PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                 

Səttar müəllim, bu gün ayın neçəsidir? - Hesab soranı yox... barı, biz soruşaq...
Tarix: 22-08-2024, 10:46 | Çap et
Səttar müəllim, bu gün ayın neçəsidir?
Millət vəkili statusu qazanmaq adından da göründüyü kimi, millətin vəkili olmaq, millətin hüquqlarını qanunverici orqanın tribunasından müdafiə etmək deməkdir. Yəni parlament üzvü onu seçən millətin haqqını-hüququnu, sözünü, şikayətini, dərdini Millət Məclisindən çatdırır. Ona görə təsadüfi deyil ki, qanunverici orqanın adı da Milli Məclisdir. Yəni milli məsələlərin, millətin məsələlərinin müzakirə olunduğu, xalqın taleyüklü problemlərinin həlli üçün yığıncaq yeridir, millət məclisidir. Amma Azərbaycanda heç də deputatlığa namizəd olan hər kəs mandatı millətin vəkili olmaq üçün istəmir. Bəs, niyə istəyir? - deyək:
Əvvəla, onların xainliyi, hiyləsi, məkrli planı millət vəkili statusu qazanmaqla azı beş il öz şəxsi maraqlarına vəkillik etmək, şəxsi mənafeyini gücləndirmək məqsədi daşıyır. Bu, xalqa, seçiciyə, Milli Məclisə ən böyük hörmətsizlik və təhqiramiz münasibətin göstəricisidir. Çünki sən seçkidən-seçkiyə vətəndaşı yada salırsansa, onda da seçicinin ayağına getməyib, onun dərdini dinləməyib, yalnız deputatlıq adını əldə etmək üçün dəridən-qabıqdan çıxırsansa, bunun adı siyasi riyakarlıq, öz var-dövlətini qorumaq üçün tramlpin kimi istifadə cəhdidir.
Rubrika.Az bildirir ki, onlardan biri 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsindən deputatlığa bitərəf namizəd olan, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasını 30 ildən çoxdur talan edən Səttar Möhbalıyevdir. Səttar Möhbalıyev AHİK sədri kimi müstəqillik tariximizdə ən çox vəzifə tutanlardan biridir və bugünədək də qurumun gəlirləri hesabına ailə biznesini çiçəkləndirmiş, xirtdəyə qədər korrupsiya içində boğulan məmurdur.
Amma görünən odur ki, Səttar Möhbalıyev ailə biznes şəbəkəsini genişləndirmək, ən əsası isə onu möhkəmləndirmək, toxunulmazlığını təmin etmək üçün yenidən mandat almağa ehtiyac duyur. Məhz bu mandat sayəsində Möhbalıyev özünü məsuliyyətdən xilas etməyə, biznesini qorumağa çalışır. Ona görə də Möhbalıyev Babək-Şahbuz-Kəngərli seçicilərini yox, öz biznesinin vəkilliyini əsas tutmaqdadır. Belə desək, mandat ona öz gəlirlərini və böyük biznes səltənətini qorumaqda bir çətir rolunu oynayacaq. Əks təqdirdə, ona nə deputatlıq, nə parlamentdə fəaliyyət, nə də Naxçıvan camaatının problemləri ilə məşğul olmaq lazımdır.
Hazırda sosial şəbəkədən istifadə edən naxçıvanlı seçicilər arasında da bu fikirlər yayılır ki, Möhbalıyev millətin vəkili deyil, biznesinin müdafiəçisi qismində status əldə etməyə can atır. İndiyə qədər də nə seçicilərlə normal görüşləri olub, nə əvvəlki deputatlığı dövründə seçicilərin harayına çatıb, nə də bir AHİK sədri kimi hüquqlarının müdafiəsi istiqamətində iş görüb. Halbuki Möhbalıyevin parlamentdəki həmkarlarından fərqli olaraq, vətəndaşların hüquqlarının müdafiəsi üçün ikiqat səlahiyyəti var. Birincisi, millət vəkili kimi Milli Məclisdə vətəndaşların problemlərini qaldıra, aidiyyatı orqanlara səslənə bilər, ikincisi də, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri olaraq vətəndaşların hüquqlarını qorumaq imkanlarına malikdir. Lakin Möhbalıyev hər iki vəzifə səlahiyyətlərindən yalnız özünün, yaxınlarının, ailəsinin maraqları üçün istifadə edib.
İlk növbədə AHİK sədri kimi istər putyovka, istərsə üzvlük haqqı, istərsə daxil olan büdcə vəsaitlərindən yaxşı yararlanıb, böyük bir korrupsiya mexanizmi qurub. Nəticədə 30 il içində misli görünməmiş səviyyədə varlanıb. Həmçinin, mövcud biznesin toxunulmazlığı üçün mandatdan bir “dəmir günbəz”, yaxud qoruyucu dəbilqə kimi istifadə etməyi bacarıb. Beləliklə, illərlə putyovka biznesindən tutmuş digər məsələlərə qədər əldə olunan gəlirlər hesabına Möhbalıyev böyük sərvətə sahiblənib.
Ancaq burada təkcə onun AHİK sədri vəzifəsində əldə etdiyi korrupsiya imkanları və deputatlıq mandatı rol oynamayıb, habelə, zamanında qurulan geniş siyasi əlaqələr, xüsusən də prezidentin keçmiş köməkçisi, bir sıra intriqaların müəllifi Əli Həsənovla qudalığı da böyük dəstək olub. Əli Həsənov-Səttar Möhbalıyev tandemi nəticəsində illərlə böyük korrupsiya cinayətlərinə yol verildiyi, bu yeyintilərin sayəsində biznes qurulduğu bildirilir. İndisə həmin biznesi qorumaq üçün təkrar mandat lazımdır. Təbii ki, zamanında Əli Həsənovun əlində olan siyasi-iqtisadi imkanlardan geniş istifadə olunub, Möhbalıyev ən yüksək səviyyədə himayə edilib, amma qudası vəzifəsindən qovulan kimi bütün çirkablar üzə çıxıb, tamamilə ifşa edilib.
Sadəcə, səs-küylü dövr başa çatdıqdan sonra Möhbalıyev özünü təmizə çıxarmağa çalışdı, Əli Həsənovla quda olmasına baxmayaraq, AHİK-dəki postunu qorumağa başladı. İndi də yeni fürsət qazandığını və bunun iplərini əldə saxlamağın mümkünlüyünü düşünür. İstisna deyil ki, Möhbalıyev AHİK sədri postu ilə vidalaşır. Onun 30 ildən çox davam edən hökmranlığına son qoyulması ərəfəsindədir, bununla belə, əvəzində öz biznesini qoruya bilmək üçün mandat şansı qazanır. Çünki 30 ildən artıq dövrdə AHİK-i ailə biznesinə çevirmiş Möhbalıyev, deputatlıq mandatı əldə etməsə, o zaman dayaqları ciddi şəkildə sarsıla, barəsində korrupsiya araşdırmaları başlana bilər. Amma parlament üzvü olduğu halda, AHİK-dəki əməllərinə görə cavab verməmək lüksünə sahib olması mümkündür.
Mediada gedən məlumatlarda bildirilir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası növbədənkənar qurultaya hazırlaşır. Qurultayın avqustun 26-da keçirilməsi nəzərdə tutulub. Səttar Möhbalıyev 33 ildir ölkədə 2,5 milyon işçinin əmək haqqından hər ay 1-5 faiz tutur. AHİK-ə ölkənin dörd bir tərəfindən olduqca böyük pullar axır. Bu pullardan vergi tutulmur, pulların hara xərclənməsini yoxlayan bir orqan da olmayıb.Hər il 2.5 milyon işçinin maaşından tutulan 1-1.5 faiz pullarla yanaşı, sanatoriyalar, istirahət mərkəzləri, habelə “putyovka” biznesindən əldə olunan gəlirlərin də üstü açıla bilər.
Onun deputat olmaq dərdi, heç də mandat sevdasından irəli gəlmir. Bu gün deputat olmaq Səttar Möhbalıyevə ona görə lazımdır ki, həm də mal varlığını qoruya bilsin, yoxlamaların miqyasını minimuma endirsin. Bir növ özünü sığortalamaq istəyindədir. Əks təqdirdə, yoxlamalar onun həbsinə belə gətirib çıxaracaq. Misal üçün Bilgəhdə yerləşən Kardiologiya Sanatoriyasında “putyovka” ilə dincəlmək üçün göndərilən vətəndaşlar qalmağa yer tapa bilmirlər. Daha doğrusu, yer var, lakin pulludur. Sözügedən sanatoriyada mövcud olan və Həmkarlar İttifaqı xətti ilə gələn şəxslər üçün evlər var ki, onlar pulsuz verilməli olduğu halda, pulla satılır.
Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda dəhşətli mənzərə ortaya çıxır: Səttar Mehbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük haqlarının üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından ayrılan vəsaiti şəxsi cibinin pulu kimi xərcləməklə məşğuldur. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 50 milyon manatdan çox üzvlük haqqı daxil olur.
Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu, 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilir.
Bununla yanaşı, cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan onlarla sanatoriyalar AHİK sədrinin şəxsi biznes obyekti kimi idarə olunur. Uzun illərdir ki, “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara “putyovka” tapmaq müşküldən də müşkül məsələdir. Məsələnin digər tərəfi isə “putyovka”lardan yararlana bilənlərin narazılığıdır. “Putyovka” əldə edə bilənlər bildirir ki, göndərildikləri yerləri səviyyəsi bərbad, xidmət çox aşağı, şərait isə natəmiz olur. Bir sözlə, Möhbalıyev deputatlıq mandatından çətir kimi istifadə edərək özünü qoruya bilməsə, o zaman onun işi heç də yaxşı olmaycaq. Bununla belə, səslənən iddialara və açıqlanan rəqəmlərə, faktlara dair qaşrı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Nicat Mahmudov
Rubrika.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru