Nə seçicisi onun umrundadır... nə də o, seçicinin umrundadır... - BAŞDAN-BAŞA ŞOU...
Tarix: 10-08-2024, 11:46 | Çap et
 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizədlərdən biri Arzu Nağıyevdir. O, VI çağırış üzrə parlamentin üzvü olub və yenidən deputatlığa iddialıdır. Anaxeber.info qeyd edir ki, Arzu Nağıyev Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, əməliyyat müvəkkili-şöbə rəisi vəzifələrində çalışıb. Onun yolu sonradan Trend Agentliyindən keçib və nəhayət, 2020-ci ildə 104 saylı dairədən deputat olub. Bu dəfə dəyişən sadəcə dairənin rəqəmidir və 105 saylıdan namizəddir. Amma dəyişməyən yenə Tovuz-Gədəbəy seçicilərinin deputatı olmaq istəyidir. Sadəcə, Arzu Nağıyevin parlament üzvlüyü hər iki bölgənin əhalisi üçün heç bir əhəmiyyət kəsb etmir. Ona görə ki, Tovuz və Gədəbəy əhli ötən 5 ildə Arzu Nağıyevi də tanıdılar, fəaliyyətini də... Məlum oldu ki, deputat seçilə bilər, amma millət vəkili ola bilməz. Çünki geridə qalan 5 illik parlament fəaliyyəti dövründə Arzu Nağıyev ağzını açıb seçicilərin, Tovuzun problemlərindən danışmayıb. Ona görə də Tovuzdan və Gədəbəydə olan seçicilər sosial şəbəkələrdə yazırlar ki, əgər Arzu Nağıyevi tanımaq istəyən olsa, onun fotosunu Tovuza aid feysbuk səhifələrində paylaşmaq kifayətdir. Bu zaman gələcək şərhlərlı onun fəaliyyətinin nədən ibarət olduğu hər kəsə aydın olacaq. Ümumiyyətlə, seçicilər sosial şəbəkələrdə sual verirlər ki, seçkidən-seçkiyə Tovuz camaatını yada salan Arzu Nağıyev indi hansı üzlə onlardan səs istəyir?! Seçicilər onu da sosial mediada yazırlar ki, parlamentin iclaslarında Arzu Nağıyevin millətin vəkili kimi çıxışı olmayıb. O, nə Tovuzun susuz kəndlərindən, nə qazsız kəndlərindən bircə dəfə söz açmayıb. Arzu Nağıyev Fransanı yıxıb-sürüyüb, Makronu ayağı altına salıb təpikləyib, Ermənistanı zəlil günə qoyub, Paşinyanı itdən də abırsız edib, stabillikdən, inkişafdan, regional təhlükəsizlikdən uzun-uzadı istədiyin qədər bu 5 ildə çıxışlar edib, di gəl, Tovuzun kəndlərində hələ də orta əsrlərdə olduğu kimi, suyun bulaqlardan min əziyyətlə daşınmasından, əkin sahələrinin suvarılmasında su çatışmazlığı olmasından, meşələrin məcburiyyətdən qırılıb evlərin qızdırılması üçün istifadə olunmasından, bu səbəbdən kəndlərdə əhalinin oduna xərclədiyi pullardan, ümumən Tovuzun kəndlərinin 80 faizinin neft-qaz ölkəsində qaz üzünə həsrət qalmasından əsla danışmayıb. Belə çıxır ki, ya yadına düşməyib, yəqin başı qarışıq olub, ya ona camaatın sosial problemləri qətiyyən maraqlı deyil, yaxud da Arzu Nağıyev özünü millətin vəkili deyil, hökumətin deputatı hesab edir. Görünür ki, sonuncu kriteriya ona daha uyğun gəlir. Elə olmasaydı, deputatı olduğu Tovuzun və Gədəbəyin qaz, su, işıq, kənd təsərrüfatı, sosial müavinətlər, işsizlik və digər problemlərindən bəhs edərdi. Ona mandat 5 illik bu səbəbdən verilib ki, bu mövzularda sussun, yalnız xarici siyasət, regional və beynəlxalq münasibətlər haqda hər hansı fikir bildirsin. Bu isə parlamentdə dilə gətirilə bilər, amma paralel də sənin seçicinin sosial problemi qaldırılmalıdır. Görünür ki, onu seçiciləri seçmədiyi üçün bu barədə danışmaq zərurəti hiss etmir, mandatı verən kimdirsə, onun sifariş etdiyi mahnı ifa olunur... Bundan əlavə, Arzu Nağıyev nadir hallarda seçicilərlə görüşlər keçirər, amma seçki ərəfəsində tez-tez görünməyə çalışır. Halbuki parlamentdə seçiciləri, şəhid ailələri, aztəminatlı ailələr, qazilər, iş tapmayan vətəndaşlar, müxtəlif qanunsuzluq halları ilə üzləşən seçicilərlə görüşən deputatlar da var. Adlarını çəkməyə ehtiyac olmadığı sadəcə demək olar ki, onların işi sosial şəbəkə üzərindən görünür. Amma Arzu Nağıyev heç 2 faiz də iş görmür. Əvəzində isə onun efirlərdə və yazılı mətbuatda çıxışlarından xeyli iqtibaslar itirmək olar ki, nə dərəcədə bəsit siyasi səhvlərə yol verib, ört-basdır belə edə bilməyib. Bu haqda bəzi xəbər portallarında çoxsaylı faktlar görmək mümkündür. Arzu Nağıyev isə Qazaxın kəndləri, istər Zəngəzur dəhlizi, istər digər mövzularda elə gülüş doğuran açıqlamalar verib ki, dərhal müzakirələrə səbəb olub. Yəni Arzu Nağıyev hətta siyasi aspektdən də işə yarayan deputat olmayıb. Onun seçicilərlə işləməməsi, əhalinin sosial problemlərinə biganəliyi bir yana qalsın, siyasi mövzularda çıxışları da müxtəlif "quş"larla doludur. İndisə Nağıyev təzədən 5 il parlamentdə olmaq istəyir - növbəti məsxərəyə qoyulacaq açıqlamalar vermək və seçicilərin problemlərini həll etməmək üçün...
Anaxeber.İnfo


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49 |
|
|
|
• Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46 |
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
|