“50 milyon azərbaycanlı yaşayır dünyada, amma prezidentin twitter hesabını 217 min adam təqib edir. Niyə bu rəqəm 2-3 milyon olmasın?!”
Tarix: 9-06-2016, 08:44 | Çap et
Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı artıq geridə qalsa da, müzakirələr davam edir. Qurultayda təklif olunan məsələlər, qəbul olunan qərarlar ətrafında fikir mübadiləsi aparılır. Əsasən də Azərbaycan diasporasının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək və Diaspora Fondunun yaradılması təklifi ətrafında müzakirələr aparılır.
“Yeni Müsavat” qəzeti olaraq, biz də qurultayda aktiv iştirak edən “Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının təəssüratlarını öyrənməyə çalışdıq.
- Hər beş ildən bir belə bir qurultayın keçirilməsi çox yaxşı bir hadisədir. Çünki dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporasının güclü olması həm Qarabağ məsələsində, həm Xocalı soyqırımının tanıdılmasında və digər məsələlərdə çox lazımdı. Mən o qurultayda iştirak edənlərin böyük bir qismi ilə görüşdüm, tanış oldum. Açılış mərasimində də iştirak elədim, cənab prezidentin çıxışını da diqqətlə dinlədim. Özəlliklə aprel hadisələri ilə bağlı Ermənistana mesajlar verdi və diasporanın görəcəyi işlərdən danışdı.
Ölkə başçısı diasporamızın güclü olmasının önəmini qeyd elədi. Xüsusilə erməni lobbisi və diasporası qarşısında bizim diasporamızın görəcəyi işlər, bir-birini didib-parçalamaqdansa, birləşib Azərbaycanın ümumi düşməninə, torpaqlarımızı işğal edən Ermənistan və onun arxasında duranlara qarşı gücümüzü birləşdirməyi tövsiyə etdi. Mən özüm də plenar iclasların birində çıxış elədim. Qeyd elədim ki, bəlkə də diaspora fəaliyyətini ilk dəfə başladan bir cəmiyyətin sədriyəm. Təcrübəmdən doğan bəzi məqamları söylədim. Sözdə nə qədər güclü olduğumuzu desək də, əslində diasporamız zəifdir. Bizə ən yaxın, qardaş dövlət olan Türkiyədə belə bizim diasporamız zəifdir. Biz orada diaspora yaradılmasına belə ehtiyac duymamışıq. Mətbuata nəzər salsaq, erməni lobbisi qardaş Türkiyədə belə bizdən güclüdür. Erməni diasporasının Fransadan sonra ən güclü olduğu ölkələrdən biri də Türkiyədir. Ona görə də biz orada güclü işləməliyik. Bizim diaspora təşkilatları isə bir-birinə ermənidən betər düşmənçilik edir. Mən çıxışımda da, ayrı-ayrı şəxslərlə görüşlərimdə də bunları söylədim. Təəssüratım yaxşıdır, ancaq arzularım daha böyükdür. Bizim problemlərimiz çoxdur.
- Diaspora Fondunun yaradılması, Azərbaycan dövlətinin diasporaya yardım etməsi ilə bağlı da qurultayda təkliflər səsləndi. Bildirildi ki, erməni diasporası maddi baxımdan da bizimkindən daha güclüdür. Bu təklifi necə qiymətləndirdiniz? Sizcə, bizim diasporaya nə üçün dəstək yoxdur?
- Çox təəssüflə qeyd etməliyəm ki, erməni diasporasına Ermənistan başda olmaqla, bütün dünya yardım edir. Erməni diasporası çox zəngindir. Əsas diaspora nümayəndələri Amerikada, Fransada yaşayan iş adamlarıdır. Cənab prezident də çıxışında qeyd elədi ki, bizim o zəngin iş adamlarımız millətin mənfəətinə, Azərbaycanın xaricdəki diasporasının güclənməsinə pul xərcləmirlər. Olan iş adamlarımız da nə yazıq ki, milli məsələlərdə aktiv olan könüllü şəxslərə yardım etmirlər.
- Disporla İş üzrə Dövlət Komitəsinin bu məsələlərdə fəaliyyətini necə qiymətləndirirsiniz?
- Diaspora Komitəsi o qədər böyük imkanlara malik deyil ki, bütün diaspora təşkilatlarına yardım etsin. Diaspora işi ilə məşğul olan şəxsləri də ələmək lazımdır. Həqiqətən bu işlə məşğul olmaq istəyənlərə yardım edilməlidir, yoxsa hansısa təşkilat adından maddi maraqları uğrunda çalışanlara yox. Azərbaycan müstəqilliyini qazandığı gündən bu yana, 25 ildir ki, bu işə ürəyini qoymuş insanlar var ki, onlarla televiziya proqramları ortaya qoyublar, Qarabağla bağlı proqramlar yayımlayıblar. Lakin həmin insanlar o qurultaya dəvət olunmamışdı. Bunlar doğru deyil, ədalətsizlikdir. O insanları küsdürmək olmaz. Öz imkanları ilə, indiyədək Azərbaycandan bir qəpik almadan ölkəmiz üçün böyük işlər görmüş adamları incitmək olmaz. Özəlliklə də əlində qələm olanları.
- Erməni diasporasının gücündən danışdınız. Nədir bu gücün mahiyyəti?
- Erməni diasporasının gücü ondadır ki, Türkiyənin, Avropanın özündə belə aparıcı mətbuat orqanlarının çoxunda yazı qabiliyyəti olan insanları öz mənafeləri naminə işlədirlər. Onların içində erməni əsilli olmayanlar da var. Bunu təşkil edə bilmirsə, o diasporanın fəaliyyətindən danışmaq olmaz. Bir örnək çəkim ki, 4 aprel savaşlarında döyüş əməliyyatları keçirdik, çoxlu şəhidlərimiz oldu, torpağımızın bir qismini azad elədik. Lakin mən Türkiyə telekanallarında bu haqda 10 dəqiqəlik bir süjet görmədim. Sadəcə, bir neçə 1 dəqiqəlik qısa xəbər verildi. Amma Türkiyənin “Bəngi Türk” televiziyası cəbhə bölgəsinə gəldi, çəkdi, 4 gün ardıcıl veriliş yayımladı. Heç bir mənfəət güdmədən bunu etdi. Təəssüf ki, onlar və o cür insanlar bu qurultayda yox idi.
- Tənzilə xanım, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının qurultaya dəvət olunmamasına münasibətiniz necə oldu?
- Bu da düzgün addım deyildi. Onlar da bizim insanımızdır, niyə dəvət olunmasınlar ki? Dünya Azərbaycanlılarının qurultayına onlar da dəvət olunmalıydı. Mən düşünürəm ki, müxalifətin orada olması heç bir narahatlıq yaratmazdı və heç kim də onlara yox deməzdi.
- Qurultay iştirakçılarını Azərbaycan prezidentinin twitter hesabını təqib etməyə çağırmısınız. Bu çağırışınızın məqsədi nə idi?
- Mən orada çıxışımda da dedim ki, biz 50 milyonluq azərbaycanlıyıq, diasporamız da fəaliyyət göstərir. İndi mətbuat qədər sosial media da önəmlidir. Sosial mediada yazılan yazı dünyanın istənilən nöqtəsinə bir anda oxunur. Bu sosial şəbəkələrdən biri də twitter-dir. Mən bir vətəndaş olaraq, twitter-də ölkəm adına çox aktiv iştirak edirəm. Facebookdan fərqli olaraq twitter-də 160 işarə ilə bir fikir ifadə etmək lazımdır. Lakin bu qısa fikir həqiqətən çox təsir edir. Bir anda həmin fikir yüz minlərlə təqibçiyə çatır. Mən qurultayda dedim ki, niyə bizim prezidentimizi twitterdə 217 min adam təqib edir. Orada rəsmi sənədlər paylaşılır, yayımlanır. Qurultay üzvləri daha öncə etirazlar edirdilər ki, bizə məlumatlar lazım olur, əldə edə bilmirik və sair. Bu məlumatları əldə etmək üçün rəsmi orqanların, eləcə də prezidentin twitter hesabını təqib eləmək lazımdır. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı twitterdə 8 milyondan çox insan təqib edir. Niyə bizim prezidentimizin təqibçisi 2-3 milyon olmasın? Dedim ki, ən azı buradan başlayın. Hamı çıxış edib deyir ki, biz prezidentimizin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq təkcə sözlə demək yox, bir az da işə keçmək lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55 |
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
• Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41 |
|
|
|
• Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24 |
|
|
|
• Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16 |
|
|
|
• Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14 |
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
|