SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                     Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi .....                     Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır .....                     Daha bir qadın yüksək vəzifəyə təyin olundu .....                     9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                     Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat .....                     150 min insanı salamlayan yeni Papa çağırış etdi .....                     Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər .....                     Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                     Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi .....                     Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə .....                     “27 ildə ilk dəfədir mükafat alıram” .....                     Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur .....                     Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü” .....                     “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? .....                 

İstanbulun merinin həbsi ölkədə hansı təlatümlərə səbəb olacaq..? - AKTUAL
Tarix: 23-03-2025, 00:31 | Çap et
İstanbulun merinin həbsi ölkədə hansı təlatümlərə səbəb olacaq..?
Martın 19-dan başlayaraq Türkiyədə yüz minlərlə insan İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq aksiyalara qoşulub. O, Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi hesab olunur. Bildirilir ki, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib.

İstanbulda etiraz aksiyaları şəhər bələdiyyəsinin binası, polis idarəsi (İmamoğlunun evində axtarış aparıldıqdan sonra aparıldığı yer) və universitet binası qarşısında keçirilir. İstanbul universiteti merin həbsindən bir gün əvvəl onun diplomunu ləğv edərək, qanuni şəkildə prezidentliyə namizədliyini irəli sürmək yolunu bağlayıb. İstanbul valiliyinin qərarı ilə şəhərdə hər cür nümayiş və mitinqlərə qadağa qoyulub. Bununla belə, etirazlar davam edir.

Həbs olunan Əkrəm İmamoğlu Türkiyənin məhkəmə hakimiyyətini “qanunsuzluq qarşısında susmamağa” çağırıb və ədalətə güvəndiyini bildirib.

“Mən Türkiyənin ali məhkəmə hakimiyyətinə, vicdanlı, əxlaqlı və xalqına xidmət etməyi sevən on minlərlə prokuror və hakimə səslənirəm. Sizin həmkarlarınızdan bəziləri Türkiyənin məhkəmə sistemini məhv edib, bizi bütün dünyada biabır edib və nüfuzumuza ciddi zərər vurub. Siz ayağa qalxmalı və buna qarşı tədbir görməlisiniz. Mən Türkiyənin ali məhkəmə hakimiyyətinə inanıram. Siz susa bilməzsiniz və susmamalısınız”, - deyə İmamoğlu X sosial şəbəkəsində yazıb.

Çərşənbə günü İstanbul Baş Prokurorluğu İmamoğlunun korrupsiya, rüşvətxorluq və qeyri-qanuni maliyyələşdirmə ilə məşğul olan təşkilatla bağlı aparılan istintaq çərçivəsində həbs edildiyini açıqlayıb. Siyasətçi isə bildirib ki, hakimiyyətin təzyiqi altında geri çəkilmək niyyətində deyil.

İstanbulun bir sıra mərkəzi küçələrində, xüsusən də polis idarəsinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib, sosial şəbəkələrin fəaliyyətində fasilələr müşahidə olunur. Bu hadisələrin fonunda ABŞ dollarının Türkiyə lirəsinə nisbəti 10%-dən çox bahalaşıb və ilk dəfə 41 lirəni keçib. İstanbul birjasının əsas indeksi BIST 100 isə İmamoğlunun həbsi xəbəri fonunda açılışda 6,87% dəyər itirib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, İmamoğlunun həbsindən sonra küçə etirazlarına başlamamağa çağırıb. Onun sözlərinə görə, prosesin Prezident Tayyib Ərdoğanla heç bir əlaqəsi yoxdur.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) müxalifətin İmamoğlunun həbsi ilə “çevriliş cəhdi” ittihamını rədd edib. Hökuməti çevriliş cəhdində İstanbul Böyükşəhər Bələdiyyə Başçısının təmsil olunduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel ittiham edib.

“Özgür Özel bizi çevrilişdə ittiham edə bilməz”, - AKP-nin rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə bildirib və müxalifət liderini ittihamlarına dair sübut təqdim etməyə çağırıb.

İngiltərənin The Economist nəşri yazır ki, “Ərdoğan onu məğlub edə biləcək namizədi həbs etdirir”.

“Cənab İmamoğlunun həbsinin vaxtı təsadüfi görünmür. Martın 23-də CHP qurultayında onun 2028-ci il prezident seçkilərində namizədliyi irəli sürülməli idi və bir çoxları seçkilərin daha tez keçiriləcəyini gözləyir. Ötən ildən bəri İmamoğlu ictimai rəy sorğularında Türkiyə liderini üstələyir. Hökumət heç nəyi riskə atmaq istəmədi. Türkiyənin artıq zəifləyən demokratiyası üçün perspektivlər qaranlıq görünür. İstanbul bələdiyyə başçısının həbsi bu tipli ilk hadisə deyil və yəqin ki, sonuncu da olmayacaq. Son bir neçə ay ərzində müxalifət partiyalarından olan bir neçə bələdiyyə başçısı və İmamoğluna qarşı aparılan araşdırmanı işıqlandıran jurnalistlər də həbs olunub”, - deyə London qəzeti yazır.

İmamoğlunun həbsindən sonra bütün Türkiyədə tələbə etiraz aksiyaları keçirilir. BBC Türk xidmətinin məlumatına görə, İstanbulun müxtəlif universitetlərində cümə axşamı günündən etirazlar başlayıb və axşam saatlarında kütləvi şəkildə Saraçhane memorialına yürüş təşkil olunub.

Ankarada Orta Doğu Texniki Universiteti (ODTÜ) tələbələri də nümayişlərə qatılıb. Etirazçılar İmamoğluya qarşı aparılan əməliyyatların qanunsuz olduğunu bildiriblər.

Qalatasaray Universiteti və Mimar Sinan Gözəl Sənətlər Universitetinin tələbələri də dərs otaqlarını tərk edərək İstanbulun Beşiktaş meydanında bir araya gəliblər.

Bundan əlavə, nümayişlərdə Boğaziçi Universiteti tələbələrinin pankartları da müşahidə olunub.

İzmirdə isə gənclər üzərində “Ədalət ölüb” yazılmış tabut daşıyıblar.

Müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) İmamoğlunu dəstəkləmək üçün 14 şəhər və 21 vilayətdə mitinqlər keçirəcəyini açıqlayıb.

Mitinqlər 21 mart saat 20:30-da başlayıb. Aksiyalar Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Eskişehir, İstanbul, İzmir, Manisa, Mersin, Muğla və Tekirdağ şəhərlərində; Adıyaman, Afyonkarahisar, Amasya, Ardahan, Artvin, Bartın, Bilecik, Bolu, Burdur, Çanaqqala, Edirne, Giresun, Kastamonu, Kırıkkale, Kırşehir, Kilis, Kütahya, Sinop, Uşak, Yalova və Zonguldak vilyətlərində keçirilib.

Bəs Ərdoğan niyə əsas rəqibini seçkilərdən xeyli əvvəl hədəfə aldı? Axı ümumi prezident və parlament seçkiləri yalnız 2028-ci ilin mayında keçirilməlidir. Bütün bu hadisələr niyə məhz indi baş verir? Bu kampaniyanın arxasında nə dayanır? Hakimiyyətin məqsədləri nədir?

Kütləvi etirazlar müxalifət namizədinin azadlığını təmin edə biləcəkmi?

Pressklub.az-ın suallarını türk analitik, siyasət elmləri doktoru, professor Haydar Çakmak cavablandırıb.

“Universitet rəhbərliyi İmamoğlunun diplomunu ləğv etsə də, qərardan etiraz edilib. Yəni, son nöqtəni məhkəmə qoyacaq və o, İmamoğlunun xeyrinə qərar çıxara bilər. İmamoğlunun bələdiyyədə bir çox qanunsuz sövdələşmələrlə məşğul olduğu deyilir, lakin hələlik buna dair sübut yoxdur”, – deyə professor qeyd edib.

Onun fikrincə, Ərdoğan güclü rəqib istəmir, lakin əgər o, İmamoğlunun gələcək prezident seçkilərində namizəd kimi təsdiqlənməsinə mane ola bilməsə, onunla danışıqlara gedəcək.

“Ərdoğan Konstitusiyaya öz xeyrinə dəyişikliklər edilməsi məsələsində İmamoğlu ilə razılaşa bilər. İmamoğlu Ərdoğandan heç nə ilə fərqlənmir, onların xarakterləri eynidir. Böyük əməliyyat müəyyən gözləmə və müşahidə tələb edir. Bütün diktatorların və sərt rejimlərin ən böyük qorxusu xalq üsyanıdır. Hökumət təhlükə hiss edərsə, ciddi tədbirlər görəcək. Hazırda ciddi problem yoxdur, lakin əgər İmamoğlu həbsxanaya göndərilsə, ciddi problemlər yarana bilər”, – deyə doktor Çakmak xəbərdarlıq edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Dünən, 17:36
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:35
Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Dünən, 17:32
Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Dünən, 17:06
AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Dünən, 17:02
Paşinyan Moskvaya gedib - "Sputnik Armenia"
Dünən, 16:54
Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
Dünən, 16:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru