Dərman biznesi onun inhisarındadır... - İTTİHAM VAR
Tarix: 23-05-2017, 10:34 | Çap et
Bu gün elə ailə yoxdur ki, hansısa dərman peraparatlarından istifadə etməsin. Və əksər hallarda son söz bu olur: ”Dərman təsir etmir. İrandan, Türkiyədən dərman gətizdirdik”. Yəqin ki, maraqlıdır, nədən Azərbaycanda belə durum yaranıb və bunun kökündə nələr və kimlər dayanır. Apardığımız bir neçə günlük araşdırmanı nəzərinizə çatdırırıq. Ölkədə nə qədər aptek var? Araşdırmaya ilk olaraq bu suala cavab tapmaqla başladıq. Apteklər üçün hansı qaydalar mövcuddur?. İlk qayda apteklərin lisenziyaya sahib olmalarıdır. Amma son bir neçə il ərzində bu sahədə sözün həqiqi mənasında bir yiyəsizlik yaranıb. Çünki bu gün Bakıda və bölgələrdə fəaliyyət göstərən apteklərin 80 faizi lisenziyasız fəaliyyət göstərir. Sadəcə olaraq bu elə bir şəkildə həyata keçirilir ki, diqqəti cəlb etmir. "Gündəm Xəbər”in apardığı araşdırma nəticəsində aydın oldu ki, bu gün Azərbaycanda iki əsas şirkət aptek sahəsinə nəzarət edir. Bunlardan biri "Avromed”, digəri isə "Zəfəran” dır. "Avromed”in demək olar ki, şəhərin hər yerində aptekləri var və "Avromed”ə tabe olan daha bir neçə şirkət də mövcuddur. Və əsas məsələ də bu şirkətlərdə baş verir. Belə ki, aptek açmaq istəyən və lisenziya ala bilməyən şəxs "Avromed”ə daxil olan şirkətlərlə əlaqə yaratmalı və onların adıyla fəaliyyət göstərməlidir. Bu cür apteklərdən lisenziya tələb etdik də isə bildirilir ki, lisenziyaları "Avromed”dədir. Əslində isə elə bir lisenziya yoxdur və qaydalara əsasən lisenziya aptekin qapısı üzərinə vurulmalıdır ki, müştəri aptekə daxil olan kimi onu görsün. Amma apardığımız araşdırmalar göstərdi ki, əksər apteklərin lisenziyası yoxdur. Millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə yaradılan "Avromed” şirkətində baş verənlərdən bildirilir ki, Cavanşir Feyziyevin heç xəbəri də yoxdur. Çünki bu işi şirkətə daxil olan bir neçə şirkət həyata keçirir. Səhiyyə nazirliyi isə hələ də bu məsələyə göz yumur. Apteklər üçün sadə şərt Bu gün apteklərlə bağlı növbəti ciddi qanunpozuntulıarı apteklərin yerləşdikləri obyektlərlə bağlıdır. Rəsmi qaydaya görə aptek ən azı 38 kvm-lik yerləşməlidir. Amma baxın görək bu gün Bakıda neçə aptek bu qaydaya əməl edir?. Yəqin ki, 80 faiz aptekin bu qaydalara əməl etmədiyi açıq şəkildə görünür. Bu məsələdə də "Avromed”ə daxil olan bir neçə şirkətin "əziyyəti” var. Belə ki, məlum apteklərə himayədarlıq etməklə məsələni yoluna qoya biliblər. Dağıstandan gətirilən dərmanların sirri Dərman fırıldaqları və ya Çin necə Serbiya olur? Bu gün apteklərlə bağlı başqa və daha dəhşətli problem ölkəyə dərmanların gətirilməsi ilə bağlıdır. Apardığımız araşdırmalar göstərir ki, bu gün Bakıda tək-tük apteklərdə keyfiyyətli dərman tapmaq mümkündür. Çünki ölkəyə gətirilən dərmanların əksəriyyəti normaya cavab vermir. Hazırda ölkəyə gətirilən dərmanların çox böyük hissəsi Dağıstanda hazırlanır.Apardığımız araşdırmalar göstərir ki, Dağıstanda fəaliyyət göstərən dərman sexlərinin əksəriyyəti Belorusiyada fəaliyyət göstərən dərman zavodunun lisenziyasını ala biliblər. Amma hazırladıqları dərmanların keyfiyyəti aşağıdır. Bundan başqa azərbaycanlı işbazlar yeni üsul da yaradıblar. Belə ki, daha çox gəlir əldə etmək üçün dərmanların həcmini azaldırlar. Məsələn, hansısa dərmanın çəkisi 10 qram olmalıdır. Amma sifarişçi sifariş verib dərmanın çəkisinin 5 qram olmasını istəyir. Nəticə də dərman ona ucuz başa gəlir. Amma dərmanı qəbul edən xəstə burada itirir. Çünki 10 qramlıq dərmanla 5 qramlıq dərmanın təsirində böyük fərq var. Bu səbəbdən də əhali dərmanı daha çox Türkiyədən, İrandan almağa çalışır.Başqa maraqlı bir fakt isə aptek bazarında qanunsuz dərmanların dövriyyəsidir. Apardığımız araşdırmalar göstərir ki, ölkədə küstar üsullarla hazırlanan dərmanların da sayı çoxdur. Bunun üçün isə tutalım Belorusiyadan 4 ton dərman gətirilirsə, bazarda eyni dərman 10 ton satılır. Bu zaman aydın olur ki, 6 ton dərman Dağıstanda heç bir qaydaya əməl etməyən sexlərdə hazırlanıb və tərkibi bərbad haldadır. Çin necə Serbiya olur? Başqa ciddi məsələlərdən biri də Avropadan gətirilən dərmanlarla bağlıdır. Araşdırma təsdiqləyir ki, ölkəyə dərmanlar daha çox Serbiyadan gətirilir. Daha doğrusu Serbiyada fəaliyyət göstərən şirkətlərin lisenziyası ilə. Əslində isə bu dərmanlar aşağı keyfiyyətlə Çindən gətirilir. Bəs bu necə olur ki, Serbiya şirkətlərinin lisenziyası ilə satışa çıxarılır? Apardığımız araşdırmalar göstərir ki, Çindən olan iş adamları Serbiyada şirkət təsis edir, daha sonra bu şirkətin lisenziyasını alaraq Çində dərman istehsalına başlayırlar. Buna görə də dərmanlar Serbiya şirkətlərinin lisenziyaları ilə fəaliyyət göstərirlər. Halbu ki, Serbiyada bu şirkətlər faktiki olaraq fəaliyyət göstərmirlər. Beləliklə gördüyünüz kimi insanların həyatına böyük təhlükələr var. Bundan çıxış yolu isə hələ ki, görünmür. Araşdırmalarımız davam edir. Yazıda adı çəkilən "Avromed” rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.
(Mənbə:GundemXeber.az)
diaaz.space xatırladır ki, bu gün ölkədə dərman biznesinə nəzarət Səhiyyə Nazirinin müavini Elsevər Ağayevin əlindədir. Deməli, yuxarıdakı faktların, ittihamların nazir müavininə birbaşa aidiyyatı var.
diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|