Ata-bala “diplom biznesi” ilə milyonlar qazanırdılar... - İNDİ DƏ MANDAT DAVASINA ÇIXIB...
Tarix: 14-08-2024, 10:47 | Çap et
 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində “görməmiş”cəsinə bütün dairələrdən namizəd irəli sürən hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısında ciddi dəyişiklik olmasa da, yeni simalar da ortaya çıxıb. Onlardan biri də 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd kimi irəli sürülən Samir Vəliyevdir. Əslində ona yeni sima da demək olmaz. Hazırda YAP Nərimanov rayon təşkilatının sədri vəzifəsini daşıyan Samir Vəliyev son illərdə “ayaqda qala bilmiş” bir neçə özəl ali məktəblərdən olan Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğludur.
AzToday.az xəbər verir ki, ailə üzvləri ilə birlikdə Odlar Yurdu Universitetinə rəhbərlik edən deputatlığa namizəd S.Vəliyev vaxtaşırı biznes fəaliyyəti ilə də gündəmə gəlir. Yəqin ki, YAP-da sürətli yüksəlişi də öz bizneslərindən narahatlıqdan qaynaqlanıb. Çünki keçmiş deputat Əhməd Vəliyevin ailə biznesi təkcə bağanan məşhur “Muğan Bank”la bitmir. Milli Məclisin deputatı, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyə, Rusiya, hətta böyük Britaniyaya qədər uzanırdı.
Topdağıtmaz varidat qazanan Əhməd Vəliyev oğulları Samir və Munir vasitəsilə geniş ailə biznesi yaradaraq “Jalə Plaza”, Odlar Yurdu Universiteti və “Oksigen” klinikasının idarə edir. Samirə gəlincə, Əhməd Vəliyev oğlunu Odlar Yurdu Universitetində prorektor, hətta rektor əvəzi vəzifəsinə qədər yüksəldib. Daha sonra qısa müddət ərzində S.Vəliyev doktorluq işini müdafiə edərək, professor olub.
Medianın yazdığı daha bir sensasion xəbərə görə, rektorun oğlu Samir Vəliyev təhsil nazirinin müşaviri olanda ata-bala “diplom biznesi” ilə milyonlar qazanırdılar(???).
Burada bir haşiyə çıxmaq lazımdır ki, Samir Vəliyev təhsil nazirinin müşaviri, peşə təhsili üzrə sektor müdiri, hətta Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb, deyilən və yazılanlara görə, bu vəzifədə olanda milyonlarla vəsait əldə edib. Hətta iddialara inansaq, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək “Odlar Yurdu”nda xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə əlaqədar biznesini genişləndirmək üçün xeyli pul qazanıb.
Buradan belə nətcə çıxamaq olar ki, sabiq təhsil naziri Mikayıl Cabbarovun vaxtında nazirlikdə yüksək nüfuza malik olan bir şəxsin vasitəsilə vəzifəyə gətirilən Samir Vəliyevin müşavirliyi, digər vəzifələrdə çalışması ölkəmiz və təhsilmiz üçün heç bir xeyir verməyib. Çünki hələ 2014-cü ildəki təyinatından tutmuş ata puluna hər şeyə nail olan birinin, yəni özünə xeyri olmaayan birinin dövlətə və nə fayda verəcək?
Sözün qısası bi adam ömür boyu atasının yaratdığı şəraitdən istifadə edərək dövran sürüb. İndi də atasının yolu ilə gedərək, daha doğrusu, atasının çizdiyi yolla YAP-ın dəstəyi ilə nəyəsə nail olmaq istəyir. Bu zaman da belə bir sual ortaya çıxır: deputat olmaq Samir Vəliyevin nəyinə lazımdır? Suala cavab tapmasaq, deməli onun deputat olması kiməsə gərəkli olub.
Məlumdur ki, Azərbaycan təhsili üzərindən qazanılan pullar hesabına Samir Vəliyevin ciddi maliyyə imkanları mövcuddur. Mediada yer alan bilgilərə görə, Samir Vəliyev təhsil üzərindən qazandığı pulları ölkədən xaricə çıxarıb, Londonda mülklər alıb. Hətta Samir Vəliyevin oğluna Londonda iş tapmaq üçün axtarışa başladığı barədə də söz-söhbətlər gəzirdi. Bu baxımdan, ona “Azərbaycanda bu qədər imkanın var, nə üçün oğluna burada iş qurmursan”, – deyə sual verənlərə cavabı belə olub: “Bu ölkənin gələcəyi yoxdur”.
İndi isə keçək onun deputat seçilmək üçün böyük mübarizəyə qoşulmasına. Onun seçilməsi üçün Nərimanov 20-ci dairədən namizəd olan sabiq spiker Adil Əliyev sıradan çıxarıldı. Medianın yazdığına görə, nə hikmətdirsə, onun qarşısına özündən də təcrübəsiz, siyasətdə naşı olan adamlar çıxarılır ki, deputat seşilməsinə ciddi əngəl yaranmasın.
Yəni deputat seçilməsi üçün münbit şərait yaradılan alim-biznesmen atanın alim-biznesmen oğlu Milli Məclisə düşməyin 1 addımlığındadır. Onu yalnız seçicilər əngəllləyə bilər. “Azərbaycanın gələcəyi yoxdur”, – deyən YAP-çı da olsa, onun deputat olmağının qarşısı alınmalıdır. Üstəlik, siyasətin “S”indən belə xəbəri olmayan Samir Vəliyevin Milli Məclisdə nə işi var?


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09 |
|
|
|
• PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56 |
|
|
|
• "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49 |
|
|
|
• Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46 |
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
|