə yanlışa yol verir. Yaşlı adamdır. Siyasətçi də deyil, aldana da bilərdi. Müşahidələrim deyir ki, şəxsi eqosu onu bu yola salmışdı. O, prezident İlham Əliyevlə şəxsi münasibətlərinin pozulması dalğasında gücünü hesablamadı. İbrahimbəyov ”qisas" əməliyyatına tədbirli girişmişdi. Projenin keçərli olması üçün “Milyarderlər İttifaqı” formalaşdırılmış, Putinin nəzarətində olan Azərbaycan əsilli oliqarxlar o quruma daxil edilmişdi. İttifaq pul kisəsi olmalı idi. Müxalifəti bu prosesə cəlb etmək üçün İbrahimbəyov özünü milyarderlərin Bakı koordinatoru kimi cəmiyyətə təqdim etmişdi. Üstəgəl, prosesdə üçüncü cinah funksiyasına Kremlin hakimiyyət daxilində təşəkkül tapmış “5-ci kolon”u da dövriyyədə idi. Mövsümi fəaliyyətlə məşğul olan bu şəxs İbrahimbəyov, “5-ci kolon”, müxalifət, milyarderlərlə çarpaz əlaqələr qurmaqda canfəşanlıq edənlərdən idi. Bir sıra faktları çılpaqlaşdırmaq istəmirəm. Bu minvalla İbrahimbəyov siyasi ssenarisinin iflasa uğradığını görüb geri çəkildi. Yoxsa müxalifətin birləşməməsi bəhanədir. Müxalifətə gəldikdə isə, onu deyə bilərəm ki, ola bilər müxalifət bu layihəyə baş vuran zaman Moskvanı aldatmaq istəyirdi. Ömürlərini müstəqilliyimizə, azadlığa həsr etmiş şəxslərin belə asanlıqla sapmalarını düşünmürəm. Lakin o zaman da, indi də hesab edirəm ki, bu fikirdə olanların qosqocaman imperiyanı aldatmağı mümkünsüz sayıram. Rüstəm İbrahimbəyov nümunəsi və onun belə açıqlamaları bir daha göstərir ki, təsadüfi adamların böyük siyasətə həlledici şəxs kimi qoşulması yanlışdır. Siyasət peşəkarların sənətidir. Duyğusallıq burada keçərli deyil. Siyasətçi rasional olmalı, melanxolik hisslərə mübtəla olmamalı, romantizmdən əziyyət çəkməməlidir. Gələcəkdə keçmişin səhvlərindən öyrənərək, təsadüflərə yol vermək olmaz. Siyasətçilərin əksəriyyəti İbrahimbəyovun ssenarilərini yazmaq imkanından məhrum olduğu qədər, İbrahimbəyov və onun kimi digərləri də ən zəif peşəkar siyasətçinin qərarlarını qəbul edə bilməzlər. Siyasi mübarizədə hərənin öz yeri olmalıdır. Ziyalılar istənilən millətin vicdanı, səsi, beyni və ideyası olmalıdırlar. Təbii ki, əgər özlərini ziyalı kimi dərk edirlərsə...". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
|