Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                 

VAQİF MUSTAFAYEVƏ SƏRT İTTİHAM
Tarix: 30-03-2012, 11:49 | Çap et
VAQİF MUSTAFAYEVƏ SƏRT İTTİHAM

“KİNO ÇƏKMƏK ƏVƏZİNƏ “SPACE”DƏ OTURUB PUL QAZANIR”

Son illər Azərbaycanda müxtəlif bədii filmlər, bir sıra yeni seriallar çəkilsə də, onların səviyyəsi tamaşaçıları qane etmir. Xalq artisti, prezident təqaüdçüsü Elmira Şabanova da Azərbaycan kinosunun bugünkü səviyyəsindən razı deyil. Elmira Şabanova Modern.az saytına müsahibəsində başqa maraqlı məqamlara da toxunub.

- Elmira xanım, Azərbaycan kinosunun bugünkü səviyyəsi sizi qane edirmi? Son illər çəkilən filmləri bəyənirsinizmi?

- Azərbaycan kinosu tənəzzülə uğrayıb. Demək olar ki, son illər heç bir maraqlı film çəkilməyib. Yavər Rzayevin çəkdiyi “Qocalar” filmini nisbətən maraqlı ekran əsəri saymaq olar. Mən də bu filmdə rol almışam. Amma yaradıcı heyət təcrübəsiz olduğu üçün film uğur qazana bilmədi.

- Sizcə, yaxşı film çəkmək üçün nə etmək lazımdır? Axı, Azərbaycan kinosunun zəngin ənənəsi var...

- Yaxşı filmi yaxşı rejissor çəkə bilər. Qocaman rejissorların çoxu dünyasını dəyişib. Üzdə olan digər rejissorların isə işləmək üçün heç bir şəraiti yoxdur. Kino çəkmək çətin işdir. Kinoda fantaziya olmalıdır. Rejissorun əlində yaxşı ssenari olmasa, o, yaxşı film çəkə bilməz. Təəssüf ki, gənc rejissorların əksəriyyəti təcrübəsiz, ssenaristlər isə bacarıqsız olduğu üşün Azərbaycan kinosu inkişaf edə bilmir.

- Amma bir müddət əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda kino sənayesinin sürətlə inkişaf etdiyini bildirmişdi...

- Əbülfəs Qarayev yaxşı adamdır. Hər halda Polad Bülbüloğludan pis nazir deyil. Kino səneyesinin geriləməsinin günahını onun üzərinə atmaq doğru deyil. Nazirlikdə kino yaradıcılığına məsul olan şöbə var. Bu problemlərlə həmin adamlar məşğul olmalıdırlar. Amma həmin adamlar kinonun nə olduğunu bilmədikləri üçün belə acınacaqlı vəziyyət yaranıb.

- Bəlkə məsuliyyətin yarısnı da rejissorların üzərinə qoyaq...

- Rejissorların çoxunu pul maraqlandırır. Kinoda isə pul olmadığı üçün heç kim bu sahəyə can yandırmır. Elə götürək Vaqif Mustafayevi. Vaqif istedadlı rejissordur. Amma bədii film çəkməyə həvəs göstərmir. Ona pul lazımdır. “Space” televiziyasında oturub pulunu qazanır.

- Bəs, Kinematoqrofçular İttifaqının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Əgər siz xatırlatmasaydınız, Kinematoqrafçılar İttifaqının mövcudluğunu tamamilə unudacaqdım. Bu qurumun hansı işlə məşğul olduğu mənə aydın deyil. Bir qrup adam kabinetdə oturub, maaş alır. Eşitdiyimə görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Kinematoqrofçular İttifaqının arasında konflikt var. Bunlar onları bəyənmirlər, onlar da bunları. Bunun ağrısını isə Azərbaycan kinosu çəkir.

- Son illər Azərbaycanda serial çəkilişinə maraq artıb. Yerli serialları izləyirsinizmi?

- Azərbaycanda çəkilən serialların səviyyisi çox aşağıdır. Heç bir seriala axıra kimi baxa bilmirəm. Rejissor işi zəifdir. Aktyorların əksəriyyəti isə təcrübəsiz olduğu üçün yeni çəkilən seriallar populyarlıq qazana bilmirlər.

- Yəqin bu, ilk növbədə ənənələrin olmaması ilə bağlıdır. Bir də mənə elə gəlir ki, bizim serial qəhrəmanları daha çox təqlidçiliyə yol verirlər.

- Haqlısınız. Azərbaycan serialları Türkiyə seriallarının uğursuz variantıdır. Aktyorlarımız özlərini türklərə oxşatmaq istəyirlər. Halbuki, Türkiyədə çox səviyyəli seriallar çəkilir. Məsələn, mən “Möhtəşəm yüzıl”ı maraqla izləyirəm. “Aliyə” də ən çox bəyəndiyim türk seriallarında biridir. “Haziran gecəsi” də yaxşı serialdır. Bəs, bizimkilər nə çəkirlər? “Küləklər şəhəri” adlı bir serial var. Bu seriala baxanda az qalır ki, adamın ürəyi ağzına gəlsin. Nə qədər baş kəsmək, adam öldürmək olar? Ekran əsəri həm də tamaşaçını tərbiyələndirməlidir.
“Küləklər şəhəri”nə baxan gənc ordan hansı tərbiyəni götürə bilər? Bu serialın ssenarisi də çox zəifdir. Serialda çəkilən adamların aktyorluq sənətinə yaxından-uzaqdan heç bir dəxli yoxdur.

- Elmira xanım, tamaşaçılar sizi daha çox “Gəlinlər” tamaşasındakı Şərəf obrazı ilə tanıyırlar. Azərbaycan səhnəsinin ən stajlı qaynanalarından biri kimi “Qaynana” serialını necə qiymətləndirirsiniz?

- “Gəlinlər” tamaşası efirə gedəndən sonra rəhmətlik Nəsibə Zeynalova zəng vurub, məni təbrik etdi. Dedi ki, Elmira, mən əzazil qaynana yaratmışdım, amma səm müdrik qaynana oldun. İnanırsınız, bu tamaşa yaxşı mənada çox ailələrin taleyində rol oynadı. Amma “Qaynana” serialı haqqında bu sözləri söyləmək mümkün deyil. Sənubər yaxşı aktrisa olsa da, serial maraqlı alınmayıb. Hətta bəzən çox şit səhnələr olur. Mən bu serialı da axıra kimi seyr edə bilmirəm.

- Yerli seriallarda çəkilmək üçün dəvət alırsınızmı?

- Məni tez-tez müxtəlif seriallara dəvət edirlər. Hətta bir müddət öncə Yuli Qusman da mənə rol təklif etmişdi. Amma həmin rolu bəyənmədiyim üçün Qusmanın təklifini qəbul etmədim. Düşük, səviyyəsiz, şit seriallarda çəkilməyi özümə sığışdırmıram. Əgər mənə təklif olunan hansısa rol ürəyimcə olsa, məmnuniyyətlə sənətə qayıdaram.

- Amma Sizin səviyyəsiz hesab etdiyiniz seriallarda çəkilən xalq artistləri də var...

- Mən, heç kimi qınamıram. Aktyor insandır. O, hardasa işləyib pul qazanmalıdır. Serial çəkilişi ilə məşğul olan adamlar əsasən tanınmamış aktyorlarla işləməyə üstünlük verirlər. Onlar beş-on manat alıb, istənilən rolda çəkilməyə razılıq verirlər. Əsasən ucuz işçi qüvvəsindən istifadə edən rejissor bir-iki tanınmış aktyoru da seriala cəlb edib, özünü sığortalamaq istəyir. Yaşar Nuri kimi istedadlı aktyorun “Bacanaqlar” serialında nə işi var? Yaşar səhnədən ayrı qala bilmədiyi üçün bu serialda çəkilməyə razılıq verdi. Sonra nə baş verdi? Yaşar Nuri belə düşük bir serialda çəkildiyi üçün xəstələndi. Aktyoru tamaşaçı məhəbbəti yaşadır. Amma indi çəkilən seriallarda rol alan aktyorlar tamaşaçıların rəğbətini deyil, nifrətini qazanırlar.

Seymur VERDİZADƏ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru