"Biz torpaqlarımızı sülhlə deyil, yalınız müharibə ilə azad etməliyik"
Tarix: 10-06-2016, 10:20 | Çap et
Aprel ayının əvvəlində Dağlıq Qarabağ cəbhəsində hərbi vəziyyətin gərginləşməsindən sonra Azərbaycan və Ermənistan tərəfi danışıqılar masası arxasına əyləşdilər. Mayın 16-da Vyanada baş tutan İlham Əliyev - Serj Sarkisyan görüşünün ardından iyunda prezidentlərin yenidən müzakirə aparacağı gözlənilir. Amma iyun ayında prezidentlərin görüşüb-görüşməyəcəyi hələ ki tam dəqiqləşməyib... Dağlıq Qarabağ münaqişəsində sülh danışıqlarının son durumu necə qiymətləndirilir? Yaxın gələcəkdə baş tutacaq görüşlərdə münaqişənin sülh yolu ilə həllinin prespektivləri varmı? Modern.az bu suallarla siyasi partiya rəsmilərinə müraciət edib.
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həlli üçün heç bir ümid qalmayıb:
“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir prespektiv yoxdur. Çünki Rusiya bölgədə dinamik konfliktlər istəyir və bunu da daim öz nəzarətində saxlamağa çalışır. Ona görə də bu münaqişənin həllində hələ ki heç bir irəliləyiş olmayacaq. Dağlıq Qarabağ münaqişəsi bu gün yalnız konservləşdirilmiş şəkildə uzadılır. Dünyada baş verən hadisələr fonunda Rusiya keçmiş sovet respublikalarına nəzarət mexanizmi üzərində işləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız Rusiya sıxışdırıldıqdan sonra öz həllini tapa bilər. Müharibə başlasa, Türkiyə və onun ardınca NATO və Avropa Birliyi regiona girsə, bu proses həll oluna bilər”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli düşünür ki, Ermənistan sülh danışıqlarından açıq-aşkar qaçdığı üçün Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli hər gün zəifləyir: “Dağlıq Qarabağ münaqişəsinin danışıqlarla həll olunma ehtimalı çox azdır. Aprel hadisələrindən sonra beynəlxalq təzyiq nəticəsində atəşkəs əldə olundu və prezidentlər görüşdü. İndi isə danışıqlardan artıq formal olaraq Azərbaycan tərəfinin də imtina etmək imkanı yoxdur. Yalnız bir halda imtina etmək olar ki, Ermənistan tərəfi şərtləri açıq-aşkar pozsun. Ona görə də bu ay prezidentlərin görüşünün baş tutub-tutmayacağını hələ də gözləmək lazımdır. Ermənistan görüşdən açıq-aşkar qaçır. Status-kvonun dəyişməzliyi haqqında ATƏT-in həmsədrləri bəyanat verib. Ermənistanın danışıqlar prosesindən qaçmaq cəhdləri hələ də olacaq. Belə olsa, Ermənistan yenidən şərtləri pozsa və xristian təəssübkeşləri ona açıq-aşkar dəstək versə, mənə elə gəlir ki, bu münaqişədə danışıqlar yolu artıq bitəcək. Bu gün hamıya bəlli olduğu kimi, Rusiyaya da bilir ki, Azərbaycan öz torpaqlarını tam azad etmək gücündə və iqtidarındadır. Əgər beynəlxalq güclər buna imkan vermirlərsə, deməli özləri torpaqları azad edərək münaqişəni həll etməlidirlər”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyir ki, münaqişənin həlli artıq müəmmalı fazaya gəlib çatıb, yəni anlaşılmaz bir durum yaranıb: “Dağlıq Qarabağ münaqişəsi indi qeyri-müəyyən bir formadadır. Çünki nə də status-kvo, nə də onun dəyişdirilə biləcəyi bir mərhələsindədir. Buradakı proses Rusiya tərəfinin mümkün qədər status-kvonun saxlamağa çalışmasından irəli gələn problemlərdədir. Rusiya bununla da Azərbaycana təsir edir.İndiki vəziyyət nə yaxşı və nə də pisdir. Hazırda münaqişə prosesində bir qeyri-müəyyənlik hökm sürür”.
Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycanın yalnız müharibə ilə torpaqları azad edəcəyini düşünür: “ATƏT-in Dağlıq Qarabağa heç bir köməyi olmayacaq. Biz torpaqlarımızı sülhlə deyil, yalınız müharibə ilə azad etməliyik”.
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələr katibi Elşən Mustafayev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həll yolu sülh variantı ilə mümkün deyil və bunu Azərbaycan tərəfi də çox gözəl bilir: “Aprel hadisələrindən sonra Dağlıq Qarabağ münaqişənin indiki sülh danışıqlarında heç bir müsbət nəticə gözləmək mümkün deyil. Ən azı ona görə ki, Ermənistan və Rusiya bugünkü məqamda bu problemin həllində maraqlı deyil. Bu gün Rusiyanın özü ciddi beynəlxalq sanksiyalarla üz-üzədir. Regiondakı lokal münaqişələri daim təsirində saxlamaq istəyən Rusiya Qarabağ probleminin həllində maraqlı deyil. Çünki bu gedişlə Rusiya həm də beynəlxalq proseslərdən kənarda durmağa cəhd edir. Ona görə də Vyana görüşünün nəticələrindən qənaətə gəlmək olar ki, Ermənistan münaqişənin beynəlxalq hüquqa söykənən həllinə hazır deyil. Azərbaycan isə bu mərhələyə hazır vəziyyətdədir. Azərbaycan tərəfi dəfələrlə bunu bəyan edib. Lakin məsələ ondadır ki, danışıqlar prosesinin heç bir nəticəsi görünmür. Vyana görüşündə prezidentlərin iyun ayında görüşünün olacağı haqqında məlumatlar var idi. Amma bu gün görüşün baş tutub-tutmayacağı hələ də sual altındadır. Azərbaycan tərəfi çox gözəl bilir ki, danışıqlar başlasa belə, nəticəsi bizim üçün heç də uğurlu olmayacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55 |
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
• Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41 |
|
|
|
• Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24 |
|
|
|
• Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16 |
|
|
|
• Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14 |
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
|