Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                 

"Birlikdə devirdiyimiz Ayaz Mütəllibovun qurduğu hökumətlə işbirliyinə getdiniz"
Tarix: 28-06-2016, 08:28 | Çap et
"Birlikdə devirdiyimiz Ayaz Mütəllibovun qurduğu hökumətlə işbirliyinə getdiniz"
1993-cü ilin 4 iyun qiyamının müzakirəsi gündəmdən düşmür. Son olaraq, 4 iyun qiyamında ittiham olunan şəxslərdən biri kimi, AMİP lideri Etibar Məmmədov “Yeni Müsavat”da geniş məqalə ilə çıxış edib.

Yazısında o zamankı AXC hökumətinin ünvanına sərt ittihamlar səsləndirib. Əsas tənqid hədəfi isə Elçibəy hakimiyyətinin Ali Sovetinin sədri olan, MSDM rəhbəri İsa Qəmbər olub. AMİP lideri “özünü qeyri-legitim və kommunist rejiminin tör-töküntüsü adlandırdığınız qurumu - Ali Soveti buraxmaq, yeni konstitusiya qəbul edərək yeni seçkilər keçirmək əvəzinə, sədrliyə öz adamınızı əyləşdirdiniz və hakimiyyətə gəlmək üçün doqquz xarici dövlətdən razılıq aldığınızı elan etdiniz” - deyə iddia edib.

Məmmədov AXC hökumətini Ayaz Mütəllibovla işbirliyinə getməkdə ittiham edib: “Siz artıq hakimiyyəti ələ keçirərkən məğlubiyyətə məhkum olduğunuzu dərk etməli idiniz”...

Səslənən ittihamlarla bağlı “Yeni Müsavat”a açıqlamasında İ.Qəmbər AMİP liderinə sərt cavab verdi: “Builki 4 iyun müzakirələri əvvəlkilərdən daha davamlı, ətraflı getdi. İndiyə qədər bu məsələdə susmağa üstünlük verən insanlar danışmağa başladılar. Fərqli mövqe göstərənlər başqa mövqedən çıxış etməyə başladılar. Bu çıxışlara diqqət yetirsəniz, 4 iyun ətrafında müxtəlif qüvvələrin niyyətləri özünü göstərməkdədir. Müsavat Məclisinin 25 iyun iclasında başqan Arif Hacılı 4 iyunla bağlı çıxışında məntiqli bir ideya irəli sürdü ki, bu hadisələrdə iştirak edənlər, qiyamı dəstəkləyənlər barədə iyustrasiya qanunu nəzərdə tutulmalıdır. Yəni onlar dövlət vəzifələrinə buraxılmamalıdırlar. Tamamilə məntiqli ideyadır.

Bu ideyaya cavab gəldi. Özünü müstəqil ictimai-siyasi xadim kimi təqdim edən şəxslərin birindən. Cavab bundan ibarətdir ki, Xalq Cəbhəsi hakimiyyətinə aid olan şəxsləri vəzifələrə buraxmaq olmaz. Həmin şəxs 4 iyun qiyamı barədə yazısında hadisələrin qiyam olduğunu, özü də demokratik hökumətə qarşı qiyam olduğunu əsaslandırıb. Çıxardığı nəticə isə qiyam törədənlərin deyil, AXC hökumətinin nümayəndələrinin hakimiyyətə buraxılmaması ilə bağlıdır.

Bu məsələlərdə detallı diskussiyalara maraq göstərmirəm. Ona görə ki, hədəfimiz hakimiyyətdir. Azərbaycanda xalqın hakimiyyətini bərqərar etmək istəyirik. Hakimiyyətdə olmayan qüvvələrlə mübahisə, mübarizə aparmaq Müsavatın gündəmində heç zaman olmayıb. İndi də belədir. Bu baxımdan çox detallara getmirik. Amma iyunun 24-də köhnə dostumuz Etibar Məmmədovun məqaləsi var idi. Bu yazıya münasibət bildirilməlidir. Etibar Məmmədov kifayət qədər geniş yazı yazıb. Açıq şəkildə aydın olur ki, söz bolluğu ilə gerçəklərin gizlədildiyi bir yazıdır. Geniş yazıda bir çox yersiz ittihamlar irəli sürüb. Əksəriyyəti də qərəzli publisistikadır. Gerçəklər azdır. Onun irəli sürdüyü iddiaların, ittihamların hər birinə ayrı-ayrılıqda cavab vermək mümkündür. Orada cavab verilməsi mümkün olmayan heç bir ittiham, iddia yoxdur.

Amma o, məsələnin mahiyyətini gizlətmək istəyirsə, biz bunu bir daha təqdim etməliyik. Əsas da gənclərə bəzi şeyləri anlatmalıyıq. 4 iyunda qanunu hakimiyyətə qarşı qiyam baş verib. Hərbi hissələrdən biri qiyam qaldırıb. Hökumət həmin qiyamı yatırmağa cəhd göstərib və uğursuzluğa düçar olub. Qiyamın baş verməsi və bizim onun qarşısını ala bilməməyimiz həqiqətdir. Bu iki həqiqəti hər zaman etiraf etmişik. Məsələnin mahiyyəti bundan ibarətdir".

İsa bəy AMİP liderinin qiyamda birbaşa iştirakına toxunaraq, bunları dedi: “Etibar Məmmədova gəlincə isə onunla bağlı gerçəklik ondan ibarətdir ki, onun özü, tərəfdarları bu qiyamda bilavasitə iştirak ediblər. Surət Hüseynovun qərargahında Məmmədovun ən yaxın silahdaşları, Sosial Demokrat Partiyasının ən yüksək səviyyəli nümayəndələri əyləşmişdilər.

Həmin ”qərargah" dövlət nümayəndələrinin girov götürülməsi əməliyyatlarını həyata keçirirdi. Prezident qvardiyasının, MTN xüsusi təyinatlı dəstəsinin əsgər və zabitləri gülləbaran edilirdi. Cinayətlər həyata keçirən qərargahda Etibar Məmmədovun və Sosial Demokrat Partiyasının nümayəndələrinin nə işi var idi?

Etibar Məmmədov elə yazır ki, guya ölkədə normal siyasi mübarizə gedirmiş. Bu mübarizədə də bir qüvvə digərini əvəzləyib. Halbuki söhbət qiyamdan gedir. Demokratiyadan, qanunlardan, konstitusiyadan danışan bir siyasətçi, onun silahdaşları, rayon təşkilatları qiyama necə dəstək verə bilər?"

MSDM rəhbəri 4 iyun qiyamının arxasında Rusiyanın dayandığını qeyd edərək, Məmmədovun əfv olunmayacağını söylədi: “Milli İstiqlal adını daşıyan bir partiyanın rəhbərinin Moskvanın əlinin olduğu qiyamda iştirak etməsinin hər kəs fərqindədir. İstiqlalçı millət vəkili adını daşıyan bir şəxsin Azərbaycanı yenidən öz nəzarəti altına almaq istəyən bir imperiyanın təşkil etdiyi qiyamda iştirak etməsi əfv olunmayacaq bir addımdır. Gerçəklər bundan ibarətdir. Görünür, bu gerçəkləri yenidən cəmiyyətə çatdırmaq lazımdır. Hadisələrdən xəbərsiz gənclərə bu həqiqətləri demək lazım gələcək. Bu təbliğatda müsavatçıların iştirakı gücləndirilməlidir. 1992-1993-cü illər Milli Hakimiyyətin, Müsavat və AXC-nin səhvləri ola bilər. Amma bu qüvvələr xalqa, Azərbaycanımıza xidmət edirdilər. Biz xalqa xidmət etmişik. Hansı səhvlərimiz olubsa, onu etiraf etmişik. Bu həqiqətləri demişik, deyəcəyik də”.

Məmmədovun məqaləsində AXC hökumətinin baş naziri olmuş Pənah Hüseynlə bağlı da hissələr var. Həmin hissəni olduğu kimi təqdim edirik: “Ədalət naminə qeyd etməliyəm ki, şəxsi məsuliyyətini dərk edərək keçmiş hakimiyyət nümayəndələri arasında fəaliyyətlərinə cəmiyyət önündə qiymət vermək gücünü özündə tapan və ”Cinayətimiz məğlubiyyətimizdir “ deyə bilən şəxs ancaq Pənah Hüseyndir. Bu məsələdə Pənah Hüseynin haqlı olmağını qeyd etməklə yanaşı, onun dövlət katibi və baş nazir olduğu hakimiyyətin aparıcı fiqurlarının nəzərinə çatdırmaq istəyirəm ki, siz artıq hakimiyyəti ələ keçirərkən məğlubiyyətə məhkum olduğunuzu dərk etməli idiniz. Pənah Hüseynin təbirincə desək, cinayətiniz onda oldu ki, Rusiyanın oyuncağı, cinayətkar və anti-milli adlandıraraq devirdiyiniz, bəli, birlikdə devirdiyimiz Ayaz Mütəllibovun qurduğu hökumətlə işbirliyinə getdiniz. Sonra da utanmadan, qızarmadan bu hibrid hökuməti ”milli" elan etdiniz".

P.Hüseyn bildirdi ki, Etibar Məmmədovun fikirləri doğru deyil: “Əlavə şərhə ehtiyac görmürəm. Bütövlükdə Etibar Məmmədovun məqaləsindəki fikirlərin əksəriyyəti öz subyektiv fikirləridir. Öz fikirlərini ifadə etmək hüququna malikdir. Amma onların böyük bir qismi istər siyasi, istərsə də, faktiki cəhətdən doğru deyil. Müəyyən mənada o dövrdəki siyasətinə bəraət qazandırmaq xarakteri daşıyır. Amma hər kəsin öz fikirlərini deməsinə hörmətlə yanaşmaq lazımdır. Sizin qəzetdə hazırda çap olunan məqalələrimdə ittihamlara bəzi cavablar var və olacaq da. Bu məsələlərə yenidən aydınlıq gətirmək yəqin ki qarşıdakı zamanlarda bir daha olacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru