Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                 

"”Azəriqaz"da toplaşmış dələduzlar..." - QHT sədrindən SƏRT MÖVQE
Tarix: 9-08-2019, 12:49 | Çap et
"”Azəriqaz"da toplaşmış dələduzlar..."
Son vaxtlar qaz təchizatında fasilələrin sayı çoxalıb. Sosial şəbəkələrdəki müzakirələrdən aydın olur ki, müxtəlif yaşayış məntəqələrində qaz təchizatı demək olar ki, hər həftə bir günlüyə dayandırılır. Bu, səhər saat 9.00 radələrindən axşam saat 18.00-dək davan edir. Təchizat bərpa olunanda isə ilk 15-20 dəqiqə ərzində borulardan təbii qaz deyil, adi hava gəlir. Və qazdan dəfələrlə yüksək təzyiqlə gələn hava sayğacların daha sürətli işləməsinə və istehlakın artmasına səbəb olur.

Onu da qeyd edək ki, vətəndaşların qaz təchizatındakı kəsintilərin say çoxluğu və boruya hava vurulması ilə bağlı narazılıqları illərdir davam edir.

Niyə Azərbaycanın qaz təsərrüfatında təmir-bərpa işləri bu qədər çox həyata keçirilir? Onların sayını azaltmaq, bu işlər görülərkən qaz təchizatını alternativ xətdən təmin etmək mümkündürmü? Nəhayət, kəsintidən sonra borulara vurulan havanın miqdarını azaltmaq, yaxud əhaliyə dəyən zərəri qarşılamaq olarmı?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyir ki, payız-qış mövsümü ərəfəsində qaz təchizatı şəbəkəsində təmir-sazlama işlərinin aparılması zəruridir: “Əks halda, biz payız-qış mövsümündə əhaliyə keyfiyyətli xidmət təqdim edə bilmərik. Digər tərəfdən, bir çox hallarda təmir-bərpa işləri ”Azəriqaz"ın balansında olmayan magistral xətlərdə aparılır. Məsələn, bugünkü (dünənki -red.) təmir qaz ixrac idarəsinin balansında olan magistral kəmərdə aparılır".

Ceyhun Səfərov: “Payız-qış mövsümünə hazırlaşırıq”
Təmirin uzunmüddətli olmasını isə C.Səfərov işin xüsusiyyəti ilə izah edir: “Yerüstü kəmərlərdə işi qısa müddətə başa çatdırmaq mümkündür. Amma yeraltı kəmərlərdə bu, mümkün deyil, işin həcmi imkan vermir”.

Təmirdən sonra borulara hava vurulmasına gəlincə, xidmət rəhbəri bu prosesin də mövcud normativlər çərçivəsində həyata keçirildiyini bildirdi.

Uzun illər Bakının qaz təsərrüfatında rəhbər vəzifələr tutmuş mütəxəssis Nüsrət Qasımov isə hesab edir ki, on min kilometrlərlə uzunluqda olan qaz təchizatı sistemində təmirin tez-tez aparılması normal haldır: “Bunların hamısı yerüstü və yeraltı kəmərlərdir. Bakının torpağı aşındırıcı xüsusiyyətə malikdir, borular tez korroziyaya uğrayır. Eyni zamanda borular korroziyanı sürətləndirən su, elektrik xətləri ilə eyni ərazidən keçir. Bütün bunlar borularda korroziya nəticəsində sızmalara səbəb olur. Bu isə qazın kanalizasiya, kabel quyuları vasitəsilə gedib evlərin altına yığılması və böyük faciələrə səbəb ola bilər. Digər tərəfdən, Bakıda çoxsaylı böyük binalar tikilir. Bir binanın qaz təchizatı şəbəkəsinə qoşulması böyük vaxt tələb edir. Eyni zamanda bəzən bir binanı qoşmaq üçün bütöv bir qəsəbəyə gedən kəmərdə təchizatı dayandırmaq lazım gəlir”.

Nüsrət Qasımov: “Təmir işləri zəruridir”
N.Qasımov deyir ki, təmirdən sonra boruya hava vurulması mütləqdir: “Borular təmirdən sonra 2-3 dəfə artıq təzyiqli hava ilə yoxlanmalıdır. Təzyiqə davamlılığı, həm də sızmanın olub-olmadığı yoxlanır. Bunsuz mümkün deyil. Bu hava sayğacda elə də böyük pul yazmır. Uzağı, 0,57 kubmetr yazır ki, bu da 5-6 qəpik edir. Camaat buna danışır, amma 2200 kubmetrdən sonra 20 qəpik hesablanmasından danışmır. Həyət evlərində yaşayanlar üçün 2200 kubmetr cəmi 2 aylıq qaz deməkdir”.

Mütəxəssisin sözlərinə görə, qaz təchizatı şəbəkəsi elə qurulub ki, təmir gedən əraziləri alternativ xəttlə təchiz etmək mümkün deyil.

Mirvari Qəhrəmanlı: “Təmir adıyla itkiləri əhalinin canından çıxardırlar”
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Mirvari Qəhrəmanlının “Yeni Müsavat”a dediyinə görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən son illərdə qaz itkilərinin ört-basdır edilməsi üçün təmir-bərpa işləri bəhanə olunaraq, hər gün müxtəlif ərazilərdə qaz təchizatında fasilələrə yol verilir: “Elə bir gün olmur ki, hansısa rayonda, ərazidə qaz kəsilməsin. İnsanlar aktiv olub, təmirin, bərpanın harada olduğunu şəxsən müşahidə etmək istəsələr, görəcəklər ki, əslində heç yerdə təmir-filan getmir. Mən 5 ildir Şərqi Avropaya gedib-gəlirəm, həftələrlə orada qalıram. Çexiyada indiyədək bir dəfə də olsun təmir adıyla 10-12 saat qaz kəsildiyini görməmişəm. Qazı kəsəndə də hər bir binaya ayrıca xəbərdarlıq vurulur və bu kəsinti 2-3 saatdan artıq çəkmir”.

M.Qəhrəmanlı bildirir ki, həqiqətən də sızmanı yoxlamaq üçün qaz borusuna əvvəlcə hava vurulmalıdır: “Amma təmir olubmu? Kim gedib yerində təmir gedən əraziyə baxıb? Biz özümüz də Bakıda yaşayırıq da, öz ərazimizdə qaz borularında təmir aparıldığını ildə neçə dəfə görürük? Mən UPD-də yaşayıram, neçə illərdir öz ərazimizdə qaz işçilərinin hansısa təmir apardığını görməmişəm. Su işçilərini, elektrik işçilərini görmüşəm, amma ”Azəriqaz" işçilərini yox. Digər tərəfdən, bu nə təmirdir ki, istisnasız olaraq 10-12 saat çəkir? Bunun yüngülü, ağırı olmur - elə mütləq bütöv gün ərzində davam edir?

Digər tərəfdən, sızmanı yoxlamaq üçün hava niyə yarım saat müddətində vurulur? Sızmanın olub-olmadığını 5-10 dəqiqəyə müəyyənləşdirmək mümkündür axı? Daha bir məsələ, niyə havanı qazı vurduqları təzyiqlə deyil, onqat artıq təzyiqlə vururlar? Çünki sayğacların sürətlə fırlanaraq əlavə sərfiyyat yazması lazımdır bunlara".

Cəmiyyət sədri xatırladır ki, bir vaxtlar “Azəriqaz” rəsmiləri qəbul olunmuş normaları pozaraq, sayğaca müdaxiləyə görə 6 aylıq sərfiyyat həcmində cərimə yazırdılar: “Prezident bunları cəzalandırandan sonra dayandırdılar. İndi də təmir-bərpa adıyla istixanalara, iri obyektlərə verdikləri artıq qazı əhalinin ayağına yazmaqla məşğuldular. Mən bu çetenin arxasında dayananları da tanıyıram, durmayacaqlar. Bu məsələyə də prezident müdaxilə edib, qulaqlarını burmasa, camaatın cibinə girməyə davam edəcəklər”.

M.Qəhrəmanlı hesab edir ki, qaz təchizatı sistemindəki problemləri aradan qaldırmaq üçün istehsalçı ilə paylayıcının ayrılması gərəkir: “Avropada qazpaylayıcı şəbəkə bir neçə şirkətin əlindədir, bu isə sağlam rəqabət yaradır. Sağlam rəqabətin olduğu yerdə isə keyfiyyətli xidmət mütləq olur. Bizdə də paylayıcı şəbəkə bir neçə ələ verilməlidir ki, rəqabət və keyfiyyətli xidmət olsun. Əks halda, ”Azəriqaz"da toplaşmış dələduzlar əhalini hökumətə qarşı qaldırmağa davam edəcəklər. Onlar olan yerdə bu ölkədə başqa müxalifətə ehtiyac yoxdur - özləri necə lazımdır narazı salırlar vətəndaşları dövlətdən".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru