Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                 

“Bundan sonra iqtidar və müxalifət arasında normal, sivil dialoq mühitinin yaranması mümkündür”
Tarix: 21-04-2018, 09:45 | Çap et
“Bundan sonra iqtidar və müxalifət arasında normal, sivil dialoq mühitinin yaranması mümkündür”
Azərbaycan hakimiyyətinin ona rəqib olan ənənəvi müxalifəti düşüncəsindən sildiyi, bu düşərgəyə rəqib kimi baxmadığı göz önündədir. Xüsusilə milli azadlıq hərəkatının şinelindən çıxanları iqtidar ən çox ciddiyə almır. Hökumət təmsilçilərinin zaman-zaman verdikləri açıqlamalarda bu, açıq şəkildə görünür.

Prezident İlham Əliyevin aprelin 18-də keçirilən inauqurasiya mərasimindəki çıxışı zamanı da bu bir daha özünü göstərdi.

Sitat: “Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.

Bütün bunlar onu göstərir ki, hakimiyyət də ona rəqib düşərgədə yeni qüvvələrin önə çıxmasında maraqlıdır. Bu, 11 apreldəki prezident seçkilərində bir daha özünü büruzə verdi. İqtidar ənənəvi müxalifətlə bütün körpülərin yandığını yaxşı anlayır, münasibətlərin isə düşmənçilik səviyyəsində olduğunu bilməmiş deyil. İqtidar tərəfindən yeni müxalif qüvvələrə münasibətdə də müsbət rüşeymlər görünməkdədir. Bu isə ümidlənməyə əsas verir ki, hazırda müxalif vitrinə təzə çıxan qüvvələrlə hakimiyyət arasında yaxın gələcəkdə normal iqtidar-müxalifət münasibətləri yaradıla bilər.

Müxalif yeni qüvvələrin öncüllərindən sayılan AĞ Partiya sədri Tural Abbaslı bildirdi ki, hakimiyyətin ənənəvi müxalifətə olan münasibəti açıq şəkildə sezilir: “Bunun siyasi və ya şəxsi səbəblərdən yaranması barədə konkret nəsə demək çətindir və eyni zamanda anlaşılmazdır. Çünki siyasi münasibətlərdə belə yanaşmalar qəti yolverilməzdir. Bu yalnız iqtidarın müxalifətə münasibətinə aid deyil, həmçinin də müxalifətin iqtidara münasibətində siyasi rəqabətdən və siyasi rəqibdən daha çox şəxsi düşmənçilik prinsiplərinin yürüdülməsi qəbul olunan deyil. Siyasi mübarizənin siyasi düşmənçiliyə çevrilməsi inkişafa və islahatlara böyük zərbə olur. Belə ki, bu zaman iqtidar, müxalifət və xalq arasında dərin uçurumlar yaranır. Bu uçurumlar isə dövləti xarici müdaxilələr qarşısında zəif duruma salır. Bir sözlə belə düşmən münasibətlərinin zərərini iqtisadi, siyasi, təhlükəsizlik və s. baxımından dövlət və xalq çəkir. Əgər hakimiyyət bu və ya digər səbəblərdən köhnə müxalifətlə işləmək istəmirsə və yeni güclü, sağlam, müstəqil müxalifətin formalaşmasını istəyirsə, ilk növbədə, özünün müxalifətə münasibətini dəyişməlidir. Müxalifəti siyasi sistemin ayrılmaz və labüd hissəsi kimi qəbullanmalı və bundan irəli gələn addımları gecikdirmədən atmalıdır. Artıq bundan sonra iqtidar və müxalifət arasında normal və sivil dialoq mühitinin yaranması mümkündür. Dialoq təklifləri ilk növbədə hakimiyyətdən gəlməlidir. Bu dialoqlar xalqa açıq və şəffaf olmalıdır ki, dialoqun tərəfləri ictimaiyyət qarşısında alnıaçıq olsun. Yəni yersiz ittiham və suçlamalara məruz qalmasın. Ümumiyyətlə, dialoqlar olmamasının özü anormallıqdır. Dünyanın bütün digər dövlətlərində belə dialoqlar mütəmadi olur və ictimaiyyət tərəfindən artıq norma kimi qəbul olunur”.

Partiya sədri fikirlərinə bu cür davam etdi: “Meydan hərəkatından üzü bəri gələn köhnə müxalifətin siyasi səhnədən getməsi hakimiyyətin müdaxiləsi ilə deyil, təbii yolla baş verməlidir. Ümumiyyətlə, müxalifətin formalaşmasına və fəaliyyətinə hakimiyyət birbaşa və dolayısı ilə müdaxilə etməməlidir. Müxalifət sağlam, təbii rəqabət vasitəsi ilə formalaşmalı, güclənməli və ya siyasi səhnədən silinməlidir. Hesab edirəm ki, bu gün müxalif arenada belə anormallığın və qarışıqlığın yaranma səbəbi iqtidarın bu qanada yersiz və kobud təsirləri sayəsindədir. Mən əminəm ki, hakimiyyət bütün müxalifətə qanunvericiliklə nəzərdə tutulmuş normal fəaliyyət imkanı yaratsa, AĞ Partiya kimi yeni siyasi qüvvələr öz real gücünü göstərə biləcək. Biz sağlam və normal fəaliyyət mühiti istəyirik. Bu baş verərsə sağlam rəqabət kimin səhnədə qalmalı, kimin siyasi səhnədən silinməli olduğunu özü müəyyənləşdirəcək. Biz AĞ partiya olaraq belə bir rəqabətdən qətiyyən qorxumuz yoxdur. Hakimiyyət də unutmamalıdır ki, əgər o yerli və milli müxalifətə fəaliyyət imkanı tanımasa, bu yeri xarici qüvvələrə və güc mərkəzlərinə xidmət edən antimilli qüvvələr tutacaq. Belə hal isə nəinki hakimiyyətin maraqlarına daha çox dövlət maraqlarına uyğun deyil. Hər bir dövlətin milli təhlükəsizlik strategiyasında milli müxalifət anlayışının xüsusi çəkisi və önəmi var. Ən azından qardaş Türkiyədə gördük ki, həlledici məqamda müxalifətin iqtidarla bir araya gələ bilməsi qabiliyyətinə görə dövlətçilik xilas oldu. Bir anlıq düşünsək ki, həmin an milli deyil xarici güc mərkəzlərinə bağlı müxalifət güclü olsaydı, o zaman Türkiyənin taleyi necə olardı. Dövlətçiliyi düşünən hər bir iqtidar milli və güclü müxalifətin mövcudluğunda maraqlı olmalıdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru