"Deputat kiminsə işçisi deyil ki, ona rahatlıqla töhmət verilsin" - Fazil Mustafa
Tarix: 12-07-2016, 09:04 | Çap et
2015-ci il parlament seçkilərindən sonra formalaşan yeni tərkibli parlament yay tətilinə çıxıb. Milli Məclisin ötən dövrdəki fəaliyyətini qiymətləndirən Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa "Reytinq"ə müsahibəsində müxtəlif məsələlərə toxunub:
- Ötən dövr bir sıra qanunvericilik aktlarının dəyişdirilməsi və yeni qanunların qəbulu ilə yadda qaldı. Hesab edirəm ki, Milli Məclisdə fövqəladə bir dəyişiklik olmadı, hansısa islahatlar paketi, yeni dəyişikliklər formatı müzakirəyə çıxarılmadı. Sadəcə, yeni komitələr yarandı və yeni simalar komitə rəhbərliyinə gətirildi. Amma mahiyyət etibarı ilə ciddi dəyişikliklər olmadı. Ona görə də yeni situasiyadan danışmaq olmaz.
- Mənfi tendensiyalardan biri də odur ki, Milli Məclisin, millət vəkilinin ictimai rəydəki statusunun yüksəlməsi ilə bağlı da dəyişiklik baş vermədi...
- Bəli, Milli Məclisdə deputatların söz demək imkanı artan tendensiya ilə getmədi. Yeni parlamentin ötən dövrdəki fəaliyyətində, əvvəlki kimi fəallıq hiss olunmadı. Çünki əvvəllər daha gərgin debatlar, kəskin müzakirələr gedirdi.
Buna baxmayaraq, biz çalışdıq ki, Milli Məclisin tribunasından cəmiyyətin problemlərini gündəmə gətirək. Problemlərin həlli istiqamətində irəliləyişlər olmasa da, ən azı, insanlar görürlər ki, bir neçə şəxs tərəfindən onların problemi gündəmə gətirilir.
- Amma Milli Məclis rəhbərliyinin deputatlara münasibəti, davranışları da getdikcə sərtləşir. Bu barədə nə düşünürsünüz?
- Bu, daha çox fəal deputatlarla bağlı məsələdir. Belə deputatların hər hansı çıxışı narazılıqla qarşılanır. Məncə, bu da yanlış tendensiyadır, çünki Milli Məclisdə aktivlik hamının marağına uyğun olmalıdır. Ən azı, dinamik bir orqana insanlar daha çox dəyər verirlər.
Razıyam ki, rəhbərlik tərəfindən məhdudlaşdırıcı addımlar atılır. Çıxışların vaxtı, gündəlik məsələsinin müzakirəsi və digər məsələlərlə bağlı müəyyən narazılıqlar olur. Halbuki gündəlik məsələlərin müzakirəsi cəmiyyəti daha çox maraqlandırır. Təəssüf ki, hazırda Milli Məclisdə əvvəlki kimi bir canlılıq hiss olunmur. Bu da fəal deputatlar üçün arzuolunan deyil. Çünki Milli Məclisdə elə vəziyyət yaranıb ki, kimsə çıxış eləmək istəyəndə, daxildə bir narazılıq yaranır ki, tez qutarın, çıxıb evimizə gedək. Təbii ki, bu da yaxşı tendensiya deyil.
- Bir neçə gün öncə Milli Məclis sədri Oqtay Əsədovla deputat Zahid Oruc arasında gərginlik yaşandı və nəticədə deputata töhmət verildi. Amma bu, cəmiyyətdə birmənalı qarşılanmadı. Sizcə, baş verənlər nəyin nəticəsidir?
- Mən, bunun qiymətini İntizam Komitəsinin üzvü kimi vermişəm. Həmin qərarın əleyhinə səs verərək, bunun doğru olmadığını bildirmişəm. Çünki heç bir qəbahətli iş baş verməyib, kimsə kimsəni döyməyib, söyməyib.
Zahid Orucun deputat kimi fikir bildirmək hüququ, Milli Məclis sədrinin isə o fikrə iradını ifadə eləmək hüququ var. Eyni zamanda, Zahid Orucun o iradla razılaşmamaq hüququ mövcuddur. Hər kəs öz hüququnu həyata keçirib. Burada kiminsə kiməsə qarşı təhqiri, yaxud aşağılayıcı mövqeyi müşahidə olunmur. Buna görə də deputata töhmət verilməsi yanlış yanaşmadır. Hesab edirəm, o məsələni gündəmə gətirmək lazımdır ki, deputata töhmət verilməsi uyğunsuz yanaşmadır. Biz qanunvericilikdə bunu diqqətdən qaçırmışıq.
Deputata töhməti seçici verə bilər, Milli Məclis yox. Seçici ona səs verməyə bilər, əleyhinə kampaniya aparar ki, filan deputat mənim üçün çalışmır. Deputat kiminsə işçisi deyil ki, ona rahatlıqla töhmət verilsin.
Milli Məclis deputata töhmət verə bilər, amma seçici həmin deputatın fəaliyyətini yüksək qiymətləndirər. Əsas Milli Məclis deyil, xalqın iradəsidir. Milli Məclisin özü də bu iradədən formalaşır.
Hər halda, gələcəkdə məsələni gündəmə gətirmək lazımdır ki, deputata töhmət verilməsi doğru yanaşma deyil.
- Ancaq Oqtay Əsədovun davranışından hiss olunur ki, deputatlara tabeliyindəki məmurlar kimi yanaşır. Rəsmi, yaxud qeyri-rəsmi olaraq, spikerə belə bir səlahiyyət verilibmi?
- Spikerin əlavə səlahiyyətləri Məclis prosedurları ilə bağlıdır. Milli Məclis xəbərdarlıq edə, səs hüququndan məhrum edə bilər, amma bu, əsaslandırılmalıdır.
Deputat istənilən mövzuda, istənilən formada fikrini ifadə edə bilər. Hətta Konstitusiyada yazılıb ki, deputat Milli Məclis tribunasından səsləndirdiyi fikrə görə məsuliyyət daşımır. Belə bir məsuliyyət daşımırsa, hansısa çıxışa görə ondan məsuliyyət tələb eləmək doğru deyil.
Kiminsə kiməsə cavab verməsi, fikir ayrılıqlarının olması normal prosedurdur. Burada qəbahət görmürəm. Sədr öz fikrini deyə bilər ki, səninlə razılaşmıram, deputatın da öz fikrini bildirmək hüququ var. Bunu şişirtmək, böyütmək, inzibati cəza səviyyəsinə gətirmək yanlışdır.
Onu da nəzərə çatdırım ki, spiker, yaxud vitse-spiker imtiyazca üstün deyillər. Çünki onlar da hər hansı dairədən seçilirlər və seçici qarşısında məsuliyyət daşıyırlar. Yuxarıda oturan şəxsin hər şeyi doğru bildiyini və dediyini təlqin eləmək yanlış nəticələrə gətirib çıxara bilər. Məncə, buna görə hər hansı aqressivlik yolverilməzdir.
Təbii ki, zaman-zaman belə hallar olur. Amma öz hüququnu qoruyan deputatlar bu tendensiyanın genişlənməsinə imkan vermirlər. Bəziləri var ki, bunu normal qəbul edirlər, bu da onların öz problemidir.
- Analoji proses Sizinlə bağlı baş versəydi, reaksiyanız necə olardı?
- Mənimlə bağlı bu cür hallar baş verib, amma sözümü də deyirəm. İstər sədr olsun, istər müavinlər, haqlı irad olanda susuram, amma mən haqlı olanda sözümü deyirəm və mövqeyimdə qalıram.
Hesab edirəm ki, ümumiyyətlə, fikirlərə müdaxilə etmək doğru deyil. Deputat parlament rəhbərliyi qarşısında məsuliyyət daşımır, hər bir deputatın çıxışının cavabdehliyi onun özünə aiddir. Kimsə doğru, yaxud yanlış olmasını qiymətləndirə bilməz, sadəcə, öz mövqeyini ifadə edə bilər. Kimsə öz fikrini deməməlidir,- yanaşması, artıq parlament etikasından kənardır.
- Fazil bəy, millət vəkilinin sözü kəsilirsə, hətta aşağılayıcı ifadələrə məruz qalırsa, bunun ardınca töhmət alırsa, o zaman həmin deputat öz hüququnu necə qorumalıdır?
- Bu, artıq ciddi bir sualdır. Hesab edirəm ki, bu sual bundan sonra hər zaman gündəmdə duracaq. Çıxışına, gündəlikdən kənar danışdığına görə millət vəkilinə qarşı çıxmaq, yaranan gərginliyə görə töhmət vermək həqiqətən sual doğurur. Hesab edirəm ki, bundan sonrakı mərhələdə istər Milli Məclis rəhbərliyi, istərsə də deputatlar məsələnin bu həddə qədər gəlib çıxmasına yol verməməlidirlər. Nə deputat bu səviyyədə inzibati cəza almalıdır, nə də rəhbərlik səlahiyyətindən istifadəyə üstünlük verməlidir. Çünki biz insanları alışdırmalıyıq ki, parlament ciddi müzakirə yeridir. Təki mübahisələr, gərginliklər parlament müstəvisində olsun, küçədə yox.
Bu, cəmiyyətin özünə də faydalıdır. Belə olan təqdirdə, cəmiyyətdə də insanlar bir-birinə qarşı dözümsüzlüyü aradan qaldırır, daha xoşgörüylə münasibətlər tənzimlənir. Hər halda, bütün bunları deputatlar da, Milli Məclisin rəhbərliyində təmsil olunanlar da anlamalıdırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55 |
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
• Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41 |
|
|
|
• Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24 |
|
|
|
• Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16 |
|
|
|
• Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14 |
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
|