Hacıqabul notariusunda OYUNBAZLIQLAR... - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 28-03-2022, 10:09 | Çap et
Bu gün müxtəlif mövzuları, şəhərdə tıxac, səhiyyə sistemindəki problemlər, notarius və s mövzuları işləyəndə görürəm ki, cəmiyyətin bir tərəfi gülü dərə, o biri tərəfi çirkli dərə ola bilməz. Bu aksiomadır. Kimsə bunu inkar etməyə çalışmasın. Biz hamımız bir yerdə, bir cəmiyyət olaraq ruslar demişkən, “odnorodnı”, yəni bircinc mühitik. Yəni səhiyyədə baş verən problemlər eyni ilə təhsildə baş verir, təhsildəki problemlər müdafiə nazirliyi sistemində təkrar olur...eyni problemlər meliorasiya sistemində davam edir və bu zəncir məhkəməyə qədər davam edir. Aydın oldumu nə demək istəyirik..? Heç kəs yaxasını qırağa çəkməsin. Eləcə də indi haqqında bəhs edəcəyimiz, ədliyyə sistemi və onun bir parçası olan Notarius idarələri... Ədliyyə ƏDALƏT sözündəndir və bir dəfə cənab Prezident İlham Əliyev də bu qurumu və məhkəmələri ƏDALƏT SARAYI adlandırıb. Gəlin, görək, bizim məhkəmə sistemi ƏDALƏT SARAYIDIR..? Əlbəttə, yox. Hətta Milli Məclisin tribunasından millət vəkilləri dəfələrlə deyib ki, məhkəmə-ədliyyə sistemimiz fəlakətli durumdadır. Nə isə, sözün qısası, ölkəmizdə fəaliyyət göstərən dövlət və fərdi (özəl) notarius kantorlarındakı vəziyyət acınacaqlıdır. Qısa məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 200-ə yaxın notariat kontoru fəaliyyət göstərir. Onlardan 100-dən çoxu dövlət kontorudur və 30-u Bakıda, 70-dən artığı isə regionlarda yerləşir. Və eyni zamanda fərdi ( yəni özəl ) notariat kantorları da fəaliyyət göstərir. Və ən dəhşətlisi odur ki, Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi hala çevrilib. Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir. Məlum olur ki, hansısa notariat kantoru saxta sənəd verərək vətəndaşın mülkiyyət hüququnu pozub. Daha dəqiq desək, notariat kantorlarda alqı-satqı prosesində saxtakarlığa yol verilib. Belə kantorlardan biri də Hacıqabul rayonu dövlət notariat kantorudur. Bir məsələni də xüsusi olaraq qeyd edək ki, hüquqların notariat qaydasında təsdiq edilməsinin üstünlüyü ondadır ki, notariat qaydasında tərtib edilmiş sənəd hüququ DÖVLƏTİN ADINI QORUYUR. Amma təəssüf ki, Hacıqabul notariat kantorunda nəinki DÖVLƏTİN, heç kantorun öz adı qorunmur. Hacıqabul sakinləri adından mediada gedən məlumatlardan bəlli olur ki, Hacıqabul notariat kantoru mülkiyyətin alqı-satqısı, avtomobillərin satışı zamanı ciddi saxtakarlığa yol verir. Bu isə gələcəkdə mülkiyyət hüquqi ilə bağlı vətəndaşlara ciddi problem yaşadır. Bütün bunlar azmış kimi, kantorun notariusu vəzifəsini icra edən Ruslan Səfərov hamıya deyir ki, Ədliyyə Nazirliyində adamım var, mənə kimsə bir söz deyə bilməz. Görəsən, Ədliyyə Nazirliyində, yaxud Qeydiyyat və Notariat Baş İdarəsində Ruslan Səfərovun adamı kimdir ki, belə qanunsuzluqlara yol verir..? Bütün bu yazdıqlarımız kiməsə subyektiv mövqe kimi gələ bilər. Kimsə düşünə bilər ki, bəlkə ortada nəsə qərəz-filan var. Amma müdirklər deyib ki, hər kəs öz dilinin altında gizlənib. Yəni danışmağa başlayan kimi, hər şey açılıb-tökülür. Bəli, bizim yazdıqlarımıza şübhəniz varsa, Ruslan Səfərovun şikayətçi tərəflə 20 dəqiqə 43 saniyəlik telefon danışığına qulaq asın və nəticə çıxardın. Vallah, bizi qınamayın, bu danışığa qulaq asanda bu adamın nəinki hüquq təhsili, hətta orta təhsili olmasına ciddi şübhələrimiz yarandı. Kəlmə başı, “Qardaş, gəl sən allah bu məsələni yoluna qoyaq....sən mənim çörəyimə bais olmaq istəyirsən, məni işdən çıxartmaq istəyirsən həə...” deyən bu adam ən yaxşı halda toyda-zadda tamada ola bilər, nəinki hüquqşünas, nəinki notaruis... Bəs görəsən, Ədliyyə Nazirliyi, yaxud Qeydiyyat və Notariat Baş İdarəsi bu adama notariat kantoru etibar edəndə nə düşünürdü..? Təsəvvür edirsiniz, qanuni avtomobili dələduzluq yolu ilə satılan şəxs telefon söhbətində Ruslan Səfərovdan soruşur ki, sən idarəetmə üçün verilən etibarnamə ilə alqı-satqı üçün verilən etibarnamənin fərqini bilmirsən..? Bu sual, özünü hüquqşünas hesab edən şəxs üçün söyüşdən min dəfə betərdir ee... Ruslan Səfərov isə deyir ki, qardaş, işçimə etibar etmişəm dəə... İndi təsəvvür edirsinizmi, sabah Ruslan Səfərov diri-canlı adama ölülük kağızı versə, ona bir söz deyən olmayacaq. Notariat kantorlarla bağlı araşdırmalarımız davam edir. Bizi izləyin. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bəhruz Məmmədov niyə “minaya” düşdü? – Yeni detallar
Bu gün, 20:41 |
|
|
|
• Üç polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 20:35 |
|
|
|
• Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI
Bu gün, 20:33 |
|
|
|
• "Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" - Rus agenti olduğu deyilən Məmmədyarov HAY-KÜY SALDI
Bu gün, 20:29 |
|
|
|
• Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq - KİV
Bu gün, 20:26 |
|
|
|
• Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Bu gün, 19:43 |
|
|
|
• Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Bu gün, 19:40 |
|
|
|
• "Gündə bir adam axtarım?"
Bu gün, 19:33 |
|
|
|
• Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Bu gün, 19:31 |
|
|
|
• Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Bu gün, 19:26 |
|
|
|
• “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Bu gün, 19:10 |
|
|
|
• "Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Bu gün, 19:02 |
|
|
|
• Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Bu gün, 18:58 |
|
|
|
• Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Bu gün, 18:04 |
|
|
|
• Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Bu gün, 18:00 |
|
|
|
• AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Bu gün, 17:53 |
|
|
|
• Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51 |
|
|
|
• Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41 |
|
|
|
• İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30 |
|
|
|
• "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25 |
|
|
|
• Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24 |
|
|
|
• Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22 |
|
|
|
• “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20 |
|
|
|
• Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18 |
|
|
|
• Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13 |
|
|
|
• Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11 |
|
|
|
• "Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09 |
|
|
|
• Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01 |
|
|
|
• Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00 |
|
|
|
• Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56 |
|
|
|
• “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52 |
|
|
|
• Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51 |
|
|
|
• "Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39 |
|
|
|
• Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38 |
|
|
|
• “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35 |
|
|
|
• Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33 |
|
|
|
• “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31 |
|
|
|
• 6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08 |
|
|
|
• Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07 |
|
|
|
• Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01 |
|
|
|
• “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57 |
|
|
|
• Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52 |
|
|
|
• Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47 |
|
|
|
• Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45 |
|
|
|
• Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36 |
|
|
|
• Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30 |
|
|
|
• Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29 |
|
|
|
• Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17 |
|
|
|
|