“Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                 

“Danışıqlarda əsas müzakirə mövzusu status-kvonun dəyişdirilməsidir” - deputat
Tarix: 20-06-2017, 10:00 | Çap et
“Danışıqlarda əsas müzakirə mövzusu status-kvonun dəyişdirilməsidir”
İyun ayının 15-dən etibarən cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı birləşmələri mövqelərimizi iri çaplı silahlardan, minaatanlardan, artilleriyadan atəşə tutmaqla müxtəlif təxribatlara əl atıblar. Nəticədə Azərbaycan Ordusu bir şəhid verib. Təbii olaraq, cavab tədbirləri görülüb, Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənə sarsıdıcı zərbələr endirilib, 6 erməni hərbi qulluqçusu məhv edilib. Müdafiə Nazirliyi bu barədə bəyanat yayaraq bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir və növbəti belə təxribatın qarşısı alınarkən iyunun 15-də ordumuz itki verib. Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, çoxsaylı yaralıları var. Müdafiə Nazirliyi xəbərdar edib ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək. Azərbaycan Xarici İşlər Nazirliyi də açıqlama yayaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkəmizə planlaşdırılan səfəri ərəfəsində Ermənistan tərəfinin növbəti dəfə təxribatlara əl atmasına münasibət bildirib. Qeyd olunub ki, Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status-kvonu saxlamağa çalışır. Nazirlik bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları və hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın ölkəmizə qarşı təcavüzü fonunda ərazilərimizin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, politoloq Elman Nəsirov deyib ki, cəbhə xəttində təxribatların törədilməsi Ermənistan tərəfinin yeni taktikası deyil. Onun sözlərinə görə, rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: "Ermənistanın əsas niyyəti bundan ibarətdir ki, status-kvo qorunub saxlansın, heç bir halda o dəyişməsin, münaqişənin həlli üçün aparılan danışıqlar prosesinə hər vasitə ilə maneə yaradılsın. Çünki danışıqlarda əsas müzakirə mövzusu status-kvonun dəyişdirilməsidir. Əks halda heç bir irəliləyişə nail olmaq mümkün deyil. Ona görə də Ermənistan tərəfi ciddi-cəhdlə həmsədrlərin regiona səfəri ərəfəsində təxribatlara əl atır. Elə etmək istəyir ki, fundamental məsələlər, yəni, status-kvonun dəyişdirilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və bu kimi digər məsələlər deyil, məhz atəşkəsin qorunub saxlanması əsas müzakirə mövzusuna çevrilsin. Ermənistan xarici işlər naziri Nalbəndyan iyunun 20-də həmsədrlərlə görüşü zamanı hətta onları da ittiham edib ki, nə üçün münaqişə ilə bağlı ünvansız bəyanatlar verirsiniz. Guya həmsədrlər münaqişə ilə əlaqədar ünvansız bəyanatlar verirlər və erməni tərəfinin arzusuna uyğun olaraq onlar öz bəyanatlarında Azərbaycanı ittiham etməlidirlər. Burada məşhur bir el məsəlinmi xatırlamamaq olmur: Adımı sənə qoyum, səni yana-yana qoyum. Ermənistan silahlı birləşmələri iriçaplı silahlardan, minaatanlardan və artilleriyadan istifadə etməklə nəinki cəbhə xəttindəki mövqelərimizi, eləcə də dinc əhalinin yaşadığı məntəqələri atəşə tutur. Bu vəziyyət ötən ilin aprel hadisələrindən əvvəlki durumu xatırladır. O zaman Azərbaycan Ordusunun ön xətdəki kiçik birləşmələri düşmənin həmlələrinə, təxribat cəhdlərinə tutarlı cavab vermişdilər. Son hadisələr nəticəsində də ordumuzun bir itkisinə qarşı düşmənin altı yaraqlısı məhv edilib. Məhz bu məqamda Prezident İlham Əliyevin məşhur ifadəsini xatırlamamaq olmur. Ermənistan əsgəri ölmək istəmirsə Ağdama, işğal altında olan digər ərazilərimizə gəlməsin. Bir daha əvvəlki fikrimə qayıdaraq qeyd etmək istəyirəm ki, Ermənistan tərəfinin təxribatları danışıqlar prosesinə maneə yaratmağa hesablanıb. Çünki, həmsədrlərin regiona səfərindən sonra xarici işlər nazirləri, ardınca da prezidentlər səviyyəsində görüşlərin keçirilməsi planlaşdırılır. Ermənistan silahlı birləşmələrinin təxribatlar törətməsi, Nalbandyanın məsuliyyətsiz bəyanatlar verməsi bu görüşlərin baş tutmamasının qarşısını almaq, yaxud görüşlər keçirildiyi təqdirdə fundamental məsələlərin müzakirəsindən yan keçmək məqsədi daşıyır. Fikrimcə, regiona səfərlərini başa vuran həmsədrlər verəcəkləri bəyanatda bu amilləri mütləq nəzərə almalıdırlar”.

Politoloq Fikrət Sadıxovda qəzetimizə açıqlamasında deyib ki, Ermənistan tərəfi mütəmadi olaraq cəbhə xəttində təxribatlar törədir. Onun fikrincə, Ermənistanın xarici siyasətində Azərbaycana qarşı belə davranış əsas yerlərdən birini tutur: "Belə təxribatlar həmsədrlərin regiona, o cümlədən Azərbaycana səfəri ərəfəsində daha intensiv xarakter alır, cəbhə xəttində vəziyyət gərginləşdirilir. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri bütün bu təxribatların qarşısını qətiyyətlə alır, düşmənə ağır zərbə vurulur. Bunun ardınca da erməni tərəfi yaşanan hadisələrə görə Azərbaycanı günahkar göstərməyə çalışır. Bu baxımdan, həmsədrlərin regiona səfəri öncəsi Ermənistanın yeni təxribatlar törətməsi gözlənilən idi. Ancaq gülünc doğuran daha bir məqam Ermənistan xarici işlər nazirinin bu yaxınlarda verdiyi bəyanatdır. Onun dediyinə görə, guya BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum qətnamələr Ermənistanı deyil, Azərbaycanı işğala son qoymağa səsləyir, sülhə çağırır. Ermənistan rəsmisinin bu münasibəti aydınlaşmış mövqedir. Yəni, Ermənistan heç bir reallıqla hesablaşmır, işğalçılıq siyasətini davam etdirir, beynəlxalq hüquqa və prinsiplərə əməl etmir. Bu mövqe danışıqlar prosesində hər hansı irəliləyişin olmasının qarşısını almağa da hesablanıb. Əgər rəsmi İrəvanın əsas siyasəti bundan sonra da belə olacaqsa, Azərbaycan tərəfinin çox güclü cavab tədbirləri ilə üz-üzə qalacaqlar və artıq üzləşirlər. Azərbaycanda ən yüksək səviyyədə də bəyan edilib ki, Ermənistan tərəfinin hər bir təxribat cəhdinə, vurduğu ziyana görə düşmənə artıqlaması ilə cavab veriləcək. Çünki söhbət işğal altındakı Azərbaycan ərazilərindən, ölkənin suverenliyinin bərpasından gedir. Danışıqlar prosesi nəticə vermədiyi halda Azərbaycanın tam hüququ var ki, ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru