Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Tağı Əhmədovun təhlükəli "biznes"inin günahı hakim işləyən oğluna necə sıçradı? - AQİBƏT
Tarix: 18-09-2021, 11:46 | Çap et
Tağı Əhmədovun təhlükəli "biznes"inin günahı hakim işləyən oğluna necə sıçradı?
Sələm verməyin qanunla qadağan edildiyi və bununla bağlı Cinayət Məcəlləsində ayrıca maddənin nəzərdə tutulduğunu xatırlatmaq kifayətdir. Biz məsələnin mənəvi-psixoloji tərəfinə diqqət yetirmək istəyirik. Heç kimə sirr deyil ki, hər il yüzlərlə ocaq məhz sələmçiliyə görə sönür, yüzlərlə ev yıxılır, ailələr dağılır, insanlar fəlakətlərə sürüklənir, tələf olurlar. Şəriətdə sələm verməyin Allah dərgahında necə böyük günah hesab edildiyi haqqında onlarla ibrətramiz nümunə də gətirmək olar. Bir sözlə, şəriətdə sələm vermək günahların ən böyüyü hesab olunur və sələm alanın, yəni yüksək faizə pul götürənin buna məcburiyyətdən, çarəsizlikdən getdiyini nəzərə alsaq faizlə pul alanın günahları nisbətən azdır. Çünki adam imkanı olsa sələmdən qismən az faizlə (bu gün Azərbaycan bankları da əslində sələmçiliklə məşğuldur və vətəndaşlara divan tutmaq yolu tutublar) gedib bankdan pul götürə bilər. Sələm verəninsə günahı ölçüyəgəlməzdir və bu yolun yolçularının öz canları, ailə üzvləri, mal-mülkləri ilə çox ağır bədəl ödədikləri haqqında yenə də yüzlərlə misal çəklmək olar.

Bəs elə isə niyə insan oğlu qanunla qadağan və Allah qatında günahların ən böyüyü hesab olunan sələmçiliklə - faizə pul verməklə məşğul olur? Heç tərəddüd etmədən buna intəhasız tamahın səbəb olduğunu göstərmək olar. Yəni təbiətcə aza qane olmayan, qanunsuz yolla olsa belə daha çox qazanmaq istəyirlər və beləliklə daha çox insanı bədbəxt etməyə tələsirlər sanki, "Metro Tağı" kimi məmləkətdə tanınan Tağı Əhmədov kimi...

İndi Tağı Əhmədov da illər uzunu yığıb topladığı milyonlarını daha da artırmaq üçün külli miqdarda sələm verməklə pul qazanmaq eşqinə düşməsinin ağır fəsadlarını yaşayır. Daha doğrusu, tamahı üzündən həm öz canına, həm oğlunun karyerasına, həm də 2 milyon manat puluna, bilmədiyimiz daha çox mal-mülkünə zərər vurmaqla çox ağır bədəl ödəyir. Bəri başdan sağlıq durumunun qənaətbəxş olmamasını və çox ağır xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq Tağı Əhmədova şəfa diləyir və günahlarınlın bağışlanmasını Aləmlərin Rəbbindən diləyirik. Amma onun əməllərindən zərəçəkənlərin fəryadına da qulaq asmaq bir mənəvi borcdur və məhz sələm verərək bədbəxt etdikləri ailələrin üzləşdiyi haqsızlıqları oxucuların diqqətinə ərz etməklə başqa kəmfürsətlərə də görk olsun deyə vacib hesab edirik.

Yuxarıda qeyd etdik ki, sələmçilər etdikləri günahın bədəlini təkcə canları və malları ilə deyil, bir çox hallarda ailə üzvlərini fəlakətə sürükləməklə ödəyirlər. Tutaq ki, 73 yaşlı Tağı Əhmədov ömrünü kef-damaqla keçirmiş, az qala yarım əsr vəzifədə olmaqla canına korluq verməyib, hətta vəzifəsindən sui-istifadə edərək yetənə yetib, yetməyəinin də dalınca daş atıb, jurnalistlərə də köntöy söz deməkdən çəkinməyib. Amma onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi olan gənc oğlu Rauf Əhmədovun (1974-cü il təvəllüdlü) günahı nədir ki, indi heç nədən dilə-dişə düşüb, uğurlu karyerasına kölgə salacaq əməllər törətməyə məcbur olub? İndi oxuculara Tağı Əhmədovun həbsə atdırdığı zavallıların birinin övladının fəryadından bəzi məqamları təqdim edəcəyik və bu zaman bəlli olacaq ki, Rauf Əhmədov atasının təhlükəli "biznes"ini idarə etməklə necə həyatının səhvini edib. Yeri gəlmişkən, bu gün Əhmədovlar ailəsini on illərlə qoruyan fövqəlgüc - Ramiz Mehdiyev faktoru xeyli zəifləmiş durumdadır. Yəni sabah Rauf Əhmədovun əməllərinin məhkəmə hakimliyi ilə bir araya sığıb-sığmadığı təftiş edildikdə başı özünə qarışan Ramiz Mehdiyevdən kömək istənilsə belə nəticə olmayacaq.

Yeri gəlmişkən, mövzuya dəxli olamasa da Ramiz Mehdiyevdən söz düşəndə onun artıq imkanlarının xeyli məhdudlaşdığını və rayonlara icra başçıları təyin etdirə bilmədiyindən bəhs edilir. Onu nəzərə almaq lazımdır ki, "boz kardinal"ın əlaltıları təkcə mərkəzi və yerli icra strukturlkarına rəhbərlik etmir, bir çox hüquq mühafizə və məhkəmə orqanlarında da onun hələ də xeyli pərəstişkarı var. Sözgəlişi xatırlatdıq...

Sonda sələmə götürdüyü pulu qaytara bilmədiyinə görə 1 ilə yaxın həbsdə olan Səadət Xəlilovun oğlunun dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında jurnalistlərə söylədiklərindən bir hissəni oxuculara təqdime dirik. Qeyd edək ki, növbəti məhkəmə prosesi sentyabrın 24 - də saat 17.00-a təyin edilib:

"Atam mərmər biznesi üçün Tağı Əhmədovdan 2 milyon manata yaxın - konkret olaraq 1 milyon 800 min manat sələmə pul götürmüşdü, əvvəl işlər yaxşı gedirdi, sonra biznesdə axsama olanda faizləri vaxtlı-vaxtında ödəyə bilmədiyindən Tağı Əhmədov atamı təhdid etməyə başladı. Sonra işi elə düzüb qoşdular ki, həm atamın borclu olması məhkəmə qərarı ilə təsdiqləndi, buna baxmayaraq atama cinayət işi də açdılar. Artıq 1 ilə yaxındır atam içəridədir. İstintaq da aparılmayıb. Atamla birlikdə işləyənlərin ifadələrindən də məlum olur ki, pulun gerçək sahibi şikayətçi deyil, tağı müəllimdir. Maksimum istintaqda da çalışıblar ki, Tağı Əhmədovun adı heç yerdə getməsin. Hətta anam istintaqa verdiyi ifadəsində Tağı Əhmədovun adını çəksə də müstəntiqlər onun adını siliblər. Elə bu epizod üzrə də prokurporluğa şikayət etmişik ki istintaq düzgün aparılmayıb. Bizim ailə, qohum əqrəba çarəsiz qalıb bir qərara gəldik ki, şərə düşsək də vəziyyətdən çıxış yolu kimi borcun bir hissəsini ödəmək üçün evimizi, mülkümüzü təklif edək. Yəni istədik ki, bu işi sülh yolu ilə həll edək və atam həbsdən çıxandan sonra pulun qalan hissəsini hansısa yolla ödəyək. Bu günədək 300 min manatadək faiz ödəyib atam. Biz müstəntiqə dedik ki, biz borcun bir hissəsini ödəmək istəyirik, o əvvbəlcə borc yiyəsinin Tağı Əhmədov olduğunu boynuna almırdı, amma sonra razılaşdı. Biz zərərçəkənlə görüşə gedəndə bizimlə görüşə Tağı Əhmədov yox, Nizami rayon Məhkəməsinin hakimi olan oğlu Rauf Əhmədov gəldi. O da bildirdi ki, hansı yolla olur olsun bu pulu qaytarmalısınız. Biz də dedik ki, olanımız budur və ancaq pul əvəzinə mülkümüzü təklif edə bilərik. Ona dedik ki, bu mülkləri götürün və həbs qəti imkan tədbirini dəyişdirək və atam azadlığa çıxandan sonra borcun qalan hissəsinin ödənilməsi üçün fürsət əldə edək. Əslində müstəntiq də maraqlı idi ki, atam azadlığa buraxılsın. çünki özü deyirdi ki, içəridə ola ola atanız borcu qaytara bilməz, çölə çıxmalıdır ki, nəsə edə bilsin. Amma Rauf Əhmədov razılaşmırdı, deyirdi ki, elə həbsdə ola ola pul ödənməlidir. Bütün ifadələrdə təsdiq olunub ki, pul borca verilib. Hətta zərərçəkmiş kimi tanınan adam da ifadəsində etiraf edib ki, pul Tağı Əhmədovundur və o borc verilib. Buna görə də bu işə görə heç cinayət işinin açılması da absurd idi. Gün kimi aydındır ki, cinayət işinin açılması Tağı Əhmnədovun və oğlu Rauf Əhmədovun sifarişi ilə olub. Rauf özü yaxşı bilir ki, atam nə qədər borca pul götürüb və nə qədər faiz ödəyib. çünki bütün bu faiz işləri ilə elə Rauf Əhmədovun özü məşğul olub. Pulu Tağı müəllim YAP-ın ofisində özü verib, amma faizləri almağa oğlunu göndərib. istintaq zamanı Rauf özü mənə deyib ki, mən istəsəm atanı evə dustaqlığına buraxdıraram, istəsəm içəridə saxlatdıraram. Təsəvvür edin ki, atamla bərabər təqsirləndirilən daha 2 nəfər var. Məcburi qaydada əməliyyat yolu ilə tutub gətirib istintaqa təhvil verilməsinə baxmayaraq onlara həbs verilmədi, amma atam özü könüllü istintaqa getməsinə baxmayaraq Raufin diktəsi ilə atama həbs verdilər. Raufla danışığından belə çıxdı ki, o istədiyi hər şeyi etməyə qadirdir və atamın taleyi ondan asılıdır. Bax vəziyyət budur".
//moderator.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru