Müxalifət dialoq istədi, iqtidar belə cavab verdi...
Tarix: 12-04-2016, 11:32 | Çap et
Ötən illərdə bir neçə dəfə baş tutan iqtidar-müxalifət diqaloqu müxtəlif məsələlərin müzakirəsinə şərait yaradıb. Bu il iqtidar-müxalifət dialoqunun keçirilməsi nə dərəcədə realdır?
Modern.az saytı bu sualla tərəflərə müraciət edib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı hesab edir ki, iqtidar-müxalifət dialoquna ehtiyac var:
“Təbii ki, belə bir məqamda iqtidar-müxalifət dialoquna ehtiyac var. Cəbhədə vəziyyətin gərgin olduğu zamanda bütün müxalifət partiyalarının liderləri birmənalı olaraq Ordumuzu dəstəklədi. Düşmənə layiqli cavab vermək məsələsində heç bir parçalanma yoxdur. Amma yaranmış vəziyyət, bundan sonra hansı addımlar atılmalıdır, milli birlik istiqamətində görüləcək işlər bir araya gəlməklə müzakirə oluna bilər. Yəqin ki, buna çox böyük ehtiyac var”.
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, əgər iqtidar istəyirsə, hər zaman olduğu kimi dialoqa hazırdırlar:
“Torpaqları azad etmək vəzifəsi hakimiyyətin vəzifəsidir. Hakimiyyətin də bu vəzifəsini icra etməsi üçün müxalifət də hər cür dəstək verməlidir. Əgər iqtidarın dialoqa ehtiyacı varsa, müxalifət də buna getməlidir. Əgər iqtidarın siyasi və təbliğat dəstəyinə, canlı qüvvə və maddi dəstəyə ehtiyac varsa, müxalifət bunu verməlidir. Bununla da müxalifət xalq və dövlət qarşısında öz vəzifəsini yerinə yetirmiş olar. Burada nəzəri fikirlər söyləməyə heç bir ehtiyac yoxdur. Torpaqları azad etmək Konstitusiya ilə rəsmi olaraq hakmiyyətin boynuna qoyulub. Bizim borcumuz isə onların vəzifəsini yerinə yetirməyə dəstək verməkdir. Dialoqla da bağlı təkliflərimizi vermişik. Nə zaman hazır olsalar, biz hər zamankı kimi danışığa hazırıq”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə sağ müxalifətin hakimiyyətə heç nə verə bilməyəcəyi qənaətindədir:
“Müxalifət hakimiyyətə və xalqa heç nə verə bilməz. Ona görə də bu gün iqtidar-müxalifət dialoqu labüd deyil və buna ehtiyac yoxdur”.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı ölkənin həyati əhəmiyyətli anlarında dialoqun vacib olduğunu deyib:
“Belə bir vəziyyətdə təbii ki, iqtidar-müxalifət dialoqunun olması çox vacibdir. Bir halda ki, Müsavat Partiyası Azərbayanın taleyüklü məsələlərində müzakirəyə hər zaman hazır olduğunu bildirib. Qarabağ məsələsi Müsavat Partiyası üçün ən birinci məsələdir. Ona görə də Qarabağa görə müzakirələr olacaqsa, biz mütləq iştirak edəcəyik. Biz hakimiyyətə dialoq paketi təklif etməmişik. Sadəcə olaraq, iqtisadi böhranla bağlı xalqa müraciət etmişik. Ona baxılıb-baxılmamasına rəsmi cavab verilməsə də, bizim qoyduğumuz məsələlərin bəzilərinə əməl olunduğu görünür. Amma hamısı yox, çox kişik hissəsi öz əksini tapıb”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli bu günün reallıqları baxımından iqtidar-müxalifət dialoqunun vacib olmadığı fikrindədir:
“İdeya və arzu baxımından hər zaman iqtidar-müxalifət dialoquna ehtiyac var. Çünki cəmiyyətdə bütün problemlərlə bağlı hər iki siyasi qüvvə masa arxasında müzakirələr aparmalıdırlar. Xüsusən indiki halda buna ehtiyac var. Ancaq real vəziyyət başqa cürdür. Aktiv fazada atəşkəs elan olunub. Həm Rusiya, həm də Qərb Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasa keçib. Artıq münaqişəni diplomatik aspektdə həll etməyə başlayıblar. Digər tərəfdən isə xalq Azərbaycan ordusunun irəliləməsini çox təqdir edir. Belə olan halda oyunçular və tərəfləri qiymətləndirəndə görürük ki, ən vacib məqamlar olan dövlət rəhbərliyi, beynəxalxaq təşkilatlar, regiondakı güclər məsələ ilə məşğuldurlar. İndiki Azərbaycan şəraitində bir partiya hədsiz qüvvəli, müxalifətin isə hədsiz dağınıq və zəif olduğundan açğını deyim ki, iqtidar dialoqa həvəsli görünmür. Çünki xalq birmənalı şəkildə prosesləri dəstəkləyir. Ona görə də ideya baxımından iqtidar-müxalifət dialoqu gərəklidir, amma bu günün reallıqları baxımından o qədər də önəmli və vacib deyil”.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, həmrəylik olan yerdə heç bir dialoq lazım deyil:
“Azərbaycandakı bütün siyasi partiyalar son günlər eyni mövqedən çıxış edirlər. Torpaqlarımızın azad olunması, iqtidar-xalq birliyi onu göstərdi ki, bir neçə şəxsi çıxmaq şərti ilə bütün Azərbaycan və ölkədən kənarda yaşayanlar, türk və müsəlman dünyası bizi dəstəklədi. Bu proseslərdə artıq milli həmrəylik var. Həmrəylik olan yerdə başqa dialoqa heç bir ehtiyac yoxdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|