DÖVLƏTDƏN 2 MİLYARDI KİMLƏR, NECƏ GİZLƏDİB?
Tarix: 10-09-2013, 14:43 | Çap et
DİA.AZ: - Bu ilin ortalarında olduqca ilginc bir fakt ortaya çıxdı. Əslində həmin faktın ciddi müzakirəsi lazım idi, ona siyasi və iqtisadi, eyni zamanda hüquqi qiymət verilməsi zərurəti ortada idi. Amma üstündən xeyli vaxt keçməsinə rəğmən bu mövzuda hər hansı müzakirələrin, qiymətləndirmələrin şahidi olmadıq. Əslində kifayət qədər ciddi bir məsələnin üstündən sükutla keçildi. Nə etməli, bu da Azərbaycanın özünəməxsus reallığıdır. Bəs söhbət nədən gedir? Təxminən üç ay əvvəl məlum oldu ki, iri vergi ödəyicisinin dövlət büdcəsinə borcu 1,5 milyard manata yaxındır. İnhisarçılıqdan doğan nəhəng gəlirlərə baxmayaraq, heç bir səbəb olmadan iri dövlət müəssisələri dövlət büdcəsinə və Sosial Müdafiə Fonduna həmişə borclu qalır. Ümumiyyətlə, hesablamalar göstərir ki, iri dövlət vergi ödəyicilərinin ödədiyi vergilər büdcədən aldıqlarından azdır. 2012-ci ildə aralarında Aydın Bəşirovun Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, Cahangir Əsgərovun "AZAL"ı, Arif Əsgərovun "Dövlət Dəmir Yolları" QSC də olmaqla 6 iri vergi ödəyicisi dövlət büdcəsinə 210,5 milyon manat vergi ödəyib ki, bu da əvvəlki illə müqayisədə 3,2 milyon manat az idi. Bu il də oxşar azalma tendensiyasının müşahidə ediləcəyinə dair rəylər var. Qeyd edək ki, son 5 il ərzində "Dövlət Dəmir Yolları" QSC-nin vergi ödənişləri ilbəil azalıb. Əslində, vergi ödənişlərinin azalma tendensiyası "Dövlət Dəmir Yolları" ilə yanaşı Xəzər Dəniz Gəmiçiliyi İdarəsi və "AZAL"a da aiddir. 5 il ərzində Xəzər Dəniz Gəmiçiliyinin dövlət büdcəsinə ödədiyi vergilərin həcmi 77,1 faiz, "AZAL"ın ödədiyi vergilər isə 27,9 faiz azalıb. Dövlət şirkətlərinin büdcəyə olan böyük həcmli borcları isə hələ də qalmaqdadır. 2013-cü ilin əvvəlinə dövlət büdcəsinə borclar 3 milyard manat təşkil edib ki, bunun da 1,5 milyard manatı adıçəkilən iri dövlət müəssisələrinin payına düşür. Onlardan bəzilərinin borcları Nazirlər Kabinetinin borcların silinməsilə bağlı qərarları sayəsində azaldılıb. Ümumiyyətlə, son illərə baxanda daha çox 9 qurumun dövlət büdcəsinə xeyli borcunun olduğu görünür. Hətta büdcəyə olan borcun 70-75 faizi məhz bu qurumların payına düşür. Bu şirkətlər qapalı şirkətlərdir və onların fəaliyyətində şəffaflıq yoxdur. Eləcə də onlar dövlətin ayrı-ayrı şəxsləri tərəfindən himayə olunur. Bu şirkətlər korrupsiyanın əsas həlqələridir. Ümumiyyətlə, borcların yaranmasının özü qeyri-şəffaflıqdan xəbər verir. Ödənilməli olan vergiyə bu müəssisələr izafi yük kimi baxırlar. Vəsaitləri isə müəyyən xərcləmələrə, şəffaf olmayan layihələrə yönəldirlər. Ona görə də qapalı olan həmin müəssisələr vergiyə ödənməli olan vəsaitləri şəffaf olmayan layihələrə istiqamətləndirir. Digər tərəfdən isə dövlət xəzinəsinə iri məbləğdə borcu olan bəzi qurumların rəhbərlərinin ilbəil varlandığı, kapitallarını və əmlaklarını artırdığı müşahidə olunur. Belə bir ziddiyyət isə onların korrupsiya ilə ciddi bağlarının göstəricisidir. Əks halda sual edilməlidir ki, necə olur, bəzi oliqarxların rəhbərlik etdikləri qurumların, dövlət şirkətlərinin büdcəyə borcları artdığı halda onların biznesi böyüməkdə davam edir? Bu, belə bir şübhəyə həqiqət donu geyindirmirmi ki, onlar büdcəyə ödəməli olduqları vəsaitləri əslində müxtəlif yollarla dövlət xəzinəsindən yayındırır, son nəticədə həmin pulların hesabına əmlaklarını artırır, kapitallarını böyüdür, öz qeyri-rəsmi bizneslərinin böyüməsini təmin edirlər? Fikrimizcə, yuxarıda haqqında danışdığımız absurd, təzadlı vəziyyət bu sualların əsas cavabıdır. Qoy ortadakı bu fakta oxucular özləri qiymət versinlər. Çünki hər şey göz önündədir və bizim əlavə şərh verməyimizə heç bir ehtiyac qalmır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48 |
|
|
|
• Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48 |
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
|