Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                     Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi .....                     Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır .....                     Daha bir qadın yüksək vəzifəyə təyin olundu .....                     9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                     Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat .....                     150 min insanı salamlayan yeni Papa çağırış etdi .....                     Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər .....                     Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                     Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi .....                     Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə .....                     “27 ildə ilk dəfədir mükafat alıram” .....                     Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur .....                 

Ərdoğan necə gəlmişdisə... İmamoğlunu da ELƏ GƏTİRİRLƏR? - Görünəni odur ki...
Tarix: 24-03-2025, 09:06 | Çap et
Ərdoğan necə gəlmişdisə... İmamoğlunu da ELƏ GƏTİRİRLƏR?
İmamoğlunun həbsi ətrafında baş verənlər siyasi müəmma olaraq qalır və ona qarşı irəli sürülən ittihamların nə qədər doğru, yaxud yanlış olmasından asılı olmayaraq, hakimiyyətə əsas iddialı şəxsin oyundankənar vəziyyətə salınmasının arxasındakı siyasi hədəflər diqqət çəkir. İlk önə çıxan “Türkiyədə II Ərdoğan əməliyyatı aparılır?” sualıdır.
Ərdoğanın hakimiyyətə gəliş prosesi ilə İmamoğlu ətrafında baş verənlər arasında oxşarlıq kifayət qədərdir: İstanbul bələdiyyəsinin sədri olmaları, hər ikisinin həbs edilməsi və s;
İmamoğlunun həbsə girməsi də onun reytinqinə müsbət təsir edən amildir, hərçənd, bunun “Ərdoğan effekti” yaradacağı ehtimalı zəif görünür.
1. Ərdoğanın hakimiyyətə gəlişi türk-İslam tandeminin siyasi elitaya yüksəlməsi və bununla Türkiyənin keçmiş Osmanlı coğrafiyasına təsirinin qaytarılması planı idi: Ərbəkanla başlanan prosesin Ərdoğanla nəticə əldə edilməsi, siyasi İslamın önə çıxması, hətta bəzən etirazla qarşılanan Atatürkə qarşı olanlara da (mübahisələndirilə bilər) bu əməliyyatın bir parçası olaraq baxmaq mümkündür;
2. İmamoğlu bütün cəbhələrə - həm laik, həm inanclı təbəqəyə oynasa da, Türkiyənin siyasi elektoratında yüksələn dindar kəsim tərəfindən Ərdoğan kimi qəbul edilmir, perspektivdə ediləcəyi də zəifdir;
3. Türkiyənin Ərdoğanla türk-İslam kimliyi üzərindən aparılan siyasi xətti dəyişməyib və bunun CHP-nin, xüsusilə “elit siyasətçi” kimi qəbul edilən İmamoğlunun liderliyi ilə davam etdirilməsi çətindir;
4. Post-Ərdoğan dövründə yeni liderin mövcud komandanın-siyasi ideologiyanın içindən seçiləcəyi gözləntisi daha çoxdur: əsas namizəd kimi Hakan Fidanın adını çəkmək olar;
İmamoğlunun həbsində siyasi hədəf CHP-də qüvvələr balansını idarə etmək, müəyyən qədər Özgür Özalın önünü açmaq və Türkiyədə Avropa siyasi xəttini neytrallaşdırmaq kimi görünür.
Kılıçdaroğlunun gedişindən sonra AKP-CHP arasında “buzların əriməsi” istiqamətində müəyyən gedişlər edildi, xüsusilə 2024-cü il ərzində belə addımlar müşahidə etdik. Bu, hər iki tərəfin yeni müttəfiqlik axtarışı və yeni elektorat (AKP itirdiklərini, CHP yenilərini) əldə etmək niyyəti ilə yanaşı, həm qlobal sol-liberal qrupların CHP-dəki, həm də Avropanın ana müxalifət partiyası üzərindən Türkiyə siyasətindəki təsirinin zəiflədilməsi prosesinin tərkib hissəsidir. Özgür Özelin izlədiyi siyasət – post-Kılıçdaroğlu dövrünün normallaşması, dindar və ülkücü kəsimlə ilıq münasibət qurmaq istəkləri bu kontekstdə diqqət çəkirdi. Hərçənd, CHP daxilində Mansur Yavaş və Əkrəm İmamoğlu olmaqla Özelin iki əsas rəqibi var: millətçi keçmişə mənsub olan birincidən fərqli olaraq, ikinci daha riskli fiqurdur.
1. İmamoğlu Ərdoğana əsas rəqibi olmaqla yanaşı, CHP-nin yenilənməsi planı önündəki əngəl kimi qəbul edilir;
2. Avropa siyasi elitasının Kılıçdaroğlundan sonra Türkiyədə dəstəklədiyi əsas namizəddir;
Bu kontekstdə İmamoğlunun CHP-də “praymeriz” başlamadan, namizədlik kampaniyasına start verməsi təsadüfi deyildi. Bununla “praymeriz”in nəticələrini öncədən müəyyən etməyə cəhd göstərən İmamoğlunun bu gedişində Avropa siyasi elitasının da maraqları istisna edilmir:
- CHP-nin “vahid namizədi” İmamoğlu olarsa, onun Türkiyə daxilində “etirazçı səsləri” əldə etməklə seçkini qazanması proqnozlaşdırılır;
- Son bələdiyyə seçkilərində CHP-nin prezident seçkiləri zamanı “altılı masa”nın əldə etdiyi səsləri təkbaşına qazanması bu perspektivi gücləndirir (bu nəticədə Özelin payının çox olması fonunda İmamoğlunun “lider” kimi önə çıxması partiya daxilində birmənalı qarşılanmır);
- Avropanın timsalında beynəlxalq oyunçuların Ərdoğana qarşı İmamoğlunu dəstəkləyəcəyi bəllidir: Trampın gəlişi ilə geosiyasi müstəvidəki güc balansı əleyhinə dəyişən Avropaya güclü perspektivlər yaratmaq üçün Türkiyə lazımdır, lakin Ərdoğan və mövcud komanda ilə bunun çətin olacağını anlayırlar: İmamoğlu Türkiyəsi Avropa üçün məqbul variantlardandır, onun seçkiyə üç il qalmış (növbədəkənar keçirilməsə) namizədlik yarışına start verməsinə də bu kontekstdə baxmaq olar; seçkiyə qədərki dövr ərzində isə Avropanın İmamoğlu üzərindən Ərdoğana təsir etmək planının olduğu da istisna edilməməlidir.
İmamoğlunun həbsi bu planı əngəlləyir. Eyni zamanda bu, CHP-də Özelin önünü aça, AKP-yə isə perspektiv imkanlar yarada bilər:
Birincisi, diplomu ləğv edilən İmamoğlunun namizəd ola bilməməsi CHP-də “vahid namizədlik” üzərində fikir ayrılığını dərinləşdirə və seçkiyə qədər “qan itkisi”nə məruz qoya bilər;
İkincisi, İmamoğlunu “xilas yolu” kimi görən elektoratın səsləri parçalana bilər;
Üçüncüsü, İmamoğlu ilə ittifaqa gedə biləcək DEM partiyası və sol qrupların CHP ilə mümkün seçki birliyi sual altına düşə bilər. Ki, bu etirazçı elektoratı böləcək;
Baş verənləri Türkiyənin daxili siyasətinin, xüsusilə son bələdiyyə seçkilərindən sonra başlanan, yenidən dizayn edilməsi prosesinin bir hissəsi kimi qiymətləndirmək olar. Və burada xarici oyunçuların maraqları da nəzərdən qaçmamalıdır. İmamoğlunun həbsinə ABŞ-ın “Türkiyənin daxili işidir” münasibəti, Avropanın isə sərt reaksiyası bu prosesdə xüsusilə nəzərə alınmalı məqamlardandır.

Asif Nərimanlı - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Dünən, 17:36
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:35
Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Dünən, 17:32
Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Dünən, 17:06
AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru