Sahil Babayevin "çarıqlı milyoneri": Fəhlənin adına şirkət açıb və... - İLGİNC FAKTLAR
Tarix: 14-10-2021, 10:18 | Çap et
Vaxtilə bu texnologiyadan keçmiş Əmlak Komitəsinin sədri Kərəm Həsənov istifadə etmişdi. Bakıda iki böyük zavodun səhmləri Lerikdən olan bir fəhlənin adına rəsmiləşdirilmişdi. Məlum olmuşdu ki, Gəray Məmmədov adlı "çarıqlı milyoner", bu lerikli fəhlə paytaxtın "Şanxay" adlı ərazisində gecəqonduda yaşayır, özü isə iki zavodun 80 faiz səhminə sahib olmasından bixəbərdir. Demə, Kərəmov bu əli qabar olmuş fəhlənin adına sənədləşdirməklə ona heç qara qəpik də verməyib. İndisə məlum olur ki, eyni yolu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təkrarlayır. Vəzifəyə gəldiyi tarixdən ən çox şikayət və narazılıq olan nazir Babayev K. Həsənov kimi fəhlənin adına şirkət təsis edib. Həmin fəhlə isə nazirin kabinetində təmir işləri görüb. Anaxeber.info bu barədə məlumat verir ki, həmin fəhlənin Elvin Ramazanov olduğu üzə çıxıb. Fəhlənin haqqını kəsən, əlilin pensiyasını kəsən, qazini intihara çatdıran, kütləvi narazılıq yaradan S. Babayevin bir fəhlənin adından istifadə edərək Vətən müharibəsi zamanı şirkət yaradıb Çindən mallar sifariş verib. Hadisə belə vaqeə olub: müharibənin ən qızğın vaxtında, ard-arda şəhid xəbərləri gələndə, camaat övladının boğazından 20-30 manat kəsib cəbhəyə yardım göndərəndə, Türkiyə diplomatik, siyasi, hərbi istiqamətlərdə tam olaraq Azərbaycanın yanında olanda, nazir Sahil Babayev daha çox pul qazanmaq üçün qardaş ölkənin şirkətlərindən imtina edərək, nədənsə Çindən sifarişlər verirmiş. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Özünüməşğulluq proqramı çərçivəsində 2019-da Türkiyədən “Ayzak Mizrak” sifariş edirmiş. Biri zavodda 2600 dollara olsa da, “Aznest" QSC bunu nazirliyə 4735 dollara satırmış. Fərq: 2135 dollardır. 2020-ci ilin oktyabrında, müharibənin qızğın vaxtında “Aznest" QSC həmin avadanlığa oxşar, amma imkanları daha az olan, uyğunluq sertifikatı olmayan avadanlığı Çindən 1200 dollara alıb, nazirliyə isə 4517 dollara satılıb. Fərq: 3317 dollar... Bu proqram çərçivəsində 2019-cu ildə 11 milyonluq türk malının 9 milyon manata qədəri Çinə transfer edilib. 2018-ci ildə Sahil Babayev nazir təyin olunandan bu proqram çərçivəsində bağlanan 7 müqavilənin hamısı, 4-ü isə tendersiz məhz bu QSC ilə bağlanıb. İctimai fəal Bəxtiyar Hacıyev belə yazıb. Aydın olur ki, Sahil Babayev nazir təyin olunandan 2 ay sonra təsis olunan bu QSC-nın təsisçisi KİV-də Elvin Ramazanov olaraq yayılıb. Tanıyanlar onun Sahil Babayevin kabinetini təmir edən fəhlə olduğunu bildirirlər. Nazirliyə tabe olan Dövlət Məşğulluq Agentliyi 2019-da “Aznest” QSC və “Agri KON” QSC-yə 16 milyon manatlıq bir dəfə, 34 milyon manatlıq da bir dəfə satınalma edib. Nə “təsadüf”! Hər iki QSC eyni gündə yaradılıblarmış!28.06.2018 – nazir təyin olunandan 2 ay sonra. Qiymət təxminən eyni gəlirsə, uyğunluq sertifikatı varsa, nazirin kabinetində fəhlə işləyən adama məxsus olduğu deyilən şirkətə on milyonlarla manatlıq tenderlər verilirsə, malları niyə Türkiyədən yox, Çindən aldıqlarını nazirlik açıqlaya bilərmi? Bundan əlavə, fəhlənin şirkəti necə ola bilib? Bəlkə şirkət elə nazirə aiddir, Babayev onun adına yaradıb?! Görünür, Sahil Babayev “özünüməşğulluq” sözündəki “özünü” hissəsini yanlış anlayıb. Camaata 190 manatı düzgün bölüşdürə bilən sistem qura bilməyib, amma tenderlərdə yaxşı sistem qurulub. Yəqin onun kadrı “190 manatları bitirək, öz işimizə qayıdaq” deyəndə öz işləri kimi bunları nəzərdə tuturmuş. Amma təkcə 190 manat məsələsi deyil, nazir 190 min adamın pensiyasını kəsib. Bu, onların dolanışıq yeri idi, həmin vətəndaşların şirkətləri, QSC-ləri yoxdur. Parlamentdə Tahir Kərimli nazirin ünvanına ən yaxşı tənqidləri yağdırdı. Deputat dedi ki, səni ora təyin ediblər islahat aparasan, deməyiblər 190 min yetim-yesirin pensiyasını kəsib həm narazı salasan, həm gəlir mənbəyindən məhrum edəsən. Amma deyəsən, S.Babayev əhalinin sosial vəziyyətini heç dərk eləmir - bu bahalıqda, çətin zamanda insanları 200 manatdan da məhrum edir. Çünki ağzı isti yerdədir, şirkətləri Çindən mal vurur, ona görə xalqın güzəranı yadına düşmür, toxun acdan xəbəri olmazmış... Ümumiyyətlə, həmin QSC və fəhlə Ramazanov faktoru araşdırma predmetidir. Bu işdə korrupsiya şübhələri olub-olmaması da yoxlanılmalıdır. Özünü islahatçı nazir hesab edən Babayev belə işlərə girişibsə, onun reformist olması onda bizim kosmonavt olmağımız kimi bir işdir. Gələn məlumatlar da belə deməyə əsas verir ki, nazirdən total narazılıq olması, hətta parlamentdə bunun dilə gətirilməsi yuxarıların diqqətini çəkib. Ya Babayev fəaliyyətinə düzəliş etməli olacaq, ya da onunla haqq-hesab çəkiləcəyi istisna deyil. Bizsə sözügedən QSC və varlı fəhlə mövzusunda jurnalist tədqiqatını davam etdiririk. //Anaxeber.info//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|