Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                 

"Azərbaycan Gürcüstanla münasibətlərdə sırf siyasi mahiyyətli məsələləri də önə çəkməlidir"
Tarix: 28-02-2018, 09:12 | Çap et
"Azərbaycan Gürcüstanla münasibətlərdə sırf siyasi mahiyyətli məsələləri də önə çəkməlidir"
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili fevralın 26-da “Müstəqillikdən azadlığa-respublikanın 100 illiyi” kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Bununla bağlı yayılan xəbərdə deyilir ki, görüşün gənc iştirakçılarından biri Giorgi Marqvelaşviliyə bu gün Azərbaycanda Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunduğunu deyib, bununla bağlı görüşdə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Daha sonra xəbərdə belə bir ifadə var: “Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsə də Qarabağla bağlı suala cavab verən prezident Gürcüstanın Azərbaycan və Ermənistan arasında mövcud münaqişə ilə bağlı vəziyyəti izlədiyini bildirib”. Beləliklə, faktiki olaraq Gürcüstan prezidenti Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi təklifini qəbul etməyib.

Gürcüstanda yaşayan soydaşlarımızı öz sıralarında birləşdirən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Yeni Müsavat”a açıqlamasında gürcü prezidentin bu cür davranışından təəssüfləndiklərini bildirdi: “Təbii ki, hər bir dövlətin öz yanaşması, öz milli maraqları var. Hər bir dövlətin özünün qonşu ölkələrlə siyasətini uzlaşdırmaq, mənfəət əldə eləmə prinsipləri mövcuddur. Gürcüstan dövləti və hakimiyyəti də məsələlərə bu cür yanaşır. Təəssüf ki, Azərbaycanın bir çox həyati məsələlərdə ciddi dəstək verdiyi Gürcüstanın siyasi hakimiyyətində milli maraqlarımıza biganəlik var. Bu biganəlik get-gedə artır. Marqvelaşvili rasional adamdır. Hökumətlə müəyyən dərəcədə ixtilaflı bir vəziyyətdə fəaliyyət göstərir. Onun şəxsən özünün azərbaycanlılara və Azərbaycana normal münasibəti var. Görünür ki, o, hökumətdə ona qarşı hər an hücum etməyə hazır olanların əlinə hansısa bəhanələr verməməyi düşünüb. Ola bilsin hesab edib ki, opponentləri onu Ermənistanla münasibətləri korlamaqda suçlaya bilərlər. Amma şübhəsiz ki, hər bir halda gürcü prezident cəmi 26 il öncə baş vermiş soyqırımda qətlə yetirilən insanların ruhuna hörmət olaraq onları yad etməli idi.

Biz bu hadisənin dramatikləşdirilməsini, soydaşlarımızın Gürcüstan hakimiyyətinə qarşı çevrilməsini istəmirik".

Z.Məmmədli qeyd etdi ki, Azərbaycanın dövlət olaraq görməli olduğu mühüm işlər var. Bunlar həyata keçirilsə, milli maraqlarımızın xeyrinə olar: “Gürcüstan bir dövlət olaraq milli maraqlarının sərhədlərini müəyyən edir. Ermənistan Gürcüstan üçün qonşu dövlətdir, Azərbaycan üçün isə təcavüzkar dövlətdir. Gürcüstan bir qonşusu Azərbaycana görə o biri qonşusu ilə düşmənçilik edəsi deyil. Gürcüstanın milli maraqlarının sərhədlərini bu dövlət özü müəyyən edir və qonşu dövlət olan Ermənistanla münasibətləri pozmaq istəmir. Təbii ki, hazırkı Gürcüstan hökumətində müəyyən qədər rusofillik var, müəmmalı siyasi xətt, zehniyyət var. Bu zehniyyət xatalıdır. Amma biz dövlət olaraq ”Nə edək ki, Gürcüstan bizim düşmənimizlə düşmən, dostumuzla dost olsun" sualı ətrafında düşünməli, bu suala cavab tapmalıyıq. Biz dövlət olaraq işimizi elə qurmalıyıq ki, orada milli maraqlarımızı təmin edə bilək. Burada Azərbaycanın da dövlət olaraq üzərinə düşən işlər var. Azərbaycan Gürcüstanla münasibətlərdə sırf siyasi mahiyyətli məsələləri də önə çəkməlidir. Bu məsələləri qoya biləcək təşkilatlara ciddi dəstək verilməlidir. Şəxsən mən cəsarətlə deyirəm ki, Borçalı Cəmiyyəti ilə iş elə qurula bilərdi ki, Gürcüstan parlamentində Xocalı soyqırımı məsələsini rəsmi gündəliyə gətirməyə nail ola bilərdik.

Xocalı soyqırımı insanlıq faciəsidir və bunu erməni-rus hərbi birləşmələri həyata keçirib. Biz bunu hər yerdə deyirik. Lakin özümüz dövlət olaraq bu dəhşətli hadisəni soyqırım olaraq rəsmi şəkildə, ayrıca qanun şəklində qəbul etməmişik. Azərbaycan Milli Məclisi Xocalı faciəsi ilə bağlı bəyanat verib. Dövlət və hökumət rəsmiləri çıxışlarında Xocalıda soyqırımın həyata keçirildiyini dəfələrlə bəyan ediblər və edirlər. Lakin bütün bunlar Milli Məclisin Xocalı soyqırımı haqqında ayrıca qanun qəbul etməsini əvəz eləmir. Biz gərək indiyə qədər belə bir qanun qəbul etmiş olaydıq. Bunu etmiş olsaydıq, Gürcüstan prezidenti məsələyə bizi məyus edən şəkildə yanaşmaya bilərdi. Bizim də daha çox hüquqi əsasımız olardı ki, qonşu dövlətin rəhbərindən Azərbaycanın qəbul etdiyi Xocalı soyqırımı haqqında qanuna hörmət etməsini tələb edə bilək. Azərbaycan belə bir qanun qəbul etsə Gürcüstanın hətta parlamentində də Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinə nail olmaq mümkündür".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Gürcüstan prezidenti Xocalı soyqırımının qurbanlarını anmaq istəməyibsə onun Xocalı soyqırımı günü Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gənclərlə görüşünə ehtiyac yox idi. Xocalı soyqırımını bir dəqiqəlik sükutla yad etmək istəməyən prezident Marneuliyə səfər tarixini yanlış seçib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru