Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                 

“Freedom House ən hörmətsiz təşkilatlardan biridir” - deputat
Tarix: 18-01-2018, 09:21 | Çap et
“Freedom House ən hörmətsiz təşkilatlardan biridir”
“Ümumiyyətlə, Human Rights Watch, Freedom House və bir neçə bu kimi təşkilatlar 25 ildən artıqdır ki, Azərbaycan haqqında düzgün olmayan, qərəzəli, ölkəmiz haqqında məlumatı olmayan, kimlərinsə yazdığını götürüb dərc edən, fikirlər yayımlayan qurumlardır. Həmin məlumatlar isə başdan ayağa qərəzdir. Freedom House bir qeyri-hökumət təşkilatıdır. Belə bir qurumun dediklərinin heç birinə əhəmiyyət vermək lazım deyil”.

Bunu hafta.az-a açıqlamasında Freedom House təşkilatının Azərbaycanla bağlı hesabatına münasibət bildirərkən millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda beş minə yaxın qeyri-hökumət təşkilatı var. Doxsana yaxın siyasi partiya mövcuddur. Xeyli sayda mətbuat orqanı fəaliyyət göstərir. Hər bir media orqanı və yaxud qeyri hökumət təşkilatı, siyasi partiya bir başqa dövlət haqqında bir yazı dərc etdiyi halda bunun hansı hüquqi əsası ola bilər?! Heç bir hüquqi əsası yoxdur:

“Həmin təşkilat hansı tədqiqatı apara bilər? Dünyada 200-dən artıq ölkə var. Freedom House bir qrup dövləti azad, digər ölkələri isə yarım azad və azad olmayan ölkə kimi müəyyənləşdirir. Bütün bunları dəqiq şəkildə müəyyənləşdirmək, tədqiqatını aparmaq üçün onun ən azından on min işçisi olmalıdır. Hər hansı bir ölkədən anonim yazı almaqla həmin dövlət haqqında “məlumat” verməyin özü etikadan kənardır. Digər tərəfdən, həmin təşkilatın yaydığı bəyanatların heç bir hüquqi əsası yoxdur. Ona görə də, Freedom House təşkilatının verdiyi bəyanat Azərbaycan üçün milçək vızıltısından başqa bir şey deyil”.

Millət vəkili qeyd edib ki, sadəcə olaraq, həmin qurum erməni lobbisinin, başqa-başqa təşkilatların əlində alətə çevrilib. Azərbaycanın bugünkü inkişafı, ölkəmizdə həyata keçirilən layihələri onların gözü götürmür:

“Tək 2017-ci ildə Azərbaycan Avropa İttifaqı ilə bir çox layihələr həyata keçirilib. Dünya ölkələrinin rəhbərləri Azərbaycana mütəmadi səfərlər ediblər. Region ölkələrinin liderləri ölkəmizə gəlib, ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. O cümlədən, cənab prezidentin 20-dən artıq xarici ölkəyə səfəri baş tutub. Bu yaxınlarda ölkə başçısının həm Münhen Təhlükəsizlik Konfransında, həm də Davos İqtisadi Forumunda iştirakı gözlənilir. Dünyanın samballı təşkilatlarından olan Davos İqtisadi Forumu Azərbaycanın daha irəliyə getdiyini, ölkəmizdə biznes mühitinin azad olunduğunu və digər məsələlərlə bağlı özünün bəyanatlarını hər il dərc edir. Dünya ölkələrinin əksəriyyəti də buna dəstək verir. İstər BMT, istər ATƏT, istərsə də Avropa Şurası sadəcə olaraq bir qurumdur. Freedom House isə qeyri-hökumət təşkilatıdır”.

Siyavuş Novruzov hesab edir ki, adıçəkilən təşkilatın bəyanatlarına ciddi əhəmiyyət verilməməlidir:

“O ki, qaldı digər dövlətlərlə bağlı, Amerika Birləşmiş Ştatlarının prezidenti miqrantları həşərat adlandırır. Dünyadakı miqrantların sayı yarım milyarda çatır. Özlərinin əməlləri, qeyri-konstruktiv yanaşmaları, köklü dövlətləri dağıtmaları nəticəsində insanları bütün hüquqlardan məhrum edib miqrant vəziyyətinə salıblar və sonra da onları həşərat adlandırırlar. Bir dövlət başçısı səviyyəsində insanı bundan artıq təhqir etmək olarmı?! Başqa bir misal, deyir ki, kim Qüdsü İsrailin paytaxtı kimi qəbul etmirsə, həmin ölkəyə maliyyə yardımı dayandırılsın. Həmin nüans ölkələrin öz müqəddəratını təyin etmək, beynəlxalq hüququn prinsiplərinə zidd olan təziyiq vasitələridir ki, bu da zorla tanıtmağa cəhddir. Belə olan halda hansı demokratiyadan, insan hüquqlarından, yaxud digər hüquqlardan danışmaq olar?! Freedom House kimi təşkilatlar gedib bu məqamlara qiymət versinlər, sonra Azərbaycanla bağlı məsələlərə toxunsunlar. Həmin təşkilat hərbi xunta rejiminin dəyənəyi altındakı işğalçı Ermənistanı yarımazad hesab edir. Hansı ki, orada hərbi rejimə qarşı sadə insanların tətilləri başlayıb. İnsanlar acından qırılır. Sosial problemlər aşıb-daşır. İqtisadiyyatın inkişafı sıfır səviyyəsindədir. Miqrasiya kəllə-çarxa çıxıb. Bu ölkəni götürüb yarım azad şəkilində təqdim edirlər, Azərbaycanı isə Əfqanıstanla eyni siyahıya qoyurlar”.

Millət vəkilinin sözlərinə görə, əsl ədalətsizlik budur. Əgər bir təşkilat özünün qəbul etdiyi qərara hörmətlə yanaşmırsa, o hörmətsiz təşkilatdır:

“Cənab prezident BMT-də çıxışı zamanı bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı da öz qərarlarına yenidən baxmalıdır, dəyişməlidir. Əgər qərarının əhəmiyyəti yoxdursa, insanlar tərəfindən ona inam da azalır, bu gedişlə həmin təşkilata gələcəkdə heç bir müraciət ünvanlanmayacaq. O baxımdan, hesab edirəm ki, Freedom House ən hörmətsiz təşkilatlardan biridir. Həmin təşkilatının qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur”.

Qeyd edək ki, Freedom House təşkilatı Azərbaycana qarşı növbəti dəfə əsassız ittihamlar irəli sürüb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru