“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                 

“GİLAN HODİNQ”İN ANTİXALQ SİYASƏTİ
Tarix: 27-01-2012, 14:08 | Çap et
“GİLAN HODİNQ”İN ANTİXALQ SİYASƏTİ

ZORLA EVİNDƏN ÇIXARILAN SAKİN İNTİHARA ƏL ATACAĞINI DEYİR

DİA.AZ: - Son illər Azərbaycanda mülkiyyət hüquqlarının pozulması görünməmiş həddə çatıb. Təsadüfi deyil ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının son hesabatlarında Azərbaycanda insan haqlarının durumundan bəhs edərkən, mülkiyyət hüquqlarının pozulması faktlarına da toxunulur. Hətta həmin hesabatlarda mülkiyyət hüquqlarına ayrıca bölmə həsr olunur.

Məmur-oliqarxların özbaşılağı o həddə çatıb ki, onlar nəinki ayrı-ayrı vətəndaşların mülkiyyətinə, hətta bütöv bir məhəlləyə tamah salır, həmin məhəlləni ələ keçirmək üçün hər cür saxtakarılağa və qanunsuzluqlara əl atırlar. Əhalinin əmlakının dəyəri ya ödənmir, ya da çox cüzi qismi ödənir, çox vaxt isə illərlə min bir əziyyət çəkib ərsəyə gətirdikləri ev-eşiyindən çıxarılan paytaxt sakinləri küçəyə atılırlar. Mirzəağa Əliyev küçəsinin, 7 mikrorayon sakinlərinin, son vaxtlar NZS qəsəbəsi sakinlərinin və b. başına gətirilənləri xatırlatmaq dediklərimizi təsdiqləmək üçün kifayətdir.

Bir sözlə, millətə qənim kəsilən məmur-oliqarxların tamahkarlığı sərhəd tanımır. Onlar villa, göydələn, yaxud obyekt tikdirmək üçün camaatın mülkiyyətini zorla əlindən alır, sadə vətəndaşların evini yıxmaq hesabına özlərinə imarət, şadlıq sarayı, hündürmərtəbəli binalar tikirlər.

Redaksiyamıza daxil olan növbəti şikayət də elə bu məsələ ilə bağlıdır. Sadəcə, bu dəfə məmurların qanunçuluğa, insanlığa, heç bir mənəvi dəyərələrə cığmayan bu cür əməllərinin qurbanı iki azyaşlı uşaq atası, həyat yoldaşı məcburi köçkün olan jurnalist həmkarımızdır.

Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 56/58 saylı ev, mənzil 3-də yaşayan müstəqil jurnalist İlqar Atayevin sözlərinə görə, yaşadığı ərazi Bakıda məşhur »milyonçular məhəlləsi» kimi tanınır: »Bir-iki binanı çıxmaq şərtilə ətrafda yalnız varlı insanların, nazirlərin, komitə sədrlərinin qiyməti milyon dollarla ölçülən villaları yerləşir. Yaşadığım binada sakinlər az olsa da, 2 mərtəbəli yaşayış binasının geniş stadionu və yaşıllıq ərazisi var. Bu məhəllədə torpağın bir sotu orta hesabla 500-600 min manatdır. Odur ki, binalarımızı alıb yerində villalar ucaltmaq istəyənlər kifayət qədər olub. Təxminən iki il qabaq binamıza aid olan stadion Nicat Kəmaləddin oğlu Heydərova icarəyə verilib. 20 gün əvvəl isə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov və »Gilan Holdinq»in nümayəndəsi məhəlləyə gələrək sakinlərə bildiriblər ki, yaşadığınız ərazi dövlət planına düşüb və yeni tikilmiş binalarda mənzillə təmin ediləcəksiniz.

Bu təkliflə razılaşmayanlar isə zorla evlərindən çıxarılacaq. Təkliflə razılaşan sakinlər gedib yeni tikilmiş həmin binaya baxanda aydın olub ki, bina hələ tam hazır deyil və çox keyfiyyətsiz tikilib».

Müstəqil jurnalist İlqar Atayevin sözlərinə görə, hədə-qorxulara dözməyən qonşuların çoxu yeni binadan müqavilə ilə ev götürsələr də, qalan sakinlər bununla razılaşmır: »Şəxsən mənimlə söhbət edərkən, Şahmar İbadovdan hansı əsasla binadan çıxarılacağım barədə sənəd tələb etdim. Yəni bina dövlət planına düşürsə, hər hansı bir sənəd olmalıdır. Amma icra hakimiyyəti başçısının müavini belə bir sənəd təqdim edə bilmədi. Yalnız onu dedi ki, bu ərazidə park tikiləcək. İndi özünüz fikirləşin, villaların əhatəsində hansı parkın salınmaından söhbət gedə bilər? Bu villalar qorunur və mümkün qədər yad gözlərdən uzaq saxlanılmağa çalışılır. Burada adi çəkiliş aparmaq istəyən jurnalistlərə o saat təzyiq olunur».

İlqar Atayevin fikrincə, görünən odur ki, »Gilan Holdinq» ərazidə tikinti aparmaq istəyir. Lakin sakinlərə əmlaklarının real dəyərini ödəməməkdən ötrü bu işə Nərimanov rayon İcra Hakimiyyətini cəlb ediblər: »Qonşum Sara Abdullayeva ilə söhbətində Şahmar İbadov deyib ki, »siz Leyla Yunusdan artıq olmayacaqsız ki?! Yeri gəlsə, fevralın 2-dən binanızın qaz, işıq təchizatı kəsiləcək».

Şikayətçinin dediklərindən belə aydın oldu ki, Nərimanov rayon İcra Hakimiyyəti və »Gilan Holdinq»in nümayəndləri qalan sakinlərin evlərindən çıxarılması üçün hər cür təzyiqlərə əl atır, sakinlərin əsəbini tarıma çəkirlər: »Sakinlərə bu cür hədə-qorxu gəlməklə, onları şantaj etməklə yanaşı belə bir xəbər də yayırlar ki, »Gilan Holdinq» Kəmaləddin Heydərova məxsusdur. Yeri gəlsə, Fövqəladə Hallar Nazirliyi binanızın qəzalı vəziyyətdə olduğu barədə akt verəcək».

Maraqlıdır bəs, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bu məsələyə necə baxır? Onun Ceyhun Hacıbəyli küçəsi, 56/58 saylı evin sakinlərinin başına gətirilən bu müsibətlərdən xəbəri varmı? Yoxsa elə doğrudan da sakinlərin evlərinin dəyəri ödənmədən əllərindən alınmasına, azyaşlı körpələri olan onlarla ailənin küçələrə atılmasına, həmin binanın yerində isə »Gilan Holdinq» üçün obyekt tikilməsinə Kəmaləddin Heydərov özü rəvac verir?

Yaxşı olardı ki, nazir özü bu məsələlərə aydınlıq gətirsin və bütün bunlardan xəbəri yoxdursa, bu özbaşınalığı və haqsızlığı, sakinlərin ölümlə təhdid olunmalarını durdursun, onların haqlarının tapdanmasına imkan verməsin. Çünki bu, Azərbaycan Konstitusiyacından, insan haqları ilə bağlı qanunlardan, nazirin vəzifə borcundan irəli gələn bir məsələdir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Konstitusiyasının Mülkiyyət Hüququnu özündə ehtiva edən 29-cu maddəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ var:» Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər».

Qeyd edək ki, dövlət ehtiyaları dedikdə yolların, kommunikasiyaların çəkilməsi, sərhəd zolağının çəkilməsi, müdafiə obyektlərinin tikintisi nəzərdə tutulur. Bu barədə Nazirlər Kabineti qərar verir. »Milyonçular məhəlləsi»ndə park salınması kimi gülünc iddianın isə dövlət ehtiyacları ilə heç bir əlaqəsi yoxdur.

İlqar Atayevin fikrincə, görünən odur ki, Nərimanov rayon İcra Hakimiyyətinin rəsmiləri »Gilan Holdinq» üçün makler rolunu oynayırlar: »Bu zaman qəsdən yüksək vəzifəli dövlət məmurlarının adlarını hallandırırlar. Hazırda mənə qarşı hədələr davam edir. Müxtəlif vasitələrlə təzyiq etməyə, məni qanuni evimdən çıxarmağa çalışırlar. Çox gərgin psixoloji gərginlik həddindəyəm. Himayəmdə 2 azyaşlı uşaq və köçkünlük həyatı yaşamış həyat yoldaşım var».

Sonda İlqar Atayev mülkiyyət hüququnun qorunması üçün gərəkən bütün addımları atacağını da vurğuladı: »Qanuni evimin zorla əlimdən alınmasına imkan verməyəcəyəm. Ümid edirəm ki, vasitənizlə ölkə prezidenti də bu məsələdən xəbərdar olacaq və hər bir azərbaycanlının prezidenti, onların hüquqlarının qarantı olduğunu deyən dövlət başçısı bizim zorla, dəyəri ödənilmədən evimizdən çıxarılmağımızın qarşısını alacaq. Yox əgər bu qanunsuzluqlar davam edəcəksə, ailəmi müdafiə edə, onların evsiz-eşiksiz qalmamasına nail ola bilməyəcəyəmsə, onda məcburam ki, intihar edəm. Çünki daha bu təhqirlərə, bu haqsızlıq və insanlıq dışı əməllərə dözməyə əsəblərim tab gətirməyəcək».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru