Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Tarix: 18-01-2025, 11:12 | Çap et
ABŞ Konqresində Donald Trampın müxtəlif vəzifələrə irəli sürdüyü namizədlərin dinləmələri başlayıb. Əsas diqqət dövlət katibi vəzifəsinə irəli sürülən 53 yaşlı Marko Rubionun üzərindədir. Maraqlıdır ki, onun namizədliyini respublikaçılarla yanaşı Demokrat Partiyasından olan konqresmenlər də dəstəkləməyə hazırdılar. Görünür, bu Rubionun uzun illər senator olmasıyla əlaqəlidir.
Marko Rubio dinləmələrdə Rusiya-Ukrayna müharibəsindən danışıb. Onun fikrincə, Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. “Ukraynanın problemi maliyyənin azalmasıyla bağlı deyil, əsas problemləri ukraynalıların sayının azalmasıyla əlaqəlidir” deyən Rubio bununla Ukraynanın müharibədəki itkilərinə işarə edib. Rubionun qəti firki belədir ki, müharibə başa çatmalıdır. Ancaq müharibə necə və hansı şərtlər daxilində başa çatmalıdır? Bu suala Rubionun konkret cavabı yoxdur. Orası məlumdur ki, Rubio müharibənin dayandırılmasıyla Rusiyaya qarşı sanksiyaların da yumşalması tərəfdarıdır.
Marko Rubio ABŞ-ın əsas hədəflərindən birinin Çin olduğunu gizlətməyib. O Senatdakı dinləmələr zamanı Çinin qlobal ambisiyalarını kəskin tənqid edərək, Pekinin Panama kanalında iştirakını ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdid kimi qeyd edib. Bundan əvvəl yeni Prezident Donald Trampı kanalın vaxtilə Panamaya verilməsini “axmaq” qərar adlandırmışdı. Rubio da Tramp kimi hesab edir ki, Çin kanaldan ABŞ-dan daha çox faydalanır və bu ədalətsizlikdir. Çin şirkətləri kanalın hər iki tərəfində limanlar işlədirlər. Trampın Çin lideri Si Cinpinlə dialoquna baxmayaraq, Marko Rubio Çin Kommunist Partiyasını Amerika tarixinin ən ciddi rəqibi kimi qiymətləndidirir. “Hazırki Çin keçmiş SSRİ-dən daha güclüdür” – deyən Marko Rubio bunu Çinin texnoloji cəhətdən keçmiş SSRİ-dən daha qüvvətli olmasıyla izah edib. Rubio haqlıdır. Haızrki Çin bütün aspektlərdən keçmiş SSRİ-dən daha güclüdür və bu ABŞ üçün ciddi təhdiddir.
Marko Rubio İranı Çindən sonra növbəti təhdid kimi dəyərləndirib. Gələcək dövlət katibi İrandakı rejimlə xalq arasında dərin uçurumun olduğu qənaətindədir. Rubio NATO-nun fəaliyyətinin davam etdirilməsinin tərəfdarıdır, ancaq hesab edir ki, tərəfdaşlar hərbi güclərini artırmalıdır. Trampın da mövqeyi belədir ki, NATO ölkələrin təhlükəsizlik baxımından ABŞ-a yük olmamalıdrlar.
Marko Rubio özündən əvvəlki dövlət katibi Entoni Blinken kimi Azərbaycan-Ermənistan danışıqlarında da vasitəçi olmağa çalışacaq. Rubio ermənpərəst senator kimi tanınıb, hər dəfə Azərbaycan əleyhinə açıqlamalar verib. Buna baxmayaraq, rəsmi Bakı Donald Tramp administrasiyası ilə ilk gündən yaxşı münasibətlər formalaşdırmaq baxımından Rubionun dövlət katibi vəzifəsində təşəbbbüslərinə diqqətlə yanaşacaq. Önəmli olan dövlət katibi Marko Rubionun senator Marko Rubiodan fərqli olaraq Ermənistanla Azərbaycana münasibətdə balansı pozmamasıdır. Əks halda, rəsmi Bakı Entoni Blinkenin nümuməsində olduğu kimi Marko Rubionun da təkliflərindən imtina edəcək.
Elxan Şahinoğlu - "DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47 |
|
|
|
• 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40 |
|
|
|
• Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33 |
|
|
|
• "Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28 |
|
|
|
• Trampın əfvindən imtina olundu
Bu gün, 09:20 |
|
|
|
• Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16 |
|
|
|
• Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
• Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07 |
|
|
|
• Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03 |
|
|
|
• Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59 |
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
|