![AXCP ilə bağlı Ali Məhkəməyə müraciət edilib AXCP ilə bağlı Ali Məhkəməyə müraciət edilib](/uploads/posts/2016-05/thumbs/1464329482_0001.jpg)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiyanın qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün Ali Məhkəməyə müraciət edib.
Bu barədə APA-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin AXCP-nin qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi ilə bağlı iddianı təmin etməmək haqqında qərarından Ali Məhkəməyə şikayət edilib.
Xatırladaq ki, AXCP-nin qurultayın 2015-ci ilin sentyabrın 27-də keçirilib və Əli Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib.