Sərdar Cəlaloğlu seçki üçün sponsor axtarır
Tarix: 8-02-2018, 08:33 | Çap et
Fevralın 6-da müxalifət partiyaları sədrlərinin növbədənkənar prezident seçkisi ilə bağlı fövqəladə toplantısı olub. 4 saatdan artıq çəkən görüşdə seçkidə iştirak, yoxsa boykot qərarı verilməsi müzakirə edilib. Seçkidə iştirak etmək tərəfdarları ilə boykot tərəfdarları arasında yekdil razılığa gəlmək mümkün olmayıb. Bu səbəbdən də belə bir toplantının olduğu barədə mətbuata ümumiyyətlə məlumat verilməyib. Ümumi mövqe belə olub ki, seçki ilə bağlı hər kəs özünün məqbul hesab etdiyi qərarı versin.
Bu barədə ətraflı məlumat almaq üçün müraciət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu belə bir görüşün keçirildiyi barədə “Yeni Müsavat”a daxil olan məlumatın düzgün olduğunu bildirdi. Lakin ətraflı informasiya vermədi. S.Cəlaloğlu qeyd etdi ki, bir araya gəlmək və vahid mövqedən çıxış etməmək üçün əsassız bəhanələr irəli sürülür. Müxalifətdə nailiyyətsizlik sindromundan doğan bir vəziyyət hökm sürür. Hər kəs özünü düzgün, qarşı tərəfi satqın sayır.
Seçkidə iştirak edib-etməmək məsələsinə gəlincə, ADP sədri dedi ki, ümumiyyətlə, seçkidə iştirakın iki prinsipi var. Biri nəyin bahasına olur-olsun seçkidə iştirak, biri isə sadəcə, seçkidə iştirak naminə iştirakdır: “Nəyin bahasına olur-olsun iştirak o deməkdir ki, sən artıq demokratik prinsipləri yox, hakimiyyətə gəlmək prinsiplərini əsas götürürsən. Ona görə də hətta anti-demokratik yolla da olsa hakimiyyətə gəlmək üçün seçkilərə qatılırsan. Mən demokratiyanı üstün tutan adam olduğum üçün hesab edirəm ki, seçkiyə nəyin bahasına olur-olsun prinsipi ilə heç vaxt qatılmıram.
Seçkilər xatirinə seçkiyə qatılmaq prinsipi isə demokratik prosedurların müdafiə olunması deməkdir. Yəni indi seçki antidemokratik ola bilər, sabah isə demokratik olar. Amma seçki olmasa, demokratiya və qanunun olmasının heç bir əhəmiyyəti olmaz. Çünki seçki yoxdursa, hakimiyyətin seçki yolu ilə dəyişilməsi də yox deməkdir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, demokratik seçki prosedurası müəyyən bir dövrdə işləməsə də seçkinin özü qaldığı üçün müəyyən müddət sonra seçki demokratik keçirilir və demokratlar dinc yolla hakimiyyətə gəlir. Yaxın tarixdə bu cür təcrübələr var. Ona görə də seçkinin bir institut kimi tamamilə sıradan çıxmaması üçün seçki seçkidə iştirak edilməlidir".
S.Cəlaloğlu həmçinin bildirdi ki, seçkidə iştirak etmək ən azı siyasi müxalifətin mövcudluğunu qorumaq üçün də lazımdır: “Mövcudluq qorunmalıdır ki, gələcəkdə şərait yaransa, biz müxalifət vəzifələrimizi yerinə yetirək. Ölkədə demokratik prinsipləri qorumalıyıq. Odur ki, 11 aprel seçkisində iştirak eləmək çox vacibdir. Şəxsən mən özüm namizədliyimi vermək qərarına gəlməmişəm. Yeganə səbəb seçki üçün lazım olan maliyyə resursumun olmamasıdır. Seçkidə iştirak eləmək üçün müəyyən qədər vəsaitin zəruri olduğu bəllidir. Hazırkı Seçki Məcəlləsi namizədlərə dövlət büdcəsindən vəsait ayrılmasını da nəzərdə tutmur. Maliyyə problemindən başqa seçkiyə getməməklə bağlı səbəb olaraq irəli sürülən fikirlərin heç biri demokratik düşüncəyə uyğun deyil. Mənim maliyyə imkanım olsa böyük məmnuniyyətlə bu seçkilərdə iştirak edərəm. Seçkilər siyasətçinin xalqa sözünü çatdırması üçün həm də böyük bir fürsətdir. Ağıllı siyasətçi maliyyə imkanı varsa, bu fürsəti əldən buraxmamalıdır. Seçki yalnız və yalnız hakimiyyətə gəlmək vasitəsi deyil. Seçkilər xalqı aktivləşdirmək, xalqın öz gələcək taleyini düşünmək vasitəsidir, müxalifət ideyalarının xalqa çatdırılma vasitəsidir. Bu cür ciddi vasitədən imtina edilməməlidir. Seçkinin o qədər çoxlu siyasi əhəmiyyəti var ki, onu yalnız hakimiyyətə gəlmək prinsipi ilə məhdudlaşdırmaq düzgün deyil. Mən siyasi qüvvələrə demək istəyirəm ki, kimin maliyyə imkanı varsa, seçkidə iştirak etsin. Mən özüm müəyyən yoldaşlara müraciət eləmişəm, əgər maliyyə sponsorluğu eləyən olsa namizədliyimi irəli sürəcəyəm. Buna görə də heç kim məni və ya seçkidə iştirak edən digər şəxsləri ittiham etməməlidir. Bəzilərində bir adət yaranıb ki, kim düzgün addım atır, kim onun atdığı səhv addımları dəstəkləyib təkrarlamırsa, başlayırlar onu xəyanətkar adlandırmağa. Belə adamların özləri seçkidə iştirak edəndə onu düzgün qərar kimi təqdim edirlər, özləri seçkiyə getməyəndə, boykot qərarı verəndə seçkiyə getməyi xəyanət, satqınlıq kimi təqdim edirlər. Bu cür yanaşma ilə uzağa getmək olmaz. Mən hesab edirəm ki, seçkidə iştirak eləmək onun nəticəsindən asılı olmayaraq vacibdir”.
ADP sədrinin sözlərinə görə, seçkiyə getməyənlər iddia edirlər ki, seçkiyə qatılmaq onun nəticələrini legitimləşdirməkdir. Lakin onlar unudurlar ki, seçkini müxalifətin iştirakı legitimləşdirmir: “Qanunda var ki, alternativsiz seçki olmaz. Hakimiyyət istədiyi qədər alternativ namizədlər meydana çıxara bilər. Qanunda yazılmayıb ki, müxalifət seçkidə iştirak etmirsə seçki legitim ola bilməz. Bilmək lazımdır ki, bütün seçkilərin nəticələrini legitimləşdirən xalqın seçkidən sonra passivliyidir. Bəzi yoldaşların savadsızlığıdır ki, müxalifətin seçkidə iştirakını seçkini legitimləşdirən amil kimi sırımağa çalışırlar. Müxalifətin seçkidə iştirak edib-etməməsinin seçkinin legitimliyinə heç bir aidiyyəti yoxdur”.
Xatırladaq ki, Sərdar Cəlaloğlu 2013-cü ilin prezident seçkisində iştirak edib. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|