BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                 

KEÇMİŞ DEPUTATA QARŞI İTTİHAM
Tarix: 27-04-2012, 16:07 | Çap et
KEÇMİŞ DEPUTATA QARŞI İTTİHAM

“QONORARIMI MƏRKƏZİ POÇTDA GÖZLƏYƏCƏM”

Bu gün GUNDEMİNFO.AZ saytına Lənkəran rayonunda yaşayan bir yazar müraciət yollayıb. Əslində bu yazı bu yaxınlarda işə başlamış "Gündəlik Teleqraf" qəzetinin rəhbərliyinə qarşı sosial tələblərdən ibarət olan bir açıq məktubdur.

YAZILANLARLA BAĞLI QƏZETİN BAŞ YAZARI AYNUR CAMALQIZININ DA MÖVQEYİNİ YAYIMLAMAĞA HAZIRIQ.

"Uzaqdan görünən zəfəran sarısı"

Hamı bilir ki, mən hamıdan uzaqda, ev şəraitində yazıb, internet vasitəsi ilə dərc olunuram.
Və hamı da bilir ki, nə Bakıya getmək, nə də kimisə Lənkəranda qarşılamaq kimi bir niyyətim yoxdur. Heç buna imkanım da yox.

Amma doğrudanmı həm də hamı düşünür ki, mən bu qədər qapalı və imkansız bir vəziyyətdəyəmsə, oralarda, yanlarında-yaxınlarında olan məndən dəfələrlə dəfə savadsız və istedadsızlarla edə bilmədiklərini mənimlə eləmək bu qədər asandı?
Xam bilmək, xam tanımaq, xamlamaq yəni...

Kimi qonorar verərəm deyib, sonra dəsmal tutar üzünə, kimi qonorar yollamaq zamanı gələndə pulu yarıbayarı az yollayar, kimi yolladığından bir saat əvvəl bir məbləğ deyər, amma qulağını mütləq kəsər bu məbləğin və sən bunu ancaq pulu poçtdan istəyəndə görərsən, görəndə də iyrənərsən özünü arsızlığa qoymuş miskin varlıqların əlində çabalayan SÖZ məkanından.

Kimi də özünü böyük bilər, tapşırıqlar verər, bunu hazırla, onu yaz, bunu araşdır deyər, amma soruşmaz ki, a bala, sənin dədənin adı nəydi, qoy bir dədəmin arxivinə baxım görüm mənim dədəmə nə qədər borcu qalmışdı dünyadan köçəndə, onu sən ödəməlisən bizə müftə qul kimi işləyib, imzanı bəzəklərimizdən edərək.

Ən axırda da birisi lap uzağa baş vurar, başından böyük bir səhvə yol verər - sənin imzan altında sənin yazmadığın, sənin maraqlanmadığın, sənin hazırlamadığın və ən nəhayət, sənin xəbərin olmadığın mətnləri çap edər eyni təsisçinin qəzetində və saytında, halbuki sənin yalnız o sayta yolladığın 8 köşə yazısı olar və tamam təsadüfən görərsən ki, imzandan geninə-boluna yararlanırmışlar.
Və saytdan tanıdığın birindən soruşub öyrənərsən ki , "o saytda başqa heç bir Cavidan yoxdur, sənin 8 köşəndən başqa Cavidan imzasıyla dərc olunan yazıları da filankəs xanım hazırlayır, amma niyə sənin adınla yazır, məlum deyil, camaat da səndən şübhələnir, hər halda sən bunu Qurban Yaquboğlundan soruş."

Və sən həmən facebook çatında Qurban Yaquboğlunu arayarsan, xəttə olmadığını görüb bir status yazarsan Publika.azdakı imza fırıldağıyla bağlı, sonra müzakirəsi olar bu statusun, az qala hamı, xüsusən də saytın və "Gündəlik Teleqraf" qəzetinin əməkdaşları cumar üstünə ki, səndən başqa Cavidan yoxdumu, başqa Cavidandı o mətnləri yazan, səni az qala o mətbu orqanına iftira və şər atmaqda suçlayacaqlar, vicdan əzabı çəkərsən lap, az qala ölüb yerə girərsən ki, axı bu necə olur, bu qədər haqsız ola bilmərəm axı, ən azından iki eyni imzayla bir mətbu orqanında yazılar verməzlər axı, və yenə cumarlar üstünə ki, sən qısqancsan, get soyad əlavə et imzana, pahoo, lap dəli olarsan və yalnız ona görə ki, kimsə çörəkvay olmasın, kiminsə işinə zərər dəyməsin, susarsan, üzünə ağ yalan deyən adamlara deməzsən ki, sən artıq bilirsən ikinci bir Cavidan yoxdu və o mətnləri kim hazırlayır...
Bu təəssüflə də yatarsan.

Səhərsə Qurban Yaquboğlu sənə zəng vurar, deyər var başqa bir Cavidan, amma o qəzetdə işləyir, biz saytda da veririk onun hazırlamalarını vaxtaşırı, mən bilsəydim ki Sizin xətrinizə dəyər, imkan verməzdim.
Və sən deyərsən ki, axı kimdi o ikinci Cavidan? Onu sadəcə tanımaq istəyirəm. Axı Azərbaycanda kişi adıdı bu, ikinci Cavidan da kişidir deməli və bu kişi də çox yəqin ki Cavidan imzalı bir qadın yazarın da mövcudluğunu bilir, o zaman hansı məntiqlə inanım ki, o kişi bir qadının imzasıyla üst-üstə düşəni seçəcək özünə, yəni soyadsız yazacaq?

Və o deyər ki, məsələn Azərbaycanda nə qədər Qurban var.

Və sən deyərsən, bəs eyni bir qəzetdə Qurban Yaquboğlu imzasıyla yazan iki yazar olsaydı, onda necə olardı reaksiya?
Və o deyər ki, sizi anlayıram, bilirsizmi, əslində mən bayaq dəyişdim saytdakı o mətnaltı Cavidan adlarını, Cavid elədim, yəni, düşünürəm, problem yoxdu daha.
Və sən deyərsən ki, necə yəni, anlamadım...
Və o deyər ki, bilirsizmi, əslində Cavidan adlı birisi yoxdu, yəni o imzayla yazan adam da bir tanınmış imzadı, amma arada Cavidan adıyla da yazır, yenə deyirəm, bilsəydik, kefinizə dəyər, bunu etməzdik, indisə silindi və problem çözüldü.
Və sənə mat qalıb sağollaşmaq qalır...

Amma axı sən bilmirsən daha harda və nə yazılır sənin imzanla!!!
Sayta boylanırsan, görürsən, Cavidan imzalı nə qədər mətn hələ də qalıb, amma Cavid edilən də var, dəyişdirilən yəni.
Və sən facebookdakı müzakirənin sonuna bir komment də əlavə edirsən:

"Dünən "başqa bir Cavidan" var idi, bu günsə həmin o "başqa Cavidan"ın adı hər yerdə dəyişdirilib "Cavid" edilib, olsun ki, hələ "o başqa Cavidan" da adını kəsik görüb zühur və etiraz edə, daha başqa bir ada dəyişilə, nə bilim, məmmədqulu, əhmədağa, səftərxan və s. Aydındır ki, heç bir "başqa Cavidan" yox idi və yoxdur da...bu qədər bəsit yəni.....üzüldüm, çox, çox, dəhşətli dərəcədə çox pərişan oldum. Bir də oralara yazı yollamaq üçün mən özüm də elə dönüb "başqa bir Cavidan" olmalıyam. Min təəssüf!"

Sənə neçə dost məsləhəti gələr ki, Aynur Camalqızına yaz olanları, zəng elə, danış, xəbəri olsun, olanları bir yazı ilə yolla Azadlıq radiosunun saytında dərc elətdir və üzdə olan bütün xəbər saytlarında da, bu adamlar səni uzaq və əlindən heç nə gəlməyəcək hesab edib xamlayırlar sadəcə, sənin kimi nə qədər də xamlanan var filan...

Və sən deyərsən onlara ki, mən sadəcə facebookda paylaşdım və bir də şəxsi bloqumun "Əlhəd daşı" bölməsində eyni müzakirəni kopyalayıb qoyacam ki, sonradan facebookdan şərhlər silinsə də, blogumda qalsın. Amma bunu mətbuata çıxarıb kimsəyə pislik eləmək istəmirəm, kim bunu bacarırsa, özü bilər, Allahı bilər və s...

Və bu gün də facebookda bir ismarış görərsən Qurban Yaquboğlundan:
" Bir daha salamlar. Cavidan xanim bir ricam var, imzanizla bagli bloqunuzda yerleshdirdiyiniz qeydi goturseniz daha dogru olar. Saygilarla"

Və bilməzsən nə cavab yazasan müqabilində, qapayarsan facebooku, çıxarsan bloguna sarı ki, ürəyini boşaldasan, yazasan və özün özünü danlayıb "eşşək üstündən eşşək" deyə-deyə də sənə nəyin DOĞRU olmasını öyrətməyə qalxan adama deməyə üzün gələ :
bəlkə doğru olan "dərziçilik"di, mənim yazdığım "dərzilik" yox, bəlkə "qatığ"dı, mənim yazdığım kimi "qatıq" yox və açasan saytı, son yazın üçün yazılan bir şərhi görəsən, Solçu niki altında yazılanı oxuyasan: " Bu adamın nə savadı var, nə də tutarlı bir yazısı... Bir qrup adam bunun mənasız yazılarını təbliğ edir, o da özünü dahi sayır. Elə bilir ki, beş-altı kitab oxuyan hər kəs dahidir, ona qalsa Həbulla kişinin yetmiş yaşı var və 7o ilə 70 min kitab oxuyub..."

Və gülümsəyəsən acı-acı, ay miskinlər, deyəsən, demək mən bloqumdan məlumatı silim, Publikaya daha yazmadığımı bəyan etməyim və onun səbəbləri yoxa çıxsın, sizlər də "oxucu şərhləri və tələblərinə görə" məni saytın köşə yazarlığından rədd elədiyinizi vurğulayasınız?!

Təəssüf edirəm, Aynur Camalqızı üçün, etibar olunası komandası yoxdu deyə...

P.S. Mənə hər köşə üçün vəd edilən 25 azn məbləğini isə ( cəmi 200 manat) Lənkəran Mərkəzi Poçtunda gözləyəcəm!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru