![Daha bir direktorun SƏS YAZISI YAYILDI: `Pulları gətirin` Daha bir direktorun SƏS YAZISI YAYILDI: `Pulları gətirin`](/uploads/posts/2023-01/thumbs/1672987896_0001.jpg)
Azərbaycanda daha bir məktəb direktorunun rüşvətlə bağlı səs yazısı yayılıb.
DİA.AZ bildirir ki, Naftalan şəhəri İ.Nəsimi adına 1 saylı məktəbin direktoru Vəfa Hüseynova qrupa səs ataraq şagird və valideynlərdən summativ qiymətlərinin yazılması üçün pul tələb edib.
Eyni zamanda, direktor səsdə pulları müəllimlərə toplu şəkildə verməli olduğunu deyir.
![Daha bir direktorun SƏS YAZISI YAYILDI: `Pulları gətirin` Daha bir direktorun SƏS YAZISI YAYILDI: `Pulları gətirin`](/uploads/posts/2023-01/thumbs/1672986837_777.jpeg)
Məsələ ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq Regional Təhsil İdarəsindən bildirilib ki, səs yazısı ilə bağlı məsələ hazırda araşdırılır:
“Direktorun səs yazısı ilə bağlı məsələ araşdırılır. İlkin məlumat olanda yayımlayacayıq”.
Həmin səs yazısını təqdim edirik: