“İranda yaşayan azərbaycanlıların öz haqları uğrunda mübarizəsini dəstəkləməliyik”
Tarix: 2-01-2018, 10:11 | Çap et
![“İranda yaşayan azərbaycanlıların öz haqları uğrunda mübarizəsini dəstəkləməliyik” “İranda yaşayan azərbaycanlıların öz haqları uğrunda mübarizəsini dəstəkləməliyik”](/uploads/posts/2018-01/thumbs/1514873470_0001.jpg) Son günlər İranda baş verənlər bütün dünyanın diqqət mərkəzinə çevrilib. Hadisələri proqnozlaşdırmaq, nə ilə nəticələnəcəyi barədə dəqiq söz demək hələlik qeyri-mümkündür.
“Şimal xəbərləri”nin əməkdaşı Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyevdən İranda cərəyan edən hadisələrə münasibətini soruşub. Müsahibimiz cənub qonşumuzda xalqın ayağa qalxmasının təbii bir hal olduğunu bildirib. “Belə də olmalı idi, molla rejimi əhalini boğaza yığmışdı. Gec-tez kütləvi narazılıqlar baş qaldırmalıydı. İrandakı ictimai-siyasi prosesləri ciddi izləyən insanlar bilirlər ki, bu ölkənin indiki prezidenti Həsən Ruhani rejimi yumşaltmaq məqsədi ilə bir sıra addımlar atmaq istəsə də nəticə vermir. Əvvəla, molla rejimi kifayət qədər güclü müqavimət göstərir. Digər tərəfdən, H. Ruhani öz ölkəsini dünyəvi prinsiplərlə idarə etmək üçün riskli addımlar atmaqdan uzaq adamdır. Ona görə də xalq bir fürsət gözləyirdi”. Ekspert qeyd edir ki, son vaxtlar regionda ciddi siyasi proseslər baş verir. Rusiya, İran və Türkiyə yaxınlaşması ABŞ və Qərbi ciddi narahat etməyə bilməzdi. İndiki situasiyada Ağ evin İran nümayişçilərini dəstəkləməsi gözləniləndir. İran regionda əsas oyunçulardan biridir. Burada baş verənlər bütün Yaxın Şərqi silkələyəcək. İdarəetmədə molla rejiminə meylli Türkiyənin özündə də vəziyyətin gərginləşməsi ehtimalı çoxdur. Hər şey ABŞ, Rusiya və Qərbin hadisələrə münasibətindən asılı olacaq. Yəqin ki, aparıcı dövlətlər İranla bağlı müəyyən planlara malik olmamış deyillər.
İranda yaşayan 40 milyona yaxın soydaşımızdan danışan ekspert dedi: “Biz onların taleyinə biganə qala bilmərik. Zaman-zaman İranda azərbaycanlıların haqlarını tapdalayıblar, səsini ucaldanlar dar ağaclarından asılıb. Artıq məlumatlar yayılıb ki, Təbriz, Ərdəbil, Zəncan və digər şəhərlərdə azərbaycanlılar milli şüarlar səsləndirirlər. İranın cənubunda yaşayanlar bu ölkədəki heç bir xalqla düşmən deyillər. Onlar sadəcə öz haqlarını tələb edirlər. Azərbaycanlılar bu hadisələrdə heç bir vəchlə alətə çevrilməməlidirlər. İranda hakimiyyətə gəlmək istəyən qüvvələr millətimizin haqq işi uğrundakı mübarizəsindən öz siyasi məqsədləri naminə istifadə edə bilərlər. Çünki əvvəlki İran inqilablarında soydaşlarımızı dəfələrlə aldadıb və sonra da məhv ediblər. Keçmişdə baş verənlərdən nəticə çıxarmaq, müasir dünyanın tələblərinə uyğun hərəkət etmək gərəkdir”.
Müqəddəs Mehdiyev deyir ki, zorla ibadət və qadınların başını məcburən bağlatmağın sonu belə də olmalıydı. Hər Cümə namazından sonra insanları toplayıb zorla “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarlarını qışqırdıb aldatmağın sonu bu cür nəticələnməliydi. “Başqa bir tərəfdən son illər İran dini pərdə altında Suriyanın, Yəmənin, Livanın və digər ölkələrin daxili işlərinə qarışır, radikal islamçı-terrorçu qrupları maliyyələşdirir. Qüds məsələsini ortalığa ataraq “təəssübkeş” rolunda çıxış edir. Əslində bütün bunlar xalqın başını qarışdırmaqdan, çətin iqtisadi vəziyyətdən yayındırmaqdan başqa bir şey deyil”.
Öz ölkəmiz haqqında fikirlərini qeyd edən Müqəddəs Mehdiyev bildirdi ki, İranın Azərbaycanda da təsir dairəsi var. “Radikal islamçıların həbsini, Nardaranda baş verənləri, ölkəmizin cənub regionunda ara-sıra baş qaldıran ekstrimistlərin fəaliyyəti ilə bağlı yaşananları xatırlamaq kifayətdir. Sirr deyil ki, qəddar düşmənimiz Ermənistanın dostu olan İranın molla rejimi Azərbaycandakı sabitliyi heç vaxt həzm edə bilmir. Həm də biz dünyəvi bir ölkəyik. İran bunu da normal qəbul etmir. Düşmənimizə mənəvi qida verən, onun möhkəmlənməsinə yardım göstərən İran rejiminin Azərbaycanla dostluqdan danışması boğazdan yuxarı deyilən boş sözlərdir. Bunun əksi olaraq Azərbaycan iqtidarı İrana münasibətdə daim təmkin və səbr nümayiş etdirib, dövlətlərarası münasibətlərə xələl gətirən heç bir hərəkətə etməyib, blokadada olan cənub qonşusuna arxa çevirməyib, öz ərazisindən İrana qarşı istifadə edilməsinə yol verməyib. Lakin qeyd etdiyim kimi, molla rejimi heç vaxt müstəqil Azərbaycanın mövcudluğunu xoşlamayıb. Bizə yalandan əl uzadıb, erməni daşnaklarına isə qucaq açıb”.
“Şimal xəbərləri”
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.top/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|