Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                 

Gəncə sakini partlayışda həyat yoldaşını itirdi, oğlu yaralandı... BU DA MÜNASİBƏT... - “Xalq Sığorta” məni 2 il yarım süründürdü”
Tarix: 15-08-2024, 10:54 | Çap et
Gəncə sakini partlayışda həyat yoldaşını itirdi, oğlu yaralandı... BU DA MÜNASİBƏT...
3 il əvvəl Gəncədə - şəhərin Nəvai küçəsindəki fərdi yaşayış evlərindən birində qaz sızmasından partlayış olub. Nəticədə 44 yaşlı Sahibə Verdiyeva dünyasını dəyişib, oğlu 23 yaşlı Əli isə ağır xəsarət alıb. Onun bədəninin təxminən 40 faizi yanıb – bu gün də üzərində xəsarət izləri qalıb, əməliyyata ehtiyacı var. Verdiyevlər ailəsinin yaşadığı ikimərtəbəli ev isə partlayış zamanı dağılıb.
Bizimyol.info xəbər verir ki, hadisənin baş verdiyi ev sığortalı olub. Amma evin sahibi – partlayış nəticəsində həyat yoldaşını itirmiş Mahir Verdiyev deyir ki, buna baxmayaraq, sığorta ödənişinə görə illərlə sürünüb.

Verdiyevlər ailəsinin yaşadığı ev “Xalq Sığorta” şirkəti tərəfindən sığortalanıb. Mahir Verdiyev Bizimyol.info xəbər portalına danışır ki, hadisədən sonra ona 20 min manat sığorta ödənişi vəd olunub: “Bizim ailə elə bir zərbə alıb ki, onu heç nə ilə əvəz eləmək mümkün deyil. Həyat yoldaşımı itirmişik, oğlumun günü bu gün də əməliyyata ehtiyacı var. Bu, məsələnin mənəvi tərəfi. Elə maddi baxımdan da çox böyük ziyan çəkmişik. İkimərtəbəli ev yerlə-yeksan olub, üç ildir qohum-əqrəba evindəyik. Sığorta müqaviləsində göstərilən 20 min evin dağılması, içindəki əşyaların məhv olması nəticəsində çəkdiyimiz ziyanın az hissəsidir. Amma yenə də nəsə eləmək olardı. Amma onu da vaxtında vermədilər, sığorta şirkəti məni 2 il yarım süründürdü”.

Mahir Verdiyevin bildirdiyinə görə, bu il fevralın sonunda “Xalq Sığorta” ona 19 min 200 manat ödəyib. Deyir ki, sığorta şirkətinin onu yubandırdığı iki il yarım ərzində inşaat materiallarının da, əşyaların da qiymətləri kəskin bahalaşıb: “Hadisədən dərhal sonra versəydilər, yenə də müəyyən işlərimi görə bilərdim. Hər gün ölkədə qiymətlər bahalaşır, pul dəyərdən düşür”.

Sığorta ödənişinin gecikdirilmə səbəbinə gəlincə, şirkətdən bildirilib ki, hadisə ilə bağlı yekun məhkəmə hökmü çıxarılmalıdır.

Verdiyevlər ailəsinin evindəki partlayış, Sahibə Verdiyevanın ölümü və oğlunun xəsarət alması ilə əlaqədar hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanıb. Mahir Verdiyevin bildirdiyinə görə, 2021-ci ilin payızında “Bakı Abadlıq” MMC Gəncədə işıqlandırma işləri apararkən onların yaşadığı Nəvai küçəsində də bu məqsədlə qazıntı aparıblar. Qazıntı zamanı traktor onların evinin qarşısından keçən qaz xəttini zədələyib. Oradan sızan qaz kanalizasiya vasitəsilə evə dolub. Hadisə günü gecə saatlarında Sahibə Verdiyeva mətbəxdə oğluna yemək qızdırarkən qazı yandıranda partlayış baş verib.

Ekspertizanın rəyinə görə, evin dağılması, əşyaların sınması nəticəsində Verdiyevlər ailəsinə 170 min manat maddi zərər dəyib. Ekspertlər 113 min manat evin tikintisi, 57 min manat isə əmtəə itkisinə görə ziyan hesablayıblar.

Hadisə ilə əlaqədar “Təmiz Qaz” QSC-nin Gəncə Regional Mərkəzinin xətt baxıcısı Kamran Bəylərov cinayət məsuliyyətinə olunub. İddia olunur ki, o, qaz xəttindəki sızmanı müəyyən etməli idi. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

51 yaşlı Kamran Bəylərov isə bu ittihamı qəbul etmir, 2023-cü ilin noyabrında özü haqqında çıxarılmış hökmdən də apellyasiya şikayəti verib. Onun şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılır. Bu işlə bağlı növbəti məhkəmə prosesi sentyabrda keçiriləcək.

Mahir Verdiyev deyir ki, sığorta üçün hadisədən dərhal sonra müraciət etmişdi. Lakin ona deyilib ki, hökm olmalıdır, sonra ödəniş edilə bilər: “Əvvəl nə qədər istintaq getdi, sonra məhkəmə prosesi. Hökm noyabrda çıxdı. Başa düşə bilmirəm ki, hökmün sığorta ödənişinə nə aidiyyəti var? Fakt ortadadır, hadisə baş verib, görüntülər var, müqaviləmiz var, niyə ödəmək istəmirdilər, aydın deyil. Mütəxəssislərdən də soruşmuşdum, dedilər ki, sığorta şirkəti hökmü gözləməməlidir, qısa müddətdə ödəməlidir. Sığorta şirkəti mənə deyirdi ki, hökmlə zərərçəkən müəyyənləşməlidir, biz də pulu həmin qurumdan, ya adamdan almalıyıq”.

Bu yaxınlarda Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsi sığorta hadisəsindən sonra ödənişlərlə bağlı şərh verib: “Daşınmaz əmlakın icbari sığortası üzrə hər hansı halın sığorta hadisə hesab edilməsi heç bir təqsirlə əlaqələndirilməyib. Yəni daşınmaz əmlakın icbari sığortası növündə hadisə baş verdikdə hər hansı şəxsin təqsirinin müəyyən edilməsi tələb olunmur”.

Mərkəzi Bankın bugünlərdə açıqladığı şikayət indeksində də “Xalq Sığorta” ən çox şikayət olunan sığorta şirkətlərindən biri kimi göstərilib. Bu şirkət ən çox şikayət olunan sığorta şirkətləri sıyahısında ikinci yerdədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru