Zaqatalada acınacaqlı mənzərə... - GİLEY
Tarix: 14-07-2020, 11:24 | Çap et
“Su həyat mənbəyidir” deyirlər. Amma Zaqatala sakinləri ilin-günün bu vaxtında həyatımızın mənbəyi olan suya möhtac qalıblar. Zaqatala əhalisinin sosial şəbəkələrdə qaldırdığı bu problemi biz də işıqlandırmaq qərarına gəldik. Sputnik Azərbaycan-ın “Zaqatalanın hansı hissələrində su problemi yaşanır?” sualına yerli sakinlərdən Bəxtiyar Məmmədovun cavabı belə oldu: “Sualı düzgün qoyun, siz soruşun ki, “su problemi Zaqatalanın harasında yoxdur?” Rayonun özündən və ətraf kəndlərdən tutmuş ən ucqarlara qədər susuzluqdan əziyyət çəkirlər. Bir neçə il əvvəl rayonun su-kanalizasiya xətləri yenilənəndə yerli şəraiti bilən insanların təklif və iradlarını eşitmədi aidiyyəti orqanlar. Su xətlərinin Tala çayından çəkilməsi böyük səhv idi. Katex çayından çəkmək ən düzgün variant idi”.
Gülay Rəşidova deyir ki, neçə dəfə şikayət etmələrinə rəğmən, problem yerində sayır: “Mən İstiqlaliyyət küçəsində yaşayıram. Neçə gündür, su üzünə həsrətik. Çox yox, gündə 1 saat su versələr, olmazmı? Xəstəliklərdən danışırlar, insanlara evdən çıxmağa icazə vermirlər. Çölə çıxanı da cərimə edirlər. Su da vermirlər. Bu xəstəliklər də susuzluqdan əmələ gəlir. İnsanlar koronavirusdan yox, susuzluqdan öləcəklər. Yuxarı postda əyləşənlər kondisionerin altında oturub, rahat sularından içirlər. Bəs bu camaatı susuz qoymağa utanmırlar? Daha bu ölkədə niyə yaşayaq? Allah onları da suya möhtac etsin! "Qaynar xətt"ə zəng edirik, “baxırıq” deyib aldadırlar".
Günəş Tahirli bildirir ki, rayonun su idarəsinə zəng etsələr də zənglərinə cavab belə verilmir: “Yuxarı Tala, Məcid Balayev küçəsində yaşayırıq. Bu gün artıq 1 həftə oldu, 1 həftədir ki, bizdə su yoxdur. “Azərsu”nun "qaynar xətti"nə dəfələrlə zəng eləmişəm. “Qeydə aldıq” deyiblər, vəssalam. Zaqatala Su İdarəsindəkilər isə heç zəhmət çəkib telefonlarımıza cavab vermirlər. Şəhərdə bəzi yerlərdə var su. Ən azından qrafiklə küçələrə su versələr, hərə öz işini bilər. Hazırkı vəziyyətdə çörək almağa zorla pul çatdırırıq, suyu nə ilə alaq? Xüsusilə də yay fəslidir, hər gün hamamlanmaq, paltar dəyişmək lazımdır”.
İnqilab Səmədov rayonun Lahıc kəndindəndir. O, suvarma problemindən danışır:
“Lahıc kəndində sahələrin suvarılması üçün lazım olan su yoxdur. Yuxarı kəndlərdən kəsib veriblər, bizim sahələr isə susuzluqdan yanır. Heç olmasa, ayın 1 həftəsini aşağı kəndlərə su buraxmaq olmaz? Sonra da rayon camaatını qınayırlar ki, əkib-becərmirlər. Yazıq kəndli neyləsin? Əkmişəm, su yoxdur suvarmağa, əkdiklərim necə bar versin?” Səbuhi Abdullayev də şikayətçilər sırasındadır: “Muxax kəndinin mərkəzi küçəsində başdan ayağa qədər günlərlə su gəlmir, gələndə də 2-3 saatlıq gəlir. Suyun təzyiqi çox aşağı oldundan heç cür istifadə edə bilmirik. Vəziyyət acınacaqlıdır. Yayın istisində susuz necə yaşamaq olar, xüsusən də bu dövrdə - koronavirusun getdikcə artığı dövrdə?”
Günel Məmmədova hesab edir ki, koronavirusun getdikcə artmasının başlıca səbəbi susuzluqdur: “Televiziyalar bar-bar bağırır ki, əllərimizi tez-tez sabunla yuyaq. 2 gündən bir su gəlir. O da çox az. Aidiyyatı qurumlar niyə bunu düşünmür? Pandemiya dövrüdür, insanlara evdən çıxmağa icazə vermirsiz. Su da vermirsiz. İnsanlar üçün bundan ağır cəza yoxdur”.
Rəqsanə Süleymanova deyir ki, su o qədər az gəlir ki, ondan istifadə etmək qeyri-mümkündür: “Muğanlı kəndində içməli su o qədər az gəlir ki, insanın əsəbləri pozulur. Yay vaxtı isə bu, dözülməz olur. 2-3 ildir ki, vəziyyət belədir. Əvvəllər belə deyildi, əvvəllər sularımız gur gəlirdi. Artıq o gur suları biz ancaq yuxuda görə bilərik”.
Esmira Əliyevanın da ailəsi su üzünə həsrət qalıb: “Zaqatalanın Qazangül qəsəbəsi, “Şərq” massivində 4 gündür su yoxdur. Evdə 2 körpə, işə gedən adamlar var. Zəng etmişik, deyirlər, təmir var. Bu vaxtı təmir olar? Təmirləri də ki bitmək bilmir”.
Sahib Bağırov kiçik sahibkardır. Susuzluq onun işinə əngəl törədib:
“Əvvəllər artezianlar işləyərdi biz tərəfdə, su problemi olmazdı. İndi artezianları ancaq su maşınlarına görə işlədirlər, onlar da suyu hələ ki tonu 6 manata bizə satırlar. Su idarəsi göz bağlamaq üçün maşınla vedrə-vedrə əhaliyə su paylamaq əvəzinə, artezianları əhalinin istifadəsinə verməlidir. Yoxsa bu pandemiya dövründə COVID-19-un yayılması bir az da arta bilər”. “Bizim həm yaşayışımız, həm çörəkbişirmə seximiz Çingiz Mustafayev küçəsindədir. Bu gün su idarəsinin bir əməkdaşıyla əlaqə saxladım. Dedi ki, ümumiyətlə, xətlərə su verilməyəcək, əhaliyə maşınla vedrə-vedrə su paylanacaq. Sual verdim ki, “evdə vedrəylə su daşıyıb keçinmək olar, bəs sexdə nə edəcəyik? Axı sexdə axar su olmadığı təqdirdə istehsalla məşgul olmaq qadagandır”. Dedi, “mən bilmərəm”. Su İdarəsinin nə rəisi, nə də mühəndisi ilə əlaqə saxlamaq mümkündür. Kim bizə cavab verəcək, mən də bilmirəm”,- deyə əlavə edir.
Rayon sakini Murtuzəli Atayev də şikayət edənlər sırasındadır: “Niyə rayonumuzun deputatı Elşən Musayev Milli Məclisdə su məsələsini qaldırmır? Hələ ki E.Musayev heç bir dövlət təşkilatı və eləcə də Milli Məclis qarşısında bu məsələni qaldırmayıb. Muxağın suyu 100 deputat da olsa, 300 m boru yox, 3000 m boru da qoşsalar, heç vaxt düzələn deyil. Müasir tipli sutəmizləyici qurğularda su təmizlənib, içməli hala salındıqdan sonra su anbarlarına verilməlidir. Muxağın daxili su xətləri də bugünki tələbatın heç 50%-ni belə ödəmir. Daxili xətlər tam təzələnməli, yeni bir sistem qurulmalıdır. Deputatın çıxışından sonra Muxax içməli su anbarının üstündə inəklər oynayır. Bugünkü Muxax suyunun mühafizə olunmaması səbəbindən, adi bir təxribatla kəndin 50%-ni məhv etmək olar. İnanın ki, Zaqatalada yaşamış ermənilər bizim dağlarımızı və çaylarımızı bizdən yaxşı tanıyırlar. Hər an təxribatla və susuzluqla üz-üzəyik”.
Yegane Balayeva deyir ki, onlara su yalnız gecə saatlarında verilir: “Heydər Eliyev prospektində yaşayıram. Şəhərin mərkəzində belə biabırçılıq olar? Fikirləşmirlər ki, çoxunun su çəni, hovuzu yoxdur. Heç olmasa, saatla verin də. Gecə 12-də su verirlər, səhər 7-də kəsirlər. Gərək bütün gecəni yuxusuz qalıb, işimizi görək. Əks halda susuz qalırıq sutka ərzində”.
Rayon sakini Şəhla Əhmədova isə barəsində danışdığımız problemin yeni olmadığını, illərdir bu problemdən əziyyət çəkdiklərini deyir: “Danışmaqla, yazmaqla nəsə düzəlir ki? Bu problem hər il baş verir. Hər il qızmar yay günlərində camaat susuz qalır. Su pulu yığmağa gələndə qanımızı içirlər. Allahdan qorxmazlar, birdəfəlik təmir edib başa çatdırın, biz də insan kimi yaşayaq”.
Abdurahman Abdurahmanov da digər həmyerliləri kimi dəfələrlə aidiyyatı orqanlara müraciət edib. Lakin: “Sərxan Bayramov küçəsində yaşayıram. Şəhər İcra Hakimiyyətinə dəfələrlə zəng etmişəm. “Azərsu”ya da həmçinin. Hələ də xəbər yoxdur. Hər dəfə şikayətimizi çatdıranda bizi “yola verirlər”. Arqument də gətirirlər ki, təmir gedir. Başa düşmürəm, hər il təmir olar? Bitmədi bu təmir?”
Nikita Əliyeva deyir ki, susuzluq artıq onların əsəblərini tarıma çəkib:
“Maska taxmadığına görə insanları cərimə edənlər, niyə bizi susuz qoyanları cərimələmirsiz? Niyə İcra Hakimiyyəti, “Azərsu” bunu düşünmür? Onlara kim icazə verib ki, rayonda monopoliya yaratsınlar? Axı niyə bu qurumlar pandemiya dövründə, insanların əsəblərinin gərgin bir dövründə bizi susuz qoymalıdır? Hansı haqla? Allah eləməsin, ölən olsa, yanğın olsa, bir qram su yoxdur".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
|