ŞOK: BİLƏSUVARDA MƏMUR KƏNDLİNİ VƏHŞİCƏSİNƏ DÖYDÜ
Tarix: 8-11-2013, 14:08 | Çap et
NARAZI VƏTƏNDAŞ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
DİA.AZ: - Biləsuvar rayonu Ovçubərə kənd sakini Süleymanov Elməddin Mirsəməd oğlu tərəfindən prezident İlham Əliyevə, baş prokuror Zakir Qarolova, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova və ombudsman Elmira xanım Süleymanovaya şikayət ərizəsi ünvanlanıb. Ərizənin DİA.AZ-a daxil olan nüsxəsində deyilir:
“Möhtərəm prezident , hörmətli dövlət rəsmiləri, bu məktubu yazmağa vadar edən səbəb Biləsuvar rayon Ovçubərə kənd İcra nümayəndəsi Mikayılov Ağadin Baba oğlunun özbaşınalığıdır.
Öncə sizə özüm haqqında qısa məlumat verirəm. Mən, Süleymanov Elməddin Mirsəməd oğlu Biləsuvar rayonunun Ovçubərə kəndində yaşayıram. Ailəliyəm, 4 övladım var. Heç bir yerdə işləmirəm. Həyat yoldaşım da heç bir yerdə işləmir. Dövlətimiz tərəfindən verilən ünvanlı sosial yardımla dolanırdıq. Üç ildən artıq idi ki, bu imtiyazdan yararlanırdıq. Bu il ünvanlı sosial yardımın sənədləşməsi kənd icra nümayəndəliyinə tapşırıldığından yenidən lazımı sənədlər almaq üçün kənd İcra nümayəndəsi olan Mikayılov Ağadin Baba oğluna müraciət etdim. O məni get-gələ salaraq həmin sənədləri mənə vermədi. Qardaşıma məxsus olan avtomobili mənim adıma çıxaraq mənə maşınım olduğu üçün sosial yardım düşmədiyini bəhanə gətirirdi. Mən məcbur olub Biləsuvar rayon İcra hakimiyyətinə ailəm və uşaqlarımla getməli oldum. 4 noyabr 2013-cü il tarixdə İcra hakimiyyətində vətəndaşların problemləri ilə bağlı iclasda iştirak edərək öz problemimi rayon rəhbərliyi qarşısında dedim. Icra hakiminin birinci müavini Akif Kazımov cənabları məsləhət bildi ki, mənim yaşadığım mənzilə , yaşayış tərzimə baxış keçirilsin. Əgər qanuna uyğun olarsa ünvanlı sosial yardım üçün lazım olan sənədlərin mənə verilməsinə köməklik ediləcəyini dedi.
Həmin günü Biləsuvar rayon İcra hakimiyyətindən iki nümayəndə yaşadığım mənzilə baxış keçirmək üçün gəlmişlər. Bu zaman əmək məzuniyyətində olan Ovçubərə kənd İcra nümayəndəsi Mikayılov Ağadin Baba oğlu və onun müavini Mikayılov Allahşükür də onlarla birlikdə olmuşdur. Mən evdə deyildim. Onları həyat yoldaşım qarşılayıb. Ağadin Mikayılov yaşadığım mənzilə baxış keçirmədən həyat yoldaşıma deyib ki, mənə Elməddin özü lazımdır. Evdən telefon nömrəmi alaraq mənə zəng etdi. Mənə telefonda dedi ki “hardasan”? Dedim ki, qonşu kənd olan Ağalıkənd ərazisindəyəm. Dedi ki, “tez gəl kəndin girişində gözləyirəm səni”.
Mən tez bir zamanda kəndə qayıdaraq onlarla küçəmizin baş tərəfində görüşdüm. Ağadin Mikayılov mənə dedi, “ay oğraş, sən nə üçün məndən rayon rəhbərliyinə şikayət edibsən? Mənə nə edəcəksən ki?... Sənin özün yox e, nəslin hamısı şikayət eliyə, hara gedirsən get, sənə sosial yardım üçün sənəd verən deyiləm”. Gələn nümayəndələr isə kənarda durub sadəcə tamaşa edirdilər. Onunla mənim söhbətim mübahisəyə çevrildi. Mən onlara dedim ki, gəlin yaşadığım mənzilə gedək. Baxış keçirin. Bəs nə üçün gəlmisiniz? Onların yerinə yenə də kənd icra nümayəndəsi , əmək məzuniyyətində olan Ağadin Mikayılov dilləndi: “Ay bala, sənə dedim ki, sən sosial yardım üzünə həsrət qalacaqsan”. Daha sonra məni aşağılayan hərəkətlər də etdi. Sonra təhqiramiz ifadələr, küçə söyüşləri işlədərək məni təhqir etməyə başladı.
Bir az da özündən çıxaraq mənə fiziki təsir göstərərək məni vurdu. Sifətimin sağ nahiyəsinə yumruq, sol böyrümə isə təpiklə zərbə vurdu. Mən onun bu hərəkətlərinə çaşıb qalmışdım. O isə zərbə endirməkdə davam edir, məni söyərək döyürdü. Yanındakı nümayəndələr bizi ayırmaq istəsələr də, bu səs-küyü eşidib həmkəndlilərim Hacı və Rahim adlı şəxslər də məni onun əlindən aldılar. O bizi ayrışdıran şəxsləri də təhqir etdi.
Ağadin Mikayılov qabaqdan gəlmişdik edərək rayon polis şöbəsinə zəng etdi. Dedi “gör, səni şöbələrdə süründürəcəm”. Atam da bu səs-küyü eşidib hadisə yerinə gəldi. O atama da məhəl qoymayıb ailəlikcə bizim ünvanımıza nəlayiq ifadələr işlətməyə başladı. Sonra hadisə yerinə polislər gəldi. Ağadin Mikayılov onların avtomobilinə əyləşərək elə orada ərizəsini yazdı. Ürəyi soyumadığından onların, hüquq mühafizə orqanının işçilərinin yanında da söyüşlə danışır, yenidən üzərimə hücum çəkirdi. Sanki polisləri görüb arxayınlaşaraq mənə təsir göstərmək istəyirdi. Mən isə rayon mərkəzinə, polis şöbəsinə gedərək şikayət etdim. İzahatımı orada verdim. Rayon mərkəzi xəstəxanasının əməkdaşının yanına gedərək həkim müayinəsindən də keçdim. Sabahısı gün yenidən Rayon İcra başçısının müavini Akif müəllimlə görüşərək hadisəni ona da danışdım. Dedim ki, əmək məzuniyyətində olan bir şəxs nə üçün məni təhqir etməli, sizin yolladığınız nümayəndələrə də məhəl qoymayan, vətəndaşı yersiz yerə təhqir edib döyən . Ağadin Mikayılov haqqında nə üçün tədbir görmürsünüz ? O da rayon polis şöbəsinə zəng edərək məsələni öyrəndi. Aldığım xəsarətləri öz gözü ilə gördü.
Cənab prezident , hörmətli dövlət rəsmiləri, mən bu gün tapdanmış vətəndaş hüquqlarımın, alçaldılmış şəxsiyyətimin , şərəf və ləyaqətimin harayını sizə edirəm. Azğınlaşmış, qudurmuş, heç kimə məhəl qoymayan bir dövlət məmuru nəyin ki vətəndaşları saymır,hətda fiziki zorakılığa məruz qoyur, təhqir edir. Axı bu gün bizim ali qanunlarımız, möhkəm dövlətçiliyimiz var. Necə olur ki biz sadə vətəndaşlar qanunun aliliyinə hörmət bəsləyir, qanuna tabe oluruq. Bu cür insanlar isə dövlətdən , hökümətdən yararlanaraq dövlətin yeganə mənbəyi olan vətəndaşı təhqir edir, döyür, hörmətdən salır? Bizim güvəndiyimiz isə yenə sizlərsiniz.
Odur ki, sonda sizdən xahiş edirəm bu şəxsin barəsində qanunun aliliyi çərçivəsində müfaviq ölçü götürülməsi barəsində yerli hüquq və icra orqanlarına göstəriş verəsiniz. Mənim kobudcasına pozulmuş hüqularım bərpa edilsin.
Hal-hazır da ailə vəziyyətim ünvanlı sosial yardım verilməyəndən bəri ağırdır. Mənim iki məktəbli və iki az yaşlı övladım var. Onları dövlətimizin biz kasıb insanlara, sadə vətəndaşlara verilən ünvanlı sosial yardım hesabına böyüdürdüm. İndi ailənin dolanışığını heç bilmirik necə edək. Ünvanlı sosial yardımın sənədlərinin mənə verilməsinə də köməklik etməyinizi xahiş edirəm”.
Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
• “Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51 |
|
|
|
• `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44 |
|
|
|
• İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39 |
|
|
|
• “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34 |
|
|
|
• SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32 |
|
|
|
• Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23 |
|
|
|
• Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21 |
|
|
|
• Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10 |
|
|
|
|