Sarkisyanın Qarabağ şərtinə iqtidardan reaksiya - "...bizdən təminat istəyir?"
Tarix: 29-04-2016, 11:41 | Çap et
Ötən gün Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı keçirilib. Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlamasında bildirib ki, Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürür. Şarmazanovun sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir:
- İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;
- Ünvanlı bəyanatlar;
- Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət.
Ermənistan prezidentinin irəli sürdüyü şərtlərə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, Serj Sarkisyanın ötən gün irəli sürdüyü şərtlər onun həyatında səsləndirdiyi ən səfeh bəyanatdır:
“Azərbaycan torpaqlarının bir hissəsini işğal edən dövlətin rəhbəri bu gün bizdən təminat istəyir. Bu, dünya tarixində görünməmiş, gülünc doğruan bir məsələdir. Bu gün ortada olan məsələ Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Azərbaycanın bu milli məsələni həyata keçirməyə yönəlik addımlarına Ermənistan necə şərt qoya bilər? Bu şərtlər ona bənzəyir ki, sanki, II Dünya Müharibəsində Hitler Avropanın və SSRİ-nin bir hissəsini işğal etdikdən sonra həmin dövlətlərə şərtlər qoymasına bənzəyir.
Birincisi, Sarkisyan insidentlərin araşdırılması ilə bağlı mexanizm tələb edir. Maraqlıdır, Sarkisyanın 90-cı illərdə müdafiə naziri olduğu dövrlərdə Azərbaycan torpaqlarını bir-birinin ardınca işğal etdikdə və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul ediləndə nədənsə, beynəlxalq hüququn mexanizmini nəzərə almırdı. Eyni zamanda 2 aprelə qədər Azərbaycanın dəfələrlə Ermənistan silahlı qüvvələrinin provakasiyasının qarşısının alınması ilə bağlı təkliflərinə barmaqarası baxırdı. Bu mexanizmin yaradılması ilə bağlı təklif pafos və təbliğat xarakteri daşıyır. Hətta mexanizm yaradılsa belə Ermənistan bunun işləməməsinə mane olacaq”, - deyə millət vəkili vurğulayıb.
A.Mirzəzadə qeyd edib ki, ATƏT-in Minsk qrupunun atəşkəsə nəzarət edən nümayəndələrinin cəbhə xətti boyu inspeksiyasına Ermənistan maneə olur: “Sarkisyanın ikinci şərti ünvanlı təkliflərin verilməsi ilə bağlıdır. Məgər indiyə qədər verilən bəyanatlarda Ermənistan öz adını oxuya bilməyibmi? BMT Təhlükəsizlik Şurasının, beynəlxalq təşkilatların, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qərarlarda ünvan konkret olaraq göstərilməyibmi? Ermənistan əsgəri Azərbaycan torpaqlarında nə edir? Nə səbəbdən Ermənistan öz provakasiyasına bütün dünya dövlətlərini cəlb etməyə, məsuliyyəti üzərindən atmağa çalışır. Həmçinin onun Azərbnaycanı terror etməyəcəyi ilə bağlı təminat verməyə çağırmasının özü absurddur. Bu həmin Sarkisyandır ki, Dağlıq Qarabağda hərbiləşdirilmiş dəstələrə rəhbərlik edirdi və sonradan Xocalı soyqırımını törətməsinə görə bir fəxarət hissi keçirdiyini bildirirdi. Xocalı faciəsini törədən əliqanlı Seyran Ohanyan isə müdafiə naziridir. Terrorçunun terrordan danışması həyasızlıqdır. Hesab edirəm ki, bütün bunlar Sarkisyanın son günlərini yaşadığını, çaşqınlıq içərisində olduğunu və nədən danışdığının fərqinə varmamasıdan irəli gəlir. Düşünürəm ki, Sarkisyan və onun kimilərinin tarix qarşısında cavab verməsi üçün vaxt çatıb”.
A.Mirzəzadə, həmçinin vurğulayıb ki, bu gün Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi konstruktivdir: “Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələrindən azad edilməsi mövqeyindədir. Bunun üçün əlində olan bütün vasitələrdən istifadə edəcək. Ermənistan buna hazır olmalıdır”/azvision.az/.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|