Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                 

“Aqrar Tədarük və Təchizat” ASC necə qaz vurub qazan doldurur? - KTN-də ciddi korrupsiya şübhəsi
Tarix: 31-08-2019, 12:07 | Çap et
“Aqrar Tədarük və Təchizat” ASC necə qaz vurub qazan doldurur?
Bu ilin aprel ayına qədər Azərbaycanın dövlət qurumlarını ərzaq malları ilə təchiz edən idarənin adı “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti idi. Qurum 2016-ci ilin 11 aprel tarixində Prezident İlham Əliyevin imzaladığı 1944 saylı Sərəncamla yaradılmışdı.

Amma bu idarənin ömrü uzun sürmədi. Yaradılışından tam 3 il sonra ləğv edilərək yerinə “Aqrar Tədarük və Təchizat” ASC şirkəti təsis olundu. Biri digərini əvəz edən bu iki dövlət qurumunun adlarına nəzər salsaq, görərik ki, dəyişilən sadəcə bir söz idi - “Ərzaq” “Aqrar”la əvəz olunmuşdu. Bu iki ad arasında önəmli fərq olmadığından istər-istəməz sual doğurdu: Əcəba, Prezident niyə bir-birinin az qala sinonimi olan addan ötrü Sərəncam imzalayıb?

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, adı dəyişdirilən “Ərzaq Tədarük və Təchizat” ASC Prezidentin ümidi doğrultmadığına görə ləğv olunub. Belə ki, həmin qurum dövlət orqanları yerli məhsullarla təmin etmək üçün yaradılmışdı. Məqsəd həm də yerli kənd təsərrüfatı müəssisələri üçün daxili bazar yaratmaq, dolayısıyla ölkədən xaricə axan kapitalın qarşısını almaqdı.

Ölkə rəhbərinin bu xoş niyyətlə yaratdığı Səhmdar Cəmiyyəti isə bütün səylərinə baxmayaraq, bu vəzifənin öhdəsindən gələ bilmədi. Amma bunun günahını yalnız şirkət rəhbərliyinin bacarıqsızlığı ilə bağlamaq da ədalətsizlik olardı. Media orqanlarında gedən məlumatlara görə, Səhmdar Cəmiyyətin rəhbərliyi əslində əlindən gələni etməyə çalışır, rayonları bir-bir gəzərək fermerləri istehsalı artırmağa və məhsullarını dövlət orqanlarına satmağa təşviq edirmiş. Məsələn, qurum rəhbərliyinin 2017-ci ilin fevral ayında Şəmkir-Qazax Regional Bölməsi üzrə (Ağstafa, Qazax, Gədəbəy, Tovuz, Şəmkir) Tovuz şəhərində dövlət satınalan təşkilatları, istehsalçılar və icra nümayəndələrinin iştirakı ilə regional müşavirə keçirdiyi o dövrün mətbuat səhifələrində öz əksini tapıb. Həmin görüşdə ASC İH sədr müavini Elşən Əsədov Gəncə bölgəsində yaşayan fermerləri iqtisadi aktivliyə çağıraraq deyib: “Gəncə ətrafı rayonların fermerlərinin bütün məhsullarının alınmasına dövlət zəmanəti veririk. Bu bölgədə əsas prioritetimiz, idxalı əvəzləyən məhsulların – kartof, mərci, noxud, qarabaşaq və digər məhsulların intensiv əkininin genişləndirilməsidir. Bölgənin aktiv fermerlərini Cəmiyyətlə əməkdaşlığa, arxasında dövlət zəmanəti dayanan müqavilələrin imzalanmasına dəvət edirik”.

Di gəl ki, Səhmdar Cəmiyyət fermerlərə verdiyi bu sözü tuta bilməyib. Ərzaq satınalmalarında iştirak edən bir çox nazirliklər xarici tədarükçülərdən aldıqları “otkat” xətrinə Prezidentin tapşırıqları və Sərəncamını görməzlikdən gəliblər. Nəticədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin sözünə arxayın olub istehsalatı artıran fermerlər böyük zərərlə qarşılaşıblar.

Cəmiyyətin yerli ərzaq məhsullarını əhaliyə satmaq təşəbbüsləri də baş tutmayıb. Bu barədə dövri mətbuatda deyilir: “ASC-nin "Gəzər bazar" proyekti, qeyd olunan loqo altında səyyar satışa yük avtomobilləri vasitəsilə fermerlərdən tədarük olunmuş məhsulları yarmarkalara çıxararaq istehlakçılara satmağı planlamışdı. İlkin mərhələ olaraq cari ilin iyul ayının 30-da 6 ədəd yük maşını ilə 30 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulu Bakı və Sumqayıt şəhərlərində, 5 satış nöqtəsində alıcılara təklif olundu. Ancaq təklif olunan məhsulların marketlər və bazarlardakı qiymətlərlə ciddi formada fərqlənməməsi, bəzi məhsulların isə bazarlardakına nisbətən keyfiyyətsiz olması alıcıları narazı saldı."Gəzər bazar"da eyniadlı məhsulun təklif olunan qiyməti ilə təsərrüfat bazarlarında olan qiymət arasında ən yaxşı halda təxminən 20 faiz fərq var idi ki, bu da alıcıları qane etmirdi”.

Sözsüz ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti də süddən çıxmış ağ qaşıq deyildi. İddialara görə, cəmiyyətin bağladığı müqavilələrdə və keçirdiyi tenderlərdə şəffaflıq tam təmin olunmur, xüsusulə politen paketlərin alınması üçün keçirilən tenderlərdə müəyyən şübhələr vardı.

Bütün bu şikayətlərdən boğaza yığılan ölkə başçısı sonunda həmin qurumun ləğv edilməsi və yerinə yaradılan varisini Kənd Təsərrüfatı Nazirliyinə tapşırmağa qərar verdi. Prezidentin bu qərarında nazir İnam Kərimova bəslədiyi inamın da xüsusi rolu vardı.

Kənd Təsərrüfatı naziri isə Sərəncamdan cəmi 3 ay sonra adı dəyişdirilərək nazirliyin tabeçiliyinə keçirilən qurumun rəhbər heyətini formalaşdırdı. İdarə Heyətinin rəhbəri isə “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova təyin olundu. Hansı ki, Leyla xanım cəmi bir il əvvəl “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-yə rəhbərlik edirdi. Bir il sonra isə o, həm də “Aqrar Tədarük və Təchizat” ASC-nin sədri vəzifəsini daşıyacaqdı. Yəni özü satıb, özü alacaqdı.

Yəqin siz də razılaşarsınız ki, ilk baxışdan eyni məhsulun həm ticarətinin, həm də satışının eyni əldə cəmləşməsi korrupsiyaya münbit zəmin hazırlanması barədə təəssürat yaradır. Nə yazıq ki, regionlardan gələn bəzi iddialar da bu təəssüratı gücləndirir. Belə iddialardan biri də uşaq bağçalarına verilən ərzaq məhsullarının qiyməti və keyfiyyəti ilə bağlıdır. İmişlinin Mərzəli kənd bağçasının müdirəsi Mariya Lauşovanın “Azadlıq” radiosuna verdiyi açıqlamada “Aqrar Tədarük və Təchizat ASC-nın onlara ərzaq məhsullarını bazar qiyməti ilə müqayisədə ən azı 7 dəfə baha satdığı qeyd olunur. Üstəlik, uşaqlarımıza yedirilən ərzaq məhsullarının keyfiyyəti də qənaətbəxş deyil. Təqdim etdiyimiz videonun 5.30-cu dəqiqəsindən sonrasına diqqət yetirsəniz, fikrimizlə siz də razılaşarsınız.

Sual oluna bilər: KTN-nin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC neçə bağça və müəssisəni ərzaqla təmin edir?

Nə yazıq ki, bu barədə dəqiq informasiya əldə edə bilmədik. Amma “Aqrar Tədarük və Təchizat” ASC-nin adı dəyişdirilərək ləğv edilən sələfinin 2017-ci ildə verdiyi açıqlamaya görə, təkcə Şəmkir-Qazax Regional Bölməsi üzrə 158 körpələr evi-uşaq bağçası, 6 mərkəzi xəstəxana, 95 icra nümayəndəlikləri var və onlar məhz bu qurum tərəfindən ərzaq məhsulları ilə təchiz edilirdi. Nəzərə alsaq ki, Azərbaycanın 10 belə regional bölgəsi mövcuddur və hər birində aşağı-yuxarı eyni sayda bağça, mərkəzi xəstəxana və icra nümayəndəlikləri fəaliyyət göstərir, o zaman bazar qiymətindən 7 dəfə baha satılan ərzaq malları ilə KTN-nin qaz vurub qazan doldurduğunu anlamaq çətin deyil. Üstəlik, “Aqrar Tədarük və Təchizat” ASC həm də ordunu, DİN-ni və digər dövlət qurumlarını da ərzaqla təchiz etdiyini hesaba qatsaq, dəhşətli bir korrupsiya şübhəsi ortaya çıxır.
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru