Daha bir dövlət qurumu ilə bağlı xəbər yayıldı - Natiq Əliyevin nazirliyi də ləğv edilir - Səlahiyyətləri bölüşdürülür
Tarix: 12-02-2015, 11:39 | Çap et
Son vaxtlar bəzi qurumların ləğvi və yeni səlahiyyət bölgüsü istiqamətində atılan islahat xarakterli addımlar, xüsusilə Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin ləğv edilməsi ilə bağlı imzalanan sərəncam geniş müzakirə olunur. Bunlar cəmiyyətdə müsbət addımlar olaraq dəyərləndirilir.
Bununla bağlı açıqlama verən bir çox ekspertlər eyni funksiyalı nazirliklərin birləşdirilməsi məsələsini qaldırıblar. Onların fikrincə, Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyası hazırlanıb. Sənəddə 8 istiqamət üzrə islahatların aparılması təklif olunur. Bunlardan biri də struktur islahatlarıdır. Bu islahatlar birmənalı şəkildə dövlət qurumlarının idarəetmədə çevikliyinin artırılması, bir neçə qurumun birləşdirilməsi, hətta yeni qurumların, agentliklərin yaradılmasını ehtiva edir. Ekspertlər hesab edir ki, ilkin olaraq struktur dəyişikliyi su sektorunda reallaşdırılmalıdır. Çünki içməli və meliorasiya sularının vahid mərkəzdə birləşdirilməsi daha məqsədəuyğundur. Bu sektorda çalışan qurumların birləşdirilərək vahid mərkəz yaradılması mümkündür. Ekspertlər həmçinin bildirirlər ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanındakı Antiinhisar və istehlakçıların hüquqlarının müdafiəsi komitəsi xidmətinin nazirlikdən ayrılaraq müstəqil agentlik kimi fəaliyyət göstərməsi daha səmərəli olardı. Çünki indiki vəziyyətdə iqtisadiyyatda rəqabət tələb olunur. Ümumiyyətlə isə, mütəxəssislər belə düşünürlər ki, struktur islahatları yalnız dövlət qurumlarının birləşdirilməsi deyil, eyni zamanda yeni qurumların yaradılmasını özündə ehtiva etməlidir. Bunlar isə idarəetməni daha da asanlaşdırar və dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitlərin azalmasına gətirib çıxarar, qənaətin səmərəliliyinin yüksəldilməsinə xidmət edərdi. Bu arada əldə etdiyimiz ilginc bir məlumata görə, yaxın vaxtlarda Natiq Əliyevin rəhbərlik etdiyi Energetika Nazirliyinin də ləğvi nəzərdə tutulub. İddia edilir ki, bu nazirliyin funksiyalarının bir qisminin Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye nazirliyinə, digər səlahiyyətlərinin isə Rövnəq Abdullayevin rəhbəri olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) verilməsi gözləniləndir. Xatırladaq ki, Natiq Əliyevin nazirliyi yanacaq-energetika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu nazirlik Azərbaycan Respublikasının Prezidentinin 22 oktyabr 2013-cü il 3 saylı Sərəncamı ilə yaradılmışdır. Daha doğrusu, həmin vaxt Natiq Əliyevin rəhbərlik etdiyi nazirliyin səlahiyyətlərinin önəmli bir hissəsi Şahin Mustafayevin nazirliyinə verilmiş, nəticədə o vaxtadək Sənaye və Energetika Nazirliyi adlanan qurum yalnız energetika sahəsinə məsul olan dövlət orqanı funksiyasını yerinə yetirməyə başlamışdır. O da maraqlıdır ki, Natiq Əliyevin nazirliyinin ləğv edildikdən sonra səlahiyyətlərinin veriləcəyi qurumların rəhbərləri ilə energetika naziri arasında soyuq münasibət var. Xüsusilə N. Əliyevin ARDNŞ prezidenti Rövnəq Abdullayevlə ixtilaf yaşadığına dair informasiyalar mövcuddur. Bu ixtilaf Abdullayev bir müddət əvvəl ARDNŞ-ə məxsus torpaqların N. Əliyev bu quruma rəhbərlik edərkən satıldığı yönündə açıqlama verərkən, energetika naziri də həmin açıqlamanı sərt dillə yalanlayarkən bütün çılpaqlığı ilə ortaya çıxmışdı. Onu da deyək ki, hələ ötən ilin payızında Natiq Əliyevin postuna təhlükə yarandığına dair ehtimallar ortaya çıxmışdı. Xatırladaq ki, o vaxt (18 noyabr, 2015) parlamentin iclasında 2015-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr zamanı deputat Əli Məsimli Azərbaycanda qazlaşmanın zəif getdiyini demişdi: "Onu sürətləndirmək lazımdır. Digər tərəfdən bank faizləri aşağı salınmalı, kənd yollarının çəkilməsi prosesi sürətləndirilməli və regionların su təchizatı yaxşılaşdırılmalıdır. 2009-2013-cü illərin proqramı üzrə büdcədən 620 milyon manat pul ayrılıb ki, regionalarda qazlaşma prosesi getsin. Amma Şəkidə bu proqram üzrə 56 kənddən yalnız 17-si, yəni 30 faizi qazlaşdırılıb. Buna ekoloji və sosial yanaşmaq lazımdır. Buna Energetika Nazirliyi, "Azəriqaz" və digər qurumlar məsuliyyət daşıyır. Ona görə də bu qurumlara müraciət edirəm ki, dövlət qazlaşmaya pul ayırırsa, bu reallaşmalıdır. Niyə indiyə qədər həmin kəndlərə qaz çəkilməyib? Bu istiqamətə ayrılan vəsaitlər hara xərclənib? Buna görə də əlavə arayışların verilməsini daha məqsədəuyğun hesab edirəm. Hesablama Palatası yaxşı olar ki, bizim qaldırdığımız məsələyə diqqəti artırsın və bu istiqamətdə araşdırma aparsın". O vaxt KİV yazırdı ki, parlamentdə iqtidara yaxınlığı ilə bilinən millət vəkilinin dilindən Natiq Əliyevin nazirliyinin belə sərt şəkildə tənqid olunması təsadüfi sayılmır. Hesab edilir ki, bu, energetika nazirinin "vurulması" yönündə ilk xəbərdarlıq kimi də qəbul oluna bilər. İndi Energetika Nazirliyinin ləğv ediləcəyi yönündə informasiyanın yayılması həmin vaxtkı təxminlərin heç də əsassız olmadığını göstərir. \\ unikal.org \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
|