“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                 

Şabranın belə bir KƏNDİ DƏ VAR... - Başçı bilmir... dövlət ki bilir!
Tarix: 30-10-2021, 10:33 | Çap et
Şabranın belə bir KƏNDİ DƏ VAR...
Şabranın dağ kəndlərindən olan Qazbabalı sakinləri sosial problemlərlə yaşayır. Kənd camaatı deyir ki, içməli sı qıtlığından əziyyət çəkirlər. Küçələr dağılmış vəziyyətdədir. Məktəblilər dördüncü sinifdən sonra təhsilsiz qalır. İşsizlik yüksək səviyyədədir.

“Axşama qədər su növbəsində dayanırıq”

Qazbabalıda son aylar içməli su qıtlığı problemlərin hamısının önünə keçib. Kənd camaatı bir bulağın ümidinə qalıb. Burada damcı ilə yığılan suyu qablara doldururlar. Kənd sakini Nəzakət Əliyeva deyir ki, əslində, problem lap çoxdan var:

“Bütün kənd gözünü bu suya dikib. Burada da su yoxdu. Axşama qədər növbədə dayanırıq. Qab-qacağı bura yığıb, gözləyirik. Su tapa bilmirik. Damcı-damcı gəlir. Özümüz də su tapmırıq, heyvanlara da verə bilmirik. Hələ indi bulaq başında az adam görürsüz. O qədər adam olur ki burada… Əksər hallarda hamıya su çatmır. Toyuq-cücəyə də su vermək lazımdı. Deyirdilər ki, meşədə artezian quyusu qazacaqlar. Amma eləmədilər. Gəlib çıxan olmadı”.

Dürdanə Əliyeva danışır ki, bəzən qaranlıq düşənə qədər su gözləmək lazım gəlir: “Ağaclarımız quruyub gedir. Adicə göyərti də əkə bilmirik”.

Bu yerdə Nəzakət Əliyeva əlavə edir ki, “adamın ağaclara yazığı gəlir”.

İradə Nağıyeva yayda susuzluqdan daha çox əziyyət çəkdiklərini bildirir.

Bulaq başına yenicə gələn Könül Heydərova bura qədər xeyli yol qət etdiyini deyir:

“Kəndin o biri başından gəlirəm bulağa. Saatlarla burda gözləyirəm. Heç bilmirəm ki, evə nə vaxt gedib çıxacam. Kənddə başqa su götürəcək yer yoxdu”.

“Uşaqlar oxumaq istəyir, məktəb yoxdur”

Prezidentin 2 fevral 2018-ci il tarixli sərəncamı əsasında Qazbabalıda 20 şagirdlik modul tipli ibtidai məktəb quraşdırılıb. Yəni kənddə uşaqlar yalnız ibtidai təhsil ala bilir. Dördüncü sinifdən sonra qonşu Əmirxanlı kəndinə getmək lazım gəlir. İctimai nəqliyyat olmadığından, uşaqların əksəriyyəti təhsildən imtina etmək məcburiyyətində qalır.

“Gedə bilmirlər. Kor olub qalır uşaqlarımız. Mən qız uşağını iki-üç kilometr piyada göndərə bilmərəm. Necə göndərim? Qabağına vəhşi heyvan çıxsa, necə olacaq?! Uşaqlarımız dördüncü sinifdən tökülüb qalır kənddə. Mənim evdə 4 nəvəm məktəbə gedə bilmir. Hamısı da oxumaq istəyir. Kənddə kifayət qədər uşaq var. Doqquzillik eləsinlər, heç olmasa. Onuncu sinif üçün nəsə fikirləşərik. Böyüyərlər, özlərini idarə eləyə bilərlər. Balaca uşaqları uzaq yola necə buraxım? Neçə dəfə canavar çıxıb kəndin uşaqlarının qabağına…”, – Nəzakət Əliyevanın sözləridir.

Dürdanə Əliyeva da o fikirdədir ki, uşaqlara 9 illik təhsil imkanı yaradıla bilərdi: “Gərək məktəb quraşdırılanda bunu nəzərə alardılar. Dördüncü sinifdən sonra uşaqlar oturur evdə. Əmirxanlı yolunda duman, yağış, canavar olur. Kənddə nə qədər uşaq görürsüz ha, əksəriyyəti məktəbsiz qalıb”.

Sonradan şikayətçilərə qoşulan Yasəmən Əliyeva deyir ki, məktəbə getməli olan 7 nəvəsi var, amma bekar qalıblar:

“Qonşu kəndə gedənə qədər qarşılarına hər cür heyvan çıxır. Özü də çayı keçib getməlidilər”.

“Kəndin böyüyü olmalıdır”

Qazbabalı küçələrində avtomobillə hərəkət etmək mümkün deyil. Yalnız nimdaş “Niva”ların, traktorların yolu geridə qoymaq şansı var. Payızda yağışlar başlayanda kənd camaatı tamamilə evinə qapılmalı olur. Palçıqlı küçələr keçilməz görünür.

Nəzakət Əliyeva deyir ki, Qazbabalıda çox çətin şərtlərlə yaşayırlar:

“Adicə sosial yardım vermirlər camaata. Kənddə gördüyünüz adamların əksəriyyəti cəmi 4 il təhsil görüb. Yəni problem lap çoxdanındı. Təhsil ala bilmirlər, buna görə iş də tapılmır. Nə vaxta qədər belə davam edəcək?! İndi hansı zamandı ki, uşaqlar 4 il təhsil alsın?!”

Yasəmən Əliyeva kəndin rəhbərinin olmadığını bildirir: “Yoxsa çox problemi həll eləmək olar. Kəndin böyüyü olsa, belə vəziyyət yaranmaz. Kəndə baxan yoxdu”.

İcra hakimiyyəti nə deyir?

Şabran Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən Meydan TV-yə bildirilib ki, Qazbabalıdakı problemlərdən yalnız kənd yollarının düzəldilməsinə ümid etmək olar:

“Həmin kənddən icra hakimiyyətinə ən çox su ilə bağlı müraciət olunur. Biz içməli su ilə bağlı vəziyyəti “Azərsu”ya çatdırırıq. Söhbət təkcə Qazbabalıdan getmir. Məsələn, Leyti kəndində vəziyyət daha acınacaqlıdır. Çünki qonşu kəndlərlə məsafə böyükdür. Artezian, subartezian quyularının vurulması cənab prezidentin sərəncamı ilə həyata keçirilir, Prezident Administrasiyasında siyahı tutulur. “Azərsu” quyuları vuranda kəndlərdə əhalinin çoxluğunu, problemin miqyasını nəzərə alır. Şabranda Prezident Administrasiyasına iki kəndin adı verilib. Qazbabalının adı nə vaxtsa ora düşsə, onda artezian quyusu vurulacaq. Yollarla bağlı bələdiyyə sədrinə tapşırıq vermişik. Yəqin ki, o işlə məşğul olacaq. Modul tipli məktəbdə yalnız ibtidai təhsilin verilməsinə gəlincə, ola bilər ki, Təhsil Nazirliyi şagird sayını nəzərə alıb. Elə məktəblər var, hətta ləğv olunmalıdır. Çünki say olduqca azdır. Biz infrastruktur layihələrinə xüsusi diqqət ayırırıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru