Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                 

"Biz bunu çözmək əvəzinə düşmüşük Elman Rüstəmovun üstünə ..." - deputat
Tarix: 4-04-2018, 08:47 | Çap et
"Biz bunu çözmək əvəzinə düşmüşük Elman Rüstəmovun üstünə ..."
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb. Onunla müsahibənin ikinci-sonuncu hissəsini oxuculara təqdim edirik:

Müsahibənin əvvəlini bu linkə daxil olmaqla oxumaq olar--- moderator.az/news/219423.html

- Sizcə Azərbaycana qarşı körüklənən bu şər-böhtan kampaniyasına nə zaman son qoyulacaq?

- Ehtimal edirəm ki, prezident seçkilərindən sonra bu proses səngiyəcək və aprel ayının sonlarına doğru bu məsələlər tamamilə dayanacaq. Bir daha bəlli olacaq ki, bu doğrudan da prezident seçkilərinə mane olmaq üçün bir kampaniya idi.

- Fəzail müəllim, nə zamansa prezidentliyə namizəd olmusunuz?

- Xeyr.

- Necə düşünürsünüz, prezidentin siyasətini ikiəlli dəstəkləyən şəxsin və ya şəxslərin sonradan prezidentliyə namizəd kimi zühur etməsi nə dərəcədə məntiqlidir?

- Mənim yanaşmam tamamilə fərqlidir. Partiyamızın xətti və bu xəttə söykənən ənənəsi ondan ibarətdir ki, Azərbaycanın dövlət başçısı güclülərin ən güclüsü olmalıdır. Biz vaxtilə seçimimizi ulu öndər Heydər Əliyev üçün etmişdik, 2003-cü ildən də seçimimiz İlham Əliyev olub. Ana Vətən Partiyasının sədri kimi mən 1999-cu ildə İlham Əliyev haqqında “İlham Əliyev böyük siyasətdə: Reallıqlar və perspektivlər” adlı ilk kitab buraxdım. 2003-cü ilə qədər onun fəaliyyətinin bütün istiqamətlərini əks etdirən 12 cildlik kitab və daha iki monoqrafiya – “Dövlətçiliyimizdə İlham Əliyev mərhələsi” 2005-ci ildə nəşr olundu və növbəti kitab da Sankt-Peterburqda rus dilində “Prezident reformator” nəşr olundu. Bizim seçimimiz İlham Əliyevdir. Biz İlham Əliyevi Azərbaycan siyasi palitrasında ən güclü siyasi fiqur kimi qiymətləndirmişik, dəyərləndirmişik və İlham Əliyev də peşəkar fəaliyyəti ilə bunu təsdiq edib. O nəinki Azərbaycan cəmiyyətində, həm də dünya miqyasında da sayılıb-seçilən liderlərdən biridir.

- Ölkənin istənilən vətəndaşından soruşsan ki, məmləkətin iki böyük dərdini söylə, düşünmədən Qarabağı və bank kreditlərinin adını çəkəcək. Vaxtilə bank sektoru iki sarsıdıcı devalvasiya zəlzələsindən lərzəyə gələndə ölkə başçısı müvafiq qurumlara və səlahiyyətli şəxslərə təcili tədbirlər görülməsini tapşırdı. Amma real mənzərə budur ki, ölkədə banka borcu olmayan adam qalmayıb, problemli kreditlərsə 2 milyardı haqlayıb. Görünən odur ki, vəziyyəti stabillşdirmək hələ də mümkün olmayıb. Əhali ümid edirdi ki, hökumət tərəfindən seçkilər ərəfəsi hansısa yumşaldıcı addımlar atılacaq. Heç olmasa seçkilərdən sonra bu istiqamətdə Milli Məclisdə dinləmələrin keçirilməsinə necə baxırsınız?

- Mən sizinlə tamamilə şərikəm. Bu çox ciddi problemdir. Milli Məclisdə dəfələrlə bunun üzərində dayanmışıq. Həm plenar iclaslarda da, həm hökumətin hesabatı zamanında da bu problemlər bir daha önə çəkildi. Təəssüf edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası öz üzərinə düşən funksiyanı yerinə yetirə bilmir. Etiraf etməliyik ki, həmin qurumdan cəmiyyətin və dövlət başçısının gözləntiləri konkret nəticələrini vermədi. Məndə olan məlumata görə bu qurum nəinki bank sektorunda yaşananlara adekvat reaksiya verərək vəziyyətin stabilləşdirilməsinə çalışır, əksinə, həmin qurumun özündə də ikihakimiyyətlilik hökm sürür və xoşagəlməz çəkişmələr, intriqalar var. Belə olan yerdə də təbii ki, proseslərə nəzarətdən, vəziyyəti stabilləşdirməkdən, bizim hamımızı çox ciddi narahat edən durumdan çıxış yollarının tapılmasından söhbət gedə bilməz. Bu çox böyük təəssüf doğurur. Məncə prezident seçkilərindən sonra ilk olaraq məhz bu məsələyə də aidiyyatı qurumlar aydınlıq gətirməli, nəhayət MBNP-nin intriqadan uzaq işlək bir quruma çevrilməsi üçün konkret addımlar atılmalıdır. Bu mənim birmənalı mövqeyimdir. Digər tərəfdən problemlərin həllindən söhbət getdikdə kommersiya banklarının özündən də bir tərpəniş və dalana dirədikləri on minlərlə vətəndaşımızın acınacaqlı durumuna biganə qalmama təşəbbüsləri də hiss edilməlidir. Nəzərə almaq lazımdır ki, yaranmış durumda onların da buraxdığı çoxsaylı səhvlər, aşırı tamahkarlıqları, cüzi faizlərlə əmanət götürərək ağılasığmaz faizlərlə vətəndaşın olan-qalanını əlindən sümürüb almaq siyasəti sonda belə bir aqibəti qaçılmaz edirdi və etdi də. Məhz bankların bu cür Allahsız, heç bir məntiqi izahı olmayan anormal davranışları indi bumeranq kimi qayıdıb onlırın özünə zərər vurmağa başlayıb. Mən belə hesab edirəm ki, ölkənin sürətli inkişafına nail olunması üçün seçkilərdən sonra hökumət ilk növbədə ölkənin bank-maliyyə sistemindəki bu xaosu, sistemsizliyi aradan qaldırmağın qayğısına qalmalıdır. Baxmyaraq ki, mənim şəxsi qənaətimə görə, maliyyə naziri Samir Şərifov kimi peşəkar bir nazirin dövlətimiz və dövlətçiliyimiz qarşısında tarixi xidmətlərinin nəticəsidir ki, bu gün Azərbaycanın maliyyə sistemində hərc-mərclik, anarxiya, dövlət vəsaitlərinin talan edilməsi halları yoxdur. Biz bəzən Mərkəzi Bankın sədri Elman Rüstəmovu da yeri gəldi-gəlmədi tənqid atəşinə tuturuq. Amma Mərkəzi Bank olaraq onun kommersiya bankları üzərində Domokl qılıncı kimi hər hansı təsir-təzyiqetmə imkanları da yoxdur. Bir peşəkar bankir kimi onun da xidmətləri kifayət qədərdir. Heç vaxtilə də Elman Rüstəmovun kommersiya banklarına nəzarət etmə səlahiyyəti yox idi. Sonradansa biz qanun qəbul edərək MBNP adlı quruma həvalə etdik bütün bu işləri. Nə yazıq ki, dediyim kimi bunlar da öz işləri ilə məşğul olmur. Biz bunu çözmək əvəzinə düşmüşük Elman Rüstəmovun üstünə ki, niyə vəziyyət gəlib bu həddə çatıb.

- Milli Məclisdəki çıxışınızda növbəti dəfə Qarabağ məsələsinə toxundunuz və bir daha sülh danışıqları ilə ermənilərin torpaqlarımızdan çəkilməyəcəyini bildirdiniz. Amma məsələnin bir anormal tərəfi də var və mən dünyanın mövcud şərtlərini və Domokl qılıncı kimi hər zaman başımızın üstündən asılmış Rusiya faktorunu da nəzərə alıram. Amma bütün bu maneələr bizi torpaqlarımızı işğaldan azad etməyimizdə çəkindirici faktor olmamalıdır. Bir halda ki, biz addımbaşı Azərbaycan ordusunun regionun ən güclülərindən biri olduğunu deyirik və ümid edirik ki, elə reallıqda da belədir, o zaman sual yaranır ki, bu cür güclü ordu özündən 5 dəfə zəif işğalçı ordunun niyə burnunu birdəfəlik ovmur? Birdəfəlik ovması bir yana, heç olmasa növbəti əməliyyatlarda bircə rayonu, yaxud bir rayonun 5-cə kəndini ala və dünyaya sübut edə bilmir ki, işğalçını himayə etməkdən imtina etməlsələr, məsələ başqa cür olacaq.

- Mən o fikirdəyəm ki, ermənilər heç zaman sülh yolu ilə torpaqları qaytarmayacaq. 200 ildən üzü bəri onlar bəlli himayədarlarının hərtərəfli köməyi ilə Azərbaycanın halalca torpaqlarını zəbt edə-edə gəlirlər. Bir daha vurğulamağa ehtiyac yoxdur ki, indiki Ermənistanın da bütünlüklə ərazisi Qərbi Azərbaycan torpaqlarıdır. Amma üstündən yüz il keçəndən sonra bunlar artıq Qarabağa iddia etdilər, bu iddiaların miqyası heç Qarabağla da məhdudlaşmır. Bunlar o qədər azğınlaşıblar ki, hətta Bakıya da iddia edirlər. Bəli, doğru deyirsiniz ki, nəhayət bunların burnunu birdəfəlik ovmaq lazımdır. 200 ildir biz onların təhdidləri, təzyiqləri ilə üz-üzəyik, torpaqlarımız da işğal oluna-oluna azalır. Biz nəhayət tarixi ədaləti bərpa etməliyik və özü də bunu gələcək nəsillərə həvalə etməməıliyik. Bunun üçün Azərbaycanın yetərincə gücü və qüdrəti də var. Mən burda açıqlamaq istəmirəm, ancaq konkret arqumentlərə və faktlara malikəm ki, Azərbaycan ordusu nəinki Dağlıq Qarabağı, bütövlükdə Ermənistanı çox qısa zaman kəsiyində darmadağın etmək gücünə malikdir. Xoşbəxtlikdən Azərbaycanın müdafiə naziri çox peşəkar və hədsiz vətənpərvər bir hərbçidir. Bir sözlə, Zakir Həsənov məhz bizim görmək istədiyimiz nazirdir. Millətin də ona olan ümidləri çoxdur və hər ötən gün də artır. Ölkənin Ali Baş Komandanı da demək olar ki, fəaliyyətinin əsas hissəsini torpaqlarımızın işğaldan azad edilməsinə yönəldib. Gəlin razılaşaq ki, onun mövqeyi kifayət qədər sərt və qətiyyətlidir. Nəinki son onilliklərdə işğal olunmuş Qarabağ və ətraf rayonların, İrəvan və Zəngəzurun da tarixi Azərbaycan torpaqları olduğunu israrla dilə gətirməsi və bir gün bizim o torpaqları geri qaytaracağımızı qətiyyətlə söyləməsi də onun necə bir iradəyə sahib olduğunun göstəricisidir. Amma təbii ki, Ermənistan tək deyil və beynəlxalq şəraiti də nəzərə almaya bilmərik. Özünüz də görürsünüz ki, hər üç həmsədr dövlət problemin ədalətli həllini öhdəlik kimi üzərinə götürsə də appaçıq ermənipərəst mövqe nümayiş etdirirlər. Bu günlərdə qondarma rejimin başçısının Amerikada necə qarşılandığını unutmamalıyıq. Amma bütün bu əlverişsiz şərtlərə baxmayaraq biz yubanmadan bütün işğal olunmuş torpaqlarımızı Kəlbəcərdən başlamış Xankəndinin özünə qədər müharibə yolu ilə erməni tapdağından qurtarmalıyıq. Biz işğalçı Ermənistan üzərində elə bir tarixi qələbə qazanmalıyıq ki, nəinki indiki nəsilləri, yüz illər sonrakı ermənilər də Azərbaycan adı gələndə başların soxmağa deşik axtarsınlar. Mənə belə gəlir ki, bu tarixi an uzaqda deyil və aprel döyüşləri də bizim ermənilər üzərində parlaq qələbə qazana biləcəyimizi bir daha isbatladı. Mən belə güman edirəm, təbii ki, bu mənim şəxsi fikrimdir, ola bilsin bu proqnozum səhv də ola bilər, ancaq düşünürəm ki, prezident seçkilərindən sonra Azərbaycan fərqli bir situasiyaya daxil olacaq və özünün son sözünü demək üçün konkret addımlar atacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru