USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                 

“Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir”
Tarix: 11-12-2017, 09:09 | Çap et
“Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir”
Rusiyanın erməni mənşəli xarici işlər naziri Sergey Lavrov ötən həftə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən bəyan etdi ki, münaqişənin həlli üçün üç prinsipə - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə tərəflər razıdırlar.

Lavrovun bu açıqlaması ortaya suallar çıxarıb. Azərbaycan dövləti ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərində ikinci erməni dövləti yaranmasına imkan verilməyəcək, erməni xalqı artıq bir dəfə öz müqəddəratını kənar güclərin köməyi ilə təyin edib Ermənistan dövləti yaradıb.

Belə net mövqe ortada olduğu halda Sergey Lavrov bu açıqlamanı hansı məqsəd üçün, nədən verə bilər? Lavrov bu açıqlama ilə nə etmək istəyir? Azərbaycan məgər öz müqəddəratını təyinetmə prinsipini qəbul edir?

Bir sıra siyasi ekspertlər hesab edir ki, Sergey Lavrov Avropa İttifaqının 24 noyabrda Brüsseldə keçirilən “Şərq tərəfdaşlığı” sammitində qəbul olunan yekun bəyannamədə bir xüsusi müddəadan bir erməni olaraq narazı və narahat olub. Belə ki, sözügedən bəyannamədə münaqişələrin ərazi bütövlüyü, ölkələrin suverenliyi prinsipləri əsasında həll edilməsi bir daha təsbit olunur, haqqında söhbət gedən münaqişələr kimi isə Dağlıq Qarabağ, Krım, Abxaziya, Osetiya, Dnestryanı bölgə göstərilir. Sergey Lavrov bu sənədin ermənilərin xeyrinə olmadığını bilir və görünür, buna görə də üç prinsip məsələsini dilə gətirib.

Deputat Zahid Oruc isə bildirdi ki, bu prinsiplər uzun illərdi sülh danışıqlarında yer alır: “Gerçəkdən də Azərbaycan tərəfinin buna münasibəti tamamilə mənfi olsaydı, ən azı, bəyanatlarda, yaxud həmsədrlərin görüşlərinin yekunlarına dair hər hansı açıqlamalarda qeyd edilən müddəa ümumiyyətlə yer almazdı. Hər kəsə bəllidir ki, əgər siyasi vasitələrlə tənzimlənmədən danışılırsa, burada ilk növbədə prinsiplər razılaşdırılır. Yalnız ondan sonra irəliyə atıla biləcək o mühüm addımlarla bağlı detallı razılaşmalardan söhbət gedə bilər. Yəni tutaq ki, hansısa konkret yaşayış məntəqəsinin azad olunması, oraya əhalinin köçürülməsi, təhlükəsizlik tədbirləri, birgə yaşayış fəaliyyəti, sonra oradakı idarəçilik prinsipləri, qarşılıqlı münasibətlər, beynəlxalq qarantiyalar ayrıca sənəddə təsbit oluna bilər. Hər halda, dünyada indiyə qədər mövcud olan münaqişələrin çözülməsi ilə bağlı gedilən yol bundan ibarət olub. Ancaq öz müqəddəratını təyinetmə ilə bağlı məsələyə yanaşmanın özündə çox böyük fərqlər və ziddiyyətlər mövcuddur. Biz bu barədə danışanda hətta Madrid prinsiplərinin ortaya qoyulduğu zamandan bu yana ermənilər bəyan edə bilərlər ki, Azərbaycan həmin məsələyə müsbət reaksiyasını göstərib. Bir sıra hallarda deyilən üç istiqamətlərdən kənara da çıxıb bəyan edə bilərlər ki, ATƏT-in Helsinki yekun aktının müddəalarını Azərbaycan qəbul elədiyini söyləyib. Məsələdə dediyim ziddiyyət buradadır. İş ondadır ki, həqiqətən beynəlxalq hüququn özünün vəziyyəti son dərəcə bərbaddır. Çünki 1975-ci ildə ATƏT formalaşdırılanda - hansı ki, artıq 2-ci Dünya müharibəsindən sonrakı dövrdə BMT ərsəyə gəldi və görəndə ki, artıq müxtəlif qitələr üzrə təhlükəsizlik proseslərinə müdaxilə imkanları çətinləşir, o zaman sovetlər birliyinin təkidi ilə məhz ATƏT formalaşdırıldı. Həmin dövrdə müqəddəratını təyinetmə hüququ yalnız konkret etnik toplumlara mənsub olduqları dövlətlərin sərhədləri daxilində verilirdi. Bu, heç bir halda həmin ölkənin suveren hüquqlarını aradan qaldırma, sərhədlərini pozmağı nəzərdə tutmurdu. Bu gün də beynəlxalq hüquqda əslində bu cürdür. Azərbaycan beynəlxalq hüquqda nəzərdə tutulan məhz bu məqamı önə çəkir. Ermənilər isə öz müqəddəratını təyinetmə prinsipini ayrıca müstəqil dövlət yaratmaq hüququ kimi elan edir və bununla da beynəlxalq hüququ açıq-aşkar pozurlar. İndi Sergey Lavrovun haqqında söhbət gedən açıqlaması əslində çox ciddi açılıma ehtiyacı olan bəyanatdır. ”Lavrovun anlamında öz müqəddəratını təyinetmə Dağlıq Qarabağa müstəqil dövlət yanaşmasıdırmı, yoxsa yox" sualı çox mürəkkəb sualdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, öz müqəddəratını təyinetmə hüququ verilsə də bu, heç bir halda Azərbaycan sərhədlərinin pozulması, o ərazidə suveren hüquqlarımızın tapdalanması anlamına gəlmir və gəlməməlidir".

Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, Sergey Lavrov xarici işlər naziri olduğu müddətcə Moskvanın Qarabağ istiqamətindəki təşəbbüslərinin münaqişənin ədalətli həllinə təkan verəcəyi gözlənilmir: “Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir, Qarabağla bağlı sadəcə il ərzindəki açıqlamalarını analiz etdikdə birinin də bizim xeyrimizə olmadığı qənaətinə gələrik. Azərbaycan ərazi bütövlüyü, Ermənistan isə xalqların öz müqəddəratı prinsipini əsas götürür və hər ikisi Helsinki Yekun aktına istinad edir. Azərbaycanın mövqeyi belədir ki, ermənilər xalq olaraq öz müqəddəratlarını bir dəfə müəyyənləşdiriblər və Ermənistan dövləti yaradıblar, Azərbaycan torpaqlarında ermənilərə ikinci dəfə öz müqəddəratlarını təyin etmək hüququ verilməyəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib. Bu, Azərbaycan prezidentinin beynəlxalq aləmə mesajıdır ki, ”Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq referenduma heç bir halda icazə verilməyəcək". Ermənistan hakimiyyəti isə tam əksinə referendum təminatı almadan torpaqların bir hissəsini də boşaltmağa razı deyil. Həllin düyünə düşməsi bununla bağlıdır. Lavrov heç zaman ermənilərin istəyini arxa plana keçirərək, qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı olmayacaq. Bu siyasət bölgədə gərginliyi artıracaq. Bölgədə istənilən təxribat 2016-cı ilin aprel döyüşlərinin təkrarlanmasına səbəb ola bilər. 2016-cı ilin yayında Bakıda böyük idman yarışları keçiriləcəkdi və məntiqlə bölgədə sabitliyə riayət olunmalı idi. Ancaq bu faktorun özü belə aprel toqquşmasının qarşısını almadı. Bu baxımdan 2018-ci ilin seçki ili olmasına baxmayaraq, danışıqlarda irəliləyişin əldə olunmaması atəşkəsin yenidən intensiv pozulmasına və cəbhə bölgəsindəki gərginliyin artmasına gətirib çıxara bilər. Azərbaycan və Ermənistan kifayət qədər silahlanıb. Bu silahlar və hərbi texnika vasitəsilə cəbhə bölgəsində mövqelərini gücləndirilməsinə çalışacaqlar. Əgər Ermənistan ordusu Qarabağda status-kvonu qorumağa çalışırsa, Azərbaycan ordusu tam tərsinə status-kvonu dəyişməyə çalışır. Bu da vasitəçilər üçün bir başqa dilemmadır ki, bunu həll edə bilmirlər. O ki qaldı, Lavrova, o gələn il də azərbaycanlı və erməni həmkarını mütəmadi olaraq Moskvaya səfərə dəvət edəcək, özü də bölgəyə səfərlər edəcək, ancaq hamısı boş vaxt itkisi olacaq".
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Dünən, 16:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru