Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                 

MƏMURLARIN PARLAMENT TOQQUŞMASI
Tarix: 23-01-2012, 12:03 | Çap et
MƏMURLARIN PARLAMENT TOQQUŞMASI

KƏMALƏDDİN HEYDƏROV ÖZ DEPUTATLARI İLƏ MƏXFİ TOPLANTI DÜZƏNLƏDİ

DİA.AZ: - Hakimiyyətin «korrupsiya məngənəsindən» sağ-salamat baş çıxaran təhsil naziri Misir Mərdanov artıq ikinci dəfədir ki, «kəfəni yırtmış olur». İlk dəfə olaraq 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı Misir Mərdanovun da hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovla birgə çıxdaş ediləcəyi gözlənilsə də, bu baş tutmadı. Misir Mərdanov dünənə qədər «ağsaqqalım» deyərək əlini öpdüyü Əli İnsanovu «baqaca» qoymaqla hətta həbsdən belə canını qurtardı.

Əslində təhsil naziri o zaman qolları qandallanan Əli İnsanovun ən yaxın adamlarından biri idi və hazırda siyasi mühacir həyatı yaşayan keçmiş vitse-spiker Rəsul Quliyevlə bağlı həmin müdhiş «bağ toplantısında» Misir Mərdanov da iştirak edmişdi. Bildirək ki, Prezidentin işlər idarəsinin sabiq rəisi Akif Muradverdiyev məhz həmin toplantıya qatılması səbəbindən həbs edildi. Amma Misir Mərdanov daha «ayıq» tərpənərək Əli İnsanovun əleyhinə nəinki ifadə verdi, hətta hakim Yeni Azərbaycan Partiyasın tərəfindən hazırlanan «antiçevriliş şousunun» ən fəal zəhmətkeşlərindən biri kimi də diqqətə gəldi.

Amma buna rəğmən Misir Mərdanov hələ də iynə üstündə oturmuş kimidir və onun korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində həyata keçirilən birinci böyük tarama əməliyatından yaxasını salamat qurtarması heç də o demək deyil ki, nazir üçün hər şey geridə qalıb. Əksinə, daha acınacaqlı günlər irəlidədir. Bunu həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin iki gündən bir Misir Mərdanovu top atəşinə tutması faktı da təsdiqləyir. Yəni TQDK sədri naziri «tempdən düşməyə» qoymur və onun rəhbəri olduğu sahənin ayıblarını davamlı olaraq gündəmdə saxlayır. Bu isə Misir Mərdanov üçün heç də arzuolunan hadisə deyil.

Onu da bildirək ki, korrupsiya ilə mübarizənin ikinci böyük dalğasının start götürəcəyi haqda çoxdandır məlumatlar yayılmaqdadır. Və daxil olan məlumatlarda deyilir ki, bu proses fevral ayından - yəni hökumətin rüşvətxorluğa «müharibə elan etdiyi» tarixin ildönümündən etibarən start götürəcək.

Gələn məlumatlar da təsdiqləyir ki, korrupsiyaya qarşı mübarizənin ikinci dalğası deyəsən, hakimiyyət daxilində sözün həqiqi mənasında parçalanma yaradacaq. Əldə etdiyimiz məlumata görə, hazırda bəzi oliqarx-məmurlar rəqiblərini sıradan çıxarmaq üçün millət vəkillərindən istifadə etməkdədirlər. Bildirilir ki, millət vəkillərinə ötürülən faktlar parlament tribunasından səsləndiriləcək və bununla da ictimai rəyə təsir göstərilmiş olacan. Bu da bildirilir ki, hazırda bəzi məmurların durumu daha ağırdır. Bunlardan biri də əgər Misir Mərdanovdursa, digəri də elə onun «aktuallığını qorumaqda olan» Tələbə Qəbulu Dövlət Komissiyasının sədri Məleykə Abbaszadədir. Hər halda, Misir Mərdanov da rəqibinə qarşı əliyalın deyil və o da müdafiə olunmaqla məşğuldur. Qeyd edək ki, komissiya sədri ilə Təhsil naziri Misir Mərdanov arasında illərdir ki, konflikt yaşanır və görünür, artıq hesablaşmaq zamanı çatıb.

Onu da xatırladaq ki, keçən il Misir Mərdanov parlament yolu ilə rəqibinə bir dəfə badalaq vurmağa cəhd etdi. Xatırlayırsınızsa, M.Abbaszadəyə ilk zərbə millət vəkili Fəzail Ağamalıdan gəldi.

"Necə olur ki, savadsız uşaqlar ali məktəblərə daxil olurlar? Bu gün repetitorluq ali məktəbdən hörmətli olub. Axı bu necə olur? Tibb Unversitetinə daxil olmaq üçün 150 min manat rüşvət verilir. Ölkədə korrupsiyaya qarşı mübarizə aparılırsa, bunu yaddan çıxarmaq olmaz. TQDK-da milyonlarla rüşvət alınır"-deyən F.Ağamalı ölkədə aparılan antikorrupsiya tədbirlərindən danışarkən Məleykə Abbaszadəni hədfə aldı ki, həmin ərəfədə bu məlumatlara reaksiya verən TQDK sədri də yaxşı bildi ki, Fəzail Ağamalını danışdıran kimdir və onu əslində kimlər hədəfə alıb.

Müşahidəçilərin fikrincə, Fəzail Ağamalının məhz Məleykə Abbaszadəni hədəfə alması təsadüfi deyil. Çünki millət vəkili ilə Təhsil naziri Misir Mərdanov müttəfiqdirlər və o, dəfələrlə nazirin maraqlarını parlamentdə qorumağa çalışıb.

Onu da bildirək ki, həmin ərəfədə Fəzail Ağamalı eyni zamanda ağacın bir neçə budağını silkələmiş oldu ki, bu da oliqarxların millət vəkillərindən bir-birilərinə qarşı istifadə meyillərinin artmasının ilkin təzahürü kimi qəbul olundu. AVP sədri gözlənilmədən radikallaşanraq həmin çıxışında həm də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimovu da hədəfə almışdı: "Məmurlar seçki vasitəsi ilə 5 ildən bir seçilmirlər. Prezident tərəfindən təyin olunurlar. Buna baxmaq lazımdır. Bu olmayanda isə hətta italyan mafiya filmlərinin personajlarını çətin vəziyyətdə qoyan, bu personajlarda belə heyrət doğuran İlqar Rəhimov kimi beynəlxalq səviyyəli fırıldaqçıların bu cür varidat toplamasına şərait olur. Elələri var, məmur olana qədər yamaqlı şalvar geyiniblər. İndi isə onların qarderoblarında dünyanın tanınmış firmalarının paltarlarını yığmağa yer yoxdur. Maaşları ilə müqayisədə mindikləri maşının, həyat tərzinin arasında çox böyük fərq var. Var bunlar. Kim deyir ki, bunlar yoxdur? Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində birinci müavin işləyəndə İlqar Rəhimov müavin işləyib. Nazir olanda isə mənim müavinim olub. Bu adamın hansı imkanlara malik olduğu mənə bəllidir. Mətbuatda İlqar Rəhimov barədə yazılanları oxuyuram, görürəm ki, özünə böyük bir iqtisadi imperiya yaradıb. Bunun artıq super marketləri, qızıl mağazaları şəbəkəsi var. Sual olunur; haradan almısan bunu? Bunu necə əldə etmisən? Ünvanlı sosial yardımdan əldə olunan, daha dəqiqi imkansızların və çörəyə ehtiyacı olanların pulunu mənimsəməklə bunlara sahib olub! Və yaxud da Tibbi-Sosial Ekspert Komissiyasından əldə olunmuş pulla! Bu bir şəbəkə qurub varlanıb. İndi onun genişbiznes şəbəkəsi var. Hardandır bu? Əlbəttə oğurluqla, rüşvət və korrupsiya ilə əldə olunub".

Hər halda, bununla Fəzail Ağamalının kimin bostanına daş atmaq istədiyi də məlum idi. Beləliklə, millət vəkillərinin məmurlara qarşı ilk triumfu nəticəsiz qalsa belə, artıq keçən ilki proseslərdə özünə yer tapa bildi.

Redaksiyamızın əldə etdiyi məlumatlardan isə aydın olur ki, parlament yenə də MƏMURLARIN MÜNAQİŞƏ OCAĞINA ÇEVRİLƏCƏK. Artıq bu yöndə ciddi planların işləndiyini bildirən mötəbər qaynağımız iddia edir ki, millət vəkillərindən bəzilərinin təlimalandırılması prosesi gedir: «Məsələn, müəyyən qrup var ki, onlar Misir Mərdanovun əleyhinə kökləniblər və parlamentin əsasən, yaz sessiyasında təhsil nazirinə qarşı böyük bir dalğa yenidən milli məclisin tribunalarında tüğyan edəcək».

Mənbəmiz bildirir ki, Bu dalğa ilə hətta nazirin istefaya məcbur edilməsi də nəzərdə tutulur: «Misir Mərdanov keçən ilin sentyabr ayında «istefa verməyə hazıram» kəlməsini dilinə gətirdi. Doğrudur, nazir bunu yaş senzi ilə balı məsələdə söylədi. Amma artıq istefa məsələsi gündəmdədir». Mənbəmizə görə, əslində həmin ərəfədə Misir Mərdanovun gedişi planlaşdırılırdı, lakin onu himayə edən qüvvələr 3 nazir müavinini yola salınması, Misir Mərdanovun səlahiyyətlərinin bəzilərinin alınaraq yeni müavinə verilməsi şərtləri ilə onu qorumağa müvəffəq oldular. Bu dəfə isə TN şefinin müdafiəsinin qeyri-mümkün olacağı da söylənilir.

Onu da bildirək ki, parlament tribunalarından təkcə Misir Mərdanova qarşı istifadə olunmayacaq. Bu barədə əldə etdiyimiz informasiyalardan aydın olur ki, digər oliqarx-məmurlar da eyni qaydada rəqiblərini susdurmağa və rəqibləri üçün problemlər yaratmağa hazırlaşırlar. Bu barədə redaksiyamıza verilən xəbərdə bildirilir ki, bu günlərdə konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın olan 24 deputatın Bakı kənarındakı bağ evlərinin birində məxfi görüşü olub. Həmin görüşün birbaşa olaraq FHN şefinin arzusu ilə təşkil edildiyini bilidrən mənbəmiz vurğulayır ki, Kəmaləddin Heydərov öz deputat qrupuna böyük bir ziyafət məclisi verdikdən sonra onları öz komandasının gələcək planları yönündə təlimatlandırıb.

Doğrudur, mənbəmiz FHN şefinin parlamentin iclaslarında kimlərlə döyüşəcəyi barədə konkret bilgi verməsə də, Kəmaləddin Heydərovun hədəfində kimlərin ola biləcəyini təxmin etmək o qədər də çətin deyil. Hər halda, bu barədə bu günə kimi qəzetlərdə yetərincə bilgilər verilib. Mənbəmiz onu da bildirdi ki, məxfi bağ toplantısı zamanı Kəmaləddin Heydərovun şəninə təriflər də yağdırılıb və hətta millət vəkillərindən biri onu baş nazir görmək istədiyini də bəyan edib.

Mövzu diqqətimizdədir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru