Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Sara Həsənova rəhbərlik etdiyi qurumda nə kimi saxtakarlıqlara yol verir – Teymur Musayevin diqqətinə
Tarix: 30-08-2021, 10:18 | Çap et
Sara Həsənova rəhbərlik etdiyi qurumda nə kimi saxtakarlıqlara yol verir
Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi elan olunduqdan sonra sosial şəbəkələrdə demək olar ki, hər gün xəstəxanaların vəziyyəti, səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. İndi günün ən aktual mövzus saxta COVİD 19 pasportlarının verilməsidir ki, hər gün bir dəstənin məsuliyyətə cəlb olunması barədə məlumatlar yayılır. Həmçinin Qida Təhlükəsizliyi Ağentliyi iaşə müəssisələrində sanitariya norma və tələblərinin pozulması barədə hər gün onlarla, hətta yüzlərlə obyektin adını çəkir, məlumatlar yayır. Saxta pasportlar məlum olduğu kimi poliklinikalarda verilir. Bəs gigiyena qaydalarının pozulduğu iaşə müəssələrinə sertifikatları kim verir? İaşə obyektinin, avadanlıqların sanitariya norma və tələblərinə cavab verməsini, işçilərin tibbi-profilaktik müayinədən keçməsi və xüsusi kartlarla təmin olunmasını Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Publik Hüquqi Şəxsi həyata keçirir.

Qida Təhlükəsizliyi Ağentliyinin restoran və kafelərdə sanitariya qaydalarına əməl olunmaması barədə açıqlamaları Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən sanitar-epidemioloji ekspertizanın nəticələri əsasında məhsulların təhlükəsizlik tələblərinə uyğunluğu barədə verilən sənədin, gigienik sertifikatların da saxta olduğunu deməyə əsas verir.

Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.2020-ci il tarixli “Xüsusi karantin rejimində təhsilin təşkili barədə” müvafiq qərarına əsasən özəl təlim-tərbiyə müəssisələrinin fəaliyyəti yalnız əyani formada Nazirlər Kabinetinin 10.09.2020-ci il tarixli 332 nömrəli qırarına əsasən “Xüsusi Karantin rejimi dövründə təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarına” riayət olunmaqla, Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi gigiyenik rəyi əsasında bərpa oluna bilər. Göründüyü kimi pandemiya dövründə belə Nazirlər Kabeneti sözügedən quruma xüsusi səlahiyyət də verib. İndi kim zəmanət verə bilər ki, qurum özəl təlim-tərbiyə müəssisələrinə rüşvət müqabilində saxta rəy vermir?

Göründüyü kimi bu qurum karantin rejimində belə sui-istifadə hallaına yol verməkdə davam edir. Belə ki, Bakı şəhərində sanitar-epidemioloji vəziyyəti yoxlamaq adı altında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları demək olar ki, hər gün kiçik müəssisələrdə və iaşə obyektlərində yoxlamalar aparır, reydlər keçirirlər. Aparılan yoxlamalardan isə hamı tər-təmiz çıxır. Əlbəttə əvvəlcədən müəyyən edilmiş miqdarda rüşvətin müqabilində. Göründüyü kimi, karantin rejimində təkcə saxta COVİD 19 pasportları saxtalaşdırılmır, həm də gigienik sertifikatlar da saxtalaşdırılır.

Aktualinfo.org-un apardığı araşdırmalarda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Publik Hüquqi Şəxsin yol verdiyi saxtakarlıqların təkcə bununla məhdudlaşmadığı məlum oldu. Belə ki, qurum keçirmiş olduğu tender və kotirovka sorğularında da saxtakarlıq hallarına yol verib. Onlar isə aşağıdakılardır.

Maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə proqram təminatının (SERP) modullarına illik texniki xidmət üzrə keçirilən açıq tender üzrə “SİNAM” MMC qalib gəlmiş və onunla 05 İYUL .2021-ci satinalma müqaviləsi baglanmışdır.

“Sürtkü materiallarının alinması” maddəsi üzrə keçirilən katirovka üzrə “FƏRZƏLİYEV SABİR TƏVƏL oğlu” MMC qalib gəlmiş və onunla 08.06.2021-ci satinalma müqaviləsi baglanmışdır.

Mətbəə məhsullarının çap olunması üçün katirovka keçirilmiş və “LİNKİN PRO” MMC ilə 17 iyun 2021-ci il tarixdə müqavilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LİNKİN PRO” MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.01.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, SEYİD ƏZİM ŞİRVANİ, ev 14, m. 150, qanuni təmsilçisi kimi isə Yadigarova Sona Ağaverdi qızı qeyd olunub.

Reyestr məlumatlarından da göründüyü kimi MMC yanvar ayında dövlət qeydiyyatına alınsada iyun ayında satınalmalarda iştirak edib. Bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən saxtakarlıq hesab edilir və mövcud qanunvericiliklə yolverilməzdir.

Qeyd edək ki, 28.01.2021-ci il tarixdə NİZAMİ RAYONU, YAVƏR SƏFƏROV ev.28 m.28. ünvanında dövlət qeydiyyatına alınmış “BRAMED GROUP” və NİZAMİ RAYONU, E.İSAKZADƏ ev.63 m.97. ünvanında dövlət qeydiyyatına alınmış “RAVEN AC” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin də qanuni təmsilçisi Yadigarova Sona Ağaverdi qızıdır.

Tibbi tullantılarin daşınması və idarə olunması həyata keçirtmək üçün katirovka keçirilmiş və “Kaspian Logistik Qrup” MMC ilə 04 iyun 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Qeyd edək ki, bu MMC-nin VÖEN-i belə yanlışdır.

Proqram məhsulunun hazırlanması, quraşdırılması ilə əlaqədar “PRONET” MMC ilə 29 iyun 2021-ci il tarixdə muqavilə bağlamışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PRONET” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.12.2003-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, YENİ YASAMAL 2, ev 8, qanuni təmsilçisi kimi isə Əliyev Nazim İbrahim oğlu qeyd olunub.

Qeyd edək ki, Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Publik Hüquqi Şəxsin Tender Komissiyası iyun ayında satınalma müqaviləsi bağladığı halda 09.07.2021-ci il tarixdə müqavilələrin bağlanması haqqında bildiriş verməklə kifayətlənmiş, ayrılan vəsaitlər barədə məlumatları gizlətməklə ciddi saxtakarlıq hallarına yol vermişdir. Yuxarıda qeyd etdiyimiz bildirişlərdən də görsəndiyi kimi Mərkəz tərəfindən keçirilmiş açıq tenderlərdə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin aşagıdakı tələbləri kobud şəkildə pozulmuşdur.

10.1. Satınalan təşkilat satınalma prosedurları haqqında aşağıdakı məlumatların göstərildiyi hesabatı tərtib edir:

10.1.1. satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri;

10.1.2. tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti;

Amma Gigiyena və Epidemiologiya Mərkəzi Publik Hüquqi Şəxsinin Tender Komissiyasının keçirmiş olduğu heç bir tender elanında alınan malların və gösrtərilən xidmətlərin qiymətini göstərilməmişdir ki, bu da işlərin görülməsi zamanı vəsaitlərin təyinatından kənarlaşdırılmasına şübhələr yaradır. Bundan fərqli olaraq Mərkəz tərəfindən 2020-ci ildə bir neçə tender proseduru həyata keçirilmişdir ki, onları olduğu kimi təqdim edirik.

Avtomobil sürtkü materialları üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 51 887.55 manat dəyərində satınalma müqaviləsi 12.12. 2020-ci il tarixdə “TEXİNVEST” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Avtomobil üçün ehtiyyat hissələri üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 140 515.58 manat dəyərində satınalma müqaviləsi 16.10. 2020-ci il tarixdə “TEXİNVEST” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TEXİNVEST” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.11.2015-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYN SEYİDZADƏ , ev 26A, m. 47. qanuni təmsilçisi kimi isə Məmmədov Babək Fəxrəddin oğlu qeyd olunub.

Dəftərxana və təsərrüfat xərcləri üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 150 347.85 manat dəyərində satınalma müqaviləsi 11.10. 2020-ci il tarixdə “OFISCE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OFISCE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.01.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, MAŞTAĞA ŞTQ, NİZAMİ (MAŞTAĞA QƏS.), ev 2, m. 5, qanuni təmsilçisi kimi isə Dadaşov Kamil Səid oğlu qeyd olunub.

Qeyd edək ki,bu MMC-lər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur. Bu MMC-lərin bir qismi başqa dövlət orqanlarının da elan etdiyi tenderlərin iştirakçıları olsa da, bir çoxu da yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Publik Hüquqi Şəxsin sifarişlərinin qalibi olublar ki. bu da bir nəfər, mərkəzin baş direktoru tərəfindən idarə olunduğunu deməyə əsas verir. Barəsində heç bir məlumat olmayan,cəmi 10 manat nizamnamə kapitalı olan MMC-lərlə qiymətləri açıqlanmayan tenderlərin keçirilməsinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə yol verib? Bu saxtakarlıqların qarşısını bir aidiyyatı qurum olaraq nə üçün vaxtında almayıb?

İqtisadiyyat Nazirliyinin adıçəkilən qurumunun burada nə kimi rolu olub bəlli deyil. Amma Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənovanın rolu mütləq var. Bunu deməyə xanım direktorun barəsində elektron kütləvi informasıya vasitələrində yazılanlar əsas verir. İstər Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışarkən, istərsə də Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin rəisi olarkən yol verdiyi özbaşınalıqlardan, üzvü olduğu qruplaşmalardan kifayət qədər yazılıb. Bütün bunlardan ortaya çıxan odur ki, Sara Həsənovanın fəaliyyəti dövründə Azərbaycanın qanunlarına zərrə qədər də olsa riayət etmək kimi niyyəti olmayıb. Onu daim sirrli qüvvələr və daha kimlərsə müdafiə edib. Deyilənlərə görə ən sonuncu sabiq Səhiyyə naziri Oqtay Şirəliyev olub. İndi keçmiş nazirin səlahiyyətlərini icra edən Teymur Musayevin xanım direktorla nə vaxta qədər işləyəcəyini zaman göstərəcək. Zaman həm də onu göstərir ki, Sara Həsənova ölkə qanunlarını saymadan özbaşına əməllərini, saxtakarlıqlarını əvvəllər olduğu kimi, indi də davam etdirir.

Aktualinfo.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru