Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                 

"Bəziləri tutuquşu kimi təkrarlayır ki, Türkiyədə dünyəvi dövlət yoxa çıxır..." - deputat
Tarix: 19-07-2016, 08:49 | Çap et
"Bəziləri tutuquşu kimi təkrarlayır ki, Türkiyədə dünyəvi dövlət yoxa çıxır..."
15 iyulda Türkiyədə baş verənlər Azərbaycanda da narahatlıqla izlənildi. Bir millətin ikinci dövlətində yaşanan ağrılı olayların daha böyük faciələrə səbəb olmaması təbii ki, cəmiyyətimizin hər bir sağlam düşüncəli nümayəndəsinin əsas arzusu və istəyidir.

Ankara və İstanbulda xalq və ordu hissələrinin üz-üzə qaldığı saatlarda Azərbaycandakı Türkiyə səfirliyinin qarşısına da toplaşanlar az olmadı. Hətta səfirin ziyarətçilərdən evlərinə dağılışmağı xahiş etməsindən sonra da insanlar proseslərin nə ilə bitəcəyini məhz bu məkanda gözləməyi, bu jestlə qardaş Türkiyə dövlətinə dəstək verməyi üstün saydılar. Yeri gəlmişkən, siyasi partiya təmsilçilərindən ilk olaraq səfirliyin qarşısına Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yetişmişdi. Bu barədə facebook-da yayılmış videodan görünür ki, tərəfdarları ilə birlikdə səfirliyin binası önünə çıxan N.Pənahlı səfir İsmayıl Alper Coşkunun çıxışını dinləyir. Ancaq diqqətçəkən və təəccüblüsü budur ki, nə həmin gecə, nə də ondan sonrakı günlərdə Azərbaycan müxalifətinin çox azsaylı təmsilçiləri Türkiyədə baş verənlərlə əlaqədar, sadəcə, sosial şəbəkədə və mətbuatda fikir bildirməklə kifayətləndilər.

Azərbaycan Respublikasının keçmiş baş naziri və Xalq Partiyasının sədri Pənah Hüseyn isə “Yeni Müsavat” vasitəsilə Türkiyə olaylarını operativ dəyərləndirib. O, “Türkiyədə hərbi çevriliş cəhdinin xalqın meydanlarda ifadə olunan demokratik müqaviməti nəticəsində qarşısının alınması təkcə Türkiyə və türk milləti üçün deyil, dünyadakı bütün türklər və müsəlman sivilizasiyası üçün önəmli hadisədir”- deyib. P.Hüseyn bildirib ki, əgər Türkiyə bu olaylarda itkilərə məruz qalsaydı, Azərbaycan da itirəcəkdi: “Odur ki, 15- 16 iyul hadisələrində müqavimət qurbanları yalnız Türkiyə uğrunda deyil, bütün türk və müsəlman dünyası, Azərbaycan üçün şəhid oldular”.

Müxalifətin digər kəsiminin loyal yanaşması barədə sualımıza cavab olaraq KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, hadisələr birmənalı olmadığı üçün baş verənlərə də birmənalı münasibət yoxdur: “Təbii ki, bu, Türkiyənin daxili işləridir. Hətta bizim Türkiyənin Bakıdakı səfirliyinə göndərdiyimiz başsağlıqlarına da indiki böyükelçi etinasız qalır. Hansı ki, özündən əvvəlkilər belə deyildilər. Bu da onun məsələlərə baxışıdır. Ona görə də mən hesab etmirəm ki, Azərbaycan siyasi müxalifətinin rəy bildirməsinin Türkiyədəki hər hansı proseslərə təsiri, önəmi var və onlar buna önəm verəcəklər”.

M.Mirəlioğlu “Yeni Müsavat”n sorğusuna cavabında qeyd etdi ki, kimin nə deməsindən asılı olmayaraq, Türkiyə bütün hallarda proseslərdən güclü çıxacaq: “Ancaq bəzi məsələlər şübhələri artırır. Məsələn, ildırım sürəti ilə - hadisələrin üstündən sutka keçməmiş 3 minə yaxın prokuror, hüquq müdafiəçisi, yaxud vəkil həbs olunur. Bu siyahı necə tərtib olundu? Yaxud həbs olunanların sayı 6 minə yaxındır. Siyasi müxalifət dəstək verib, bu, sırf onların daxili işidir. Amma bu gün tutulan generalların hamısı onların 2014-cü ilin 17 dekabrındakı məşhur əməliyyatı zamanı təyin etdikləri şəxslərdir. Yəni Abdulla Gülün və Rəcəb Tayyib Ərdoğanın təyin etdikləri generallardır. Ona görə də xeyli şübhələr var. Hesab edirəm ki, bu, onların özlərinin də dediyi kimi, çox unikal bir ssenaridir, teatrlaşdırılmış bir məsələdir. Amma hələ son nöqtəsi qoyulmayıb. Bütün hallarda Türkiyə bu məsələlərdən qalib çıxacaq. Çünki Türkiyə Cümhuriyyəti belə hadisələri çox görüb”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da əməkdaşımıza açıqlamasında Türkiyənin proseslərdən qalib çıxacağını bildirdi: “Bu hadisəyə Türkiyədə ”çibanın deşilməsi" hadisəsi kimi baxılmalıdır. Türkiyə iqtidarı kimisə qane edə bilər. Yaxud başqası düşünə bilər ki, fərqli bir hakimiyyət olmalıdır, fərqli bir mövqe ifadə olunmalıdır. Bunlar hamısı anlaşılandır. Amma hər hansı bir şəkildə hərbi çevriliş yolu ilə hakimiyyət dəyişməsi Türkiyənin demək olar ki, 30-40 il geri düşməsi, zəifləməsi deməkdir. Bir çoxları o düşüncədədir ki, elə bil hələ də Atatürk hakimiyyətdədir və Atatürk bu günə qədər də hakimiyyətdə qalmalıdır. Türkiyədə dəyişən mühiti hələ də böyük əksəriyyət anlamaq gücündə deyil. Bəziləri tutuquşu kimi təkrarlayır ki, Türkiyədə dünyəvi dövlət yoxa çıxır, islamçı dövlət qurulur. Son hadisələr onu göstərdi ki, türk insanı, Türkiyə əhalisi hərbi çevrilişə qarşı mövqe, dirəniş ortaya qoyduğu kimi, hansısa bir şəriət dövləti, islam dövləti adı ilə hansısa bir qurumun olmasına da eyni cür dirəniş göstərəcək". F.Mustafa əlavə etdi ki, Türkiyəni anlayan insanların çoxu bunu bilir. Deputatın sözlərinə görə, hakimiyyət başında İslam dəyərlərinə bağlı insanların olmasına təbii ki, üstünlük verirlər: “Amma hətta dindar kəsimin içində böyük əksəriyyət Türkiyənin məhz demokratik dövlət olmasına üstünlük verir. Çünki İran təcrübəsinə, ərəb ölkələrinə baxırlar və aydın görürlər ki, Türkiyənin başqa quruluşda olması real deyil, mümkün də deyil. Ona görə də Atatürk modelli bir dövlət Türkiyədə hər bir zaman, hətta kommunist hakimiyyəti də olsa, qatı milliyyətçi, ya İslam dəyərlərinin daşıyıcısı da olsa, dəyişməyəcək. Odur ki, sadəcə, bilgisizlikdən, cahillikdən deyirlər ki, sanki Türkiyə hər şey uçuruma gedir”.

Deputat qeyd etdi ki, xalqın da iradəsinə qarşı bir sayğısızlıq var: “Sanki Azərbaycandan xalq daha yaxşı görür ki, hakimiyyətdə kim olmalıdır. Ona görə də mən o fikirdəyəm ki, Türkiyədə kimliyindən asılı olmayaraq, davranışından, üslubundan xoşumuz gəldi, ya gəlmədi, türk xalqının özünün seçimi var, o seçimə hörmət etmək lazımdır. Bəzən demokratiya uğrunda mübarizə apardığını iddia edən adamlar görürsən ki, diktatura arzulayır, bir hərbçinin hakimiyyətə gəlməsinə sevinir, istəyir ki, Türkiyədə hakimiyyət dəyişikliyi bu yolla olsun, seçki yolu ilə yox. Belə məsələlərdə Azərbaycanda düşüncə yanlışlığının olduğunu, Türkiyə haqqında təsəvvürlərin düzgün olmadığını müşahidə edirik. O baxımdan, hərbi çevrilişin baş tutmaması Türkiyənin yenidən dirçəlişidir. Sabah Ərdoğan gedər, yerinə başqası, milliyyətçi, ya İslam dəyərlərini qabardan insan gələr, fərq etməz. Amma 80-ci ilin darbəsindən sonra Türkiyənin iqtisadiyyatına və siyasi mövqeyinə vurulan zərbə o dərəcədə yüksək idi ki, hələ bu günə qədər onun fəsadlarını ortadan qaldıra bilmirlər. Təsəvvür edin ki, bir çevrilişdən sonra nə baş verdi: Yunanıstanın NATO-ya qəbul olunması həll olundu. Ona qədər Yunanıstan NATO-ya girə bilmirdi. Ancaq ondan sonra Yunanıstan Türkiyə ilə bərabərləşdirildi, özü də hərbçilərin hesabına. Xaricdən dəstəklənən çevriliş oldu və bunu həyata keçirdilər. Əvvəllər qınayırdılar ki, Türkiyə hakimiyyəti PKK-ya qarşı niyə yumşaq davranır? Bu gün PKK-nın bütün ocaqlarını darmadağın edirlər. Hərbçilərin hakimiyyətə gəlməsi o demək deyildi ki, PKK ilə bağlı daha sərt siyasət izlənəcəkdi. Bəlkə də həmin qüvvələr Ərdoğan hakimiyyətinin barışmaz mövqe tutduğuna görə bu addımı atırdılar. Ona görə də bu məsələlərdə daha əqli-səlib düşünməyimiz lazımdır. Türkiyə demokratiyasına Azərbaycan mühitindən dəstək verilməsi, bunun anlayışla qarşılanması bizim özümüzün xeyrinədir. Çünki Türkiyə həm də bizim üçün bir örnək, parlamentar demokratiyanın parladığı bir dövlətdir. Biz çalışmalıyıq ki, Türkiyə məsələsində mülahizələrimizdə yanlışlığa yol verməyək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru