Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                 

"Ermənilər o qədər peşmandılar ki..." - İcra başçısı
Tarix: 12-08-2017, 08:57 | Çap et
"Ermənilər o qədər peşmandılar ki..."
İndi Qarabağla bağlı durumun hansı həddə olduğunu, bu vəziyyətin nə ilə nəticələnəcəyini kimsə hətta təxmin belə edə bilmir. Yayın bu isti günlərində sərhədboyu və təmasboyu mövqelərdə hərarət yenidən artdı, düşmən təxribatının qarşısı alındı. Görünən budur ki, işğalçı Ermənistan mövqeyindən geri çəkilmək niyyətində deyil. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovla Qarabağdan danışdıq.

- Bayram müəllim, sizdən Qarabağı soruşmağa gəlmişəm. Siz həm icma rəhbəri olaraq qarabağlılarla daim təmasdasınız, həm Qarabağla bağlı proses haqda kifayət qədər məlumatlısınız. Odur ki, ilk olaraq soruşmaq istəyirdim, Qarabağdan nə xəbər var?

- Desəm ki, bu saat Qarabağdan çox sevindirici xəbər var, düz olmaz. Belə bir xəbər yoxdur. Amma ümumən hadisələrin gedişatı bizim xeyrimizədir. Bütün dünya bilir ki, erməni burada bir oyuncaqdır. Bugünkü Ermənistan hakimiyyəti təkcə bizim düşmənimiz deyil, həm də erməni xalqının düşmənidir. Körpə uşaqları snayperlə, mərmi ilə öldürmək insanlıqdan uzaq hərəkətlərdir, biz son günlərdə bunun bir daha şahidi olduq. Ancaq Azərbaycan əsgəri bunun cavabını verir. Bu gün xalq öz ordusuna, Ali Baş Komandana arxayındır, ALİ Baş Komandan, ordu, xalq birdir. Azərbaycanda bu gün hamı cənab prezidentimizə etibar edir. Kimlərsə boş-boş danışa bilər, amma onlar da başqalarının qarşısında hesabat verirlər deyə, bu iddialarla çıxış edirlər. Amma özləri bilər, bizim belələri ilə işimiz yoxdur. Bizim məqsədimiz doğma torpaqlarımıza qayıtmaqdır.

- Kabinetinizin girişində mərhum Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə, Azərbaycan yoxdur” fikri əks olunub. Bu gün Şuşasız, Qarabağsız olan Azərbaycanla bağlı düşüncələriniz necədir?

- Deməzdim ki, Azərbaycan Qarabağsızdır, Şuşasızdır. Bu, müvəqqəti hadisədir. Bu gün bizim ölkə başçımız ulu öndərin siyasətini uğurla davam etdirir. Qələbə Azərbaycan xalqının olacaq. Bilirsiniz ki, möhtərəm prezidentimiz həmişə Avropada, Amerikadakı yüksək tribunalardan çox böyük cəsarətlə sözünü deyib ki, Azərbaycanın ərazi bütövlüyünün güzəşt edilməsindən söhbət gedə bilməz! Mən də istəyirəm ki, sülh olsun, çünki özüm də o müharibəni görmüşəm. İnanmıram ki, Qarabağ müharibəsindən hansısa ailə əzab-əziyyət çəkməsin, yaxınını itirməsin. Ona görə də məsələnin sülh yolu ilə həlli daha yaxşıdır. Yəqin ki, bizim möhtərəm prezidentimizin apardığı siyasət uğurla nəticələnəcək.

- Müsahibəyə gələrkən erməni xəbərlərinə baxdım. Ermənistanın xarici işlər nazirinin müavini Köçəryanın Azərbaycanı müharibə ilə təhdid etməsi diqqətimi çəkdi. Ermənistan rəhbərliyinin bu cür həyasız davranışları təsdiqləyir ki, savaşın alternativi yoxdur. Siz hesab etmirsinizmi ki, danışıqların mənası yoxdur?

- Onlardan nə gözləyəsən? Azərbaycana qarşı iddiaları bir kənara qoyaq, əgər onlar Türkiyəyə hücum edəcəklərini iddia edirlərsə, siz bunlardan nə ağıl gözləyirsiniz? Hansı ki, Türkiyə ordusuna görə dünyada ön sırada dayanan dövlətlərdən biridir.

- Sizə elə gəlmirmi ki, onlara bu sərsəm fikirləri dedirdən qüvvə var?

- Unutmayın ki, arxalarındakı o qüvvənin özünün çətinlikləri, problemləri var. Unutmayaq ki, Türkiyə də NATO-nun üzvüdür və Alyans Türkiyənin təhlükəsizliyinə cavabdehdir.

- Bayram müəllim, Rusiya-Ermənistan hərbi birləşmələri yaradılandan sonra təkliflər var ki, Türkiyə və Azərbaycan da analoji addım atsınlar. Siz bu barədə nə təklif edirsiniz?

- Mən möhtərəm prezidentimizin apardığı siyasəti dəstəkləyirəm. Xeyli müddət öncə kimlərsə demişdi ki, azərbaycanlılar torpaqlarını düşmənə təhvil verdilər... Onda mən dedim ki, əgər bizim 20 faiz torpağımız müvəqqəti işğal olundusa, 80 faizini saxlaya bilmişik. Biz Bakını, Gəncəni, Sumqayıtı, Azərbaycanın digər yerlərini ermənidən təmizləyə bilmişik. Ermənilər o qədər peşmandılar ki... Bir neçə gün bundan qabaq bir bakılı erməninin danışığına qulaq asdım, Bakıdan ötrü onların burnunun ucu göynəyir.

- Amma faktiki illər keçir, Qarabağda işlər görülür, yeni nəsil o torpaqları özününkü sayır. Kiçik tutumlu təyyarələr Şuşaya uçur...

- Belə məsələlər mənim ən ağrılı yerimdir. Mən Şuşalıyam. Amma onlar iki nəfərlik təyyarələr gətirib nümayiş etdirirlər, bunlar idman oyuncağı kimi bir şeydir. Biz MİQ-29 kimi döyüş təyyarələrimizi nümayiş etdiririk, onlar da həmin oyuncaqları. Bu, bəs etmirmi?

- Zaman-zaman Azərbaycan əraziləri qəsb edilib, illər keçib, taleyimizlə barışmışıq. Sizdə Qarabağla bağlı belə bir narahatlıq varmı? Qarabağı Göyçənin, Zəngəzurun taleyi gözləyirmi?

- Bilirsiniz necədir, bizdəki ailə tərbiyəsi dünyanın heç bir ölkəsində yoxdur. Biz sülhsevər, beynəlmiləl olmuşuq həmişə. Bakı dünyanın ən beynəlmiləl şəhəri olub. Elə bu gün dünyada elə hadisələr baş verir ki... Amma Bakı multikulturalizmin mərkəzi elan olunub, bu, dünyaya bir örnəkdir, həm də xalqımızın mədəniyyətindən, tərbiyəsindən xəbər verir.

- Amma düşmən bizim bu keyfiyyətimizdən istifadə edir...

- Əlbəttə, istifadə edəcək, çünki “düşmən” deyirsən. Amma biz vaxtilə sovet ordusuna və sovetlər birliyinə arxayın olduq. İstər sovetlər birliyinin rəhbərliyi, istərsə də Azərbaycanın keçmiş rəhbərliyinin səriştəsizliyi öz rolunu oynadı. Üstəlik, vəzifə uğrunda mübarizə nəticəsində torpaqlarımızın 20 faizini itirdik. Ən əsası odur ki, o dövrdə Azərbaycanın rəhbəri olmadı. Ancaq bu gün Qarabağı Zəngəzurun, Göyçənin taleyi gözləmir. Bizim möhtərəm prezidentimiz dünya prezidentləri içərisində aparıcı şəxsiyyətdir, bunu bütün dünya görür. Gəlin görək cənab prezident Azərbaycan xalıq üçün nələr eləmir, hansı şəraitlər yaratmır? Cənab prezident nəinki bu gün, hətta 20-50 il bundan sonra ilə bağlı düşünür, addımlar atır, çalışır ki, bu xalq gözəl yaşasın. Rayonlara görüşlərə gedəndə baxıram, bizim regionlar tanınmaz dərəcədə inkişaf edib.

- Yeri gəlmişkən, yay aylarında harada istirahət edirsiniz? Xüsusilə də gəncliyi Şuşada, İsa bulağının başında keçmiş adamın indi istirahət elədiyi ünvan çox maraqlıdır.

- Mən heç yerdə istirahət eləmirəm, elə evimdə oluram. Mənim istirahətim yoxdur. Şuşa işğal olunandan sonra mənim istirahətim olmayıb. İnşallah qismət olsa, Şuşada istirahət eləyəcəyəm.

- Yəni o vaxtdan yay tətilində hansısa xarici ölkəyə, mavi dalğalı dənizlərin sahillərinə getməmisiniz?

- Xeyr, heç vaxt olmayıb. Olmayacaq da.

- Yəni əhd eləmisiniz?

- Yəqin ki. Mən Şuşanın gözəlliklərini qoyub başqa yerdə necə istirahət eləyə bilərəm? O gözəl guşələrin hamısı mənə doğma diyarımı xatırladır. Çünki təbiət gözəllikləri Şuşada daha çox təcəssüm olunub. Ona görə də mən Şuşanı başqa yerə dəyişə bilmərəm. Özü də daxilimdən istirahət etmək keçməyib heç vaxt. Hər zaman belə düşünmüşəm ki, Şuşasız istirahət mənə halal deyil.

- Xalq artisti Mənsum İbrahimov danışırdı ki, darıxanda gedib Ağdamın “dördyol”undan o tərəfə baxıb geri qayıdır. Siz Qarabağ üçün, Şuşa üçün darıxanda hara gedirsiniz?

- Mən o tərəflərdəki rayonlarımıza gedəndə Kirsin havasını ciyərlərimə dərindən çəkirəm. Məsələn, may ayının 8-də biz Şuşanın işğal gününü Cocuq Mərcanlı kəndində andıq. Ora yaxındır, Kirsin havasını duyuruq. Həm də Şuşa məscidinin eynisi tikildi orda. Mən o atmosferdə özümü Şuşaya çox yaxın hiss elədim. İmkan düşəndə Ağdam tərəfə də gedirəm.

- Rəhmətlik Məmməd Aslan son illərində Yardımlıya gedirdi, deyirdi Kəlbəcərin havasını ordan alır. Siz Şuşanın havasını hansı rayondan alırsınız? Elə bir rayon varmı?

- Yox... Yoxdur... (Fikrə gedir) Azərbaycan çox gözəldir. Amma Şuşanın əvəzi, alternativi yoxdur. Şuşanın füsunkar gözəlliyi, ab-havası, Şuşa ziyalıları təkrarolunmazdır. Demək olar ki, mən hər gün xəyalən Şuşaya gedib-gəlirəm.

- Bu duyğularla baş-başa qalanda özünüzü bir az da aciz saymırsınız ki? Yəni erməni quldurlar Şuşada kef çəkir, biz də özümüzçün xəyallar qururuq...

- Yox. Aciz hesab eləmirəm. Biz niyə özümüzü aciz saymalıyıq ki? Azərbaycan ordusu çox qısa müddətdə nəinki Dağlıq Qarabağı və bitişik rayonları, hətta Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarını azad etməyə hazırdır. Möhtərəm prezidentimiz sağ olsun, Azərbaycan ordusunun bütün maddi-texniki bazası, silah arsenalı yüksək səviyyədədir. Ən əsası odur ki, bu gün Azərbaycan xalqının, Azərbaycan gəncliyinin, Azərbaycan ordusunun torpaqları azad etmək həvəsi var. Bax, bu kabinet şahiddir, 2016-cı ilin aprel hadisələrində 50-dən artıq hərbi xidmətə yaşı çatmayan uşaqları qəbul etmişəm. Onlar gəlirdilər ki, müəllim, biz döyüşə getmək istəyirik! Şuşalı uşaqlar idi. Sonra hərbi komissar var idi, indi dəyişib, o da dedi ki, çağırış yaşı çatmış gənclər, hətta yaşlılar döyüşə getmək üçün ona müraciət ediblər. Bu, bizim insanların torpağa bağlı olmasının, əraziləri işğaldan azad etmək niyyətinin əyani nümunəsidir.

- Azərbaycanın gücü və iradəsi var, buna kimsə şübhə edə bilməz. Eyni zamanda erməni komandanlıq etiraf edir ki, əsgərlər döyüşməmək üçün postlardan qaçırlar. Elə isə düşmən ölkə işğalı davam etdirməkdə niyə israr edir, onları buna vadar edən səbəb nədir?

- Bizdən fərqli olaraq, ermənilərdə qüvvələr var ki, öz xalqına zor tətbiq etməklə onları məcburiyyət qarşısında qoyurlar. Mən erməni ilə qonşu olmuşam. Erməni ilə bir yaşamışıq, dostluq etmişik, xeyrə-şərə getmişik. Mən ermənini tanımıram? Çox olanda erməninin 1-2 uşağı olub. Bu uşağı ona görə böyütmür ki, gedib Azərbaycan əsgərinin gülləsinə tuş gəlsin, hərbi hissədəki özbaşınalığın qurbanı olsun? Erməni ordusunda bu gün baş verənlər elə erməni xalqına qarşı düşmənçilik nümunəsidir. Mən bilirəm ki, onlar yaşlı adamları pul gücünə postda saxlayırlar. Digər tərəfdən də, mən Dağlıq Qarabağı çox yaxşı tanıyıram, vaxtilə ermənilərin yaşadığı əksər kəndlərdə olmuşam. Axı, Dağlıq Qarabağda o qədər erməni əhali yoxdur ki, o boyda ərazidə əsgər saxlamaq mümkün olsun.

- Xaricdən köçürülən ermənilər də var...

- Nə qədər köçürüləcək ki? Suriyadan, Livandan aldadılıb gətirilmiş ermənilər var. O ermənilərin vaxtilə normal həyatı, iş-gücü olub. İndi onları aldadıb Qarabağa gətiriblər. Burada nə işlə məşğul olacaqlar? Ermənistan hakimiyyəti diasporadan müəyyən vəsait alır ki, bu köçürülənləri Qarabağda saxlasın. Amma tutaq ki, Laçın, Kəlbəcər, Şuşa, Zəngilan, Qubadlıda 300-500 erməni məskunlaşdırıldı. Onlar arada nə iş görəcək? Özü də Suriyadan gələn erməni o qədər də axmaq deyil. Məgər o bilmirmi ki, bu torpağın sahibi Azərbaycandır və aprel döyüşləri təkrar oluna bilər?

- İcma rəhbəri kimi beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləriniz olurmu? Onlara nə deyirsiniz?

- Bəli, görüşlər olur. İstər ATƏT-in Minsk Qrupunun həmsədrləri, istər digərləri ilə görüşdə sözümü deyirəm ki, mən o vaxt bu işlərdən razı olacağam ki, doğma Şuşamda olacağam. Nə qədər ki, Şuşamda deyiləm, onların işindən razı qala bilmərəm... Onlar bəzən birgəyaşayışın mümkün olmasına şübhə ilə yanaş0ıblar. Demişəm Azərbaycanda ağsaqqal sözünə hörmət var, əgər övladlarımıza desəm ki, möhtərəm prezidentimiz məsləhət bilib, biz barışığa gedirik, birgə yaşayacağıq, onda mənim övladlarım mənə qulaq asacaq...
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru