Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                 

OLİQARXLARIN QARA GÜNLƏRİ YAXINDADIR
Tarix: 14-01-2012, 11:24 | Çap et
OLİQARXLARIN QARA GÜNLƏRİ YAXINDADIR

ÇİRKLİ PULLARLA BAĞLI BEYNƏLXALQ ARAŞDIRMAYA START VERİLDİ

DİA.AZ: - Ölkəmizdə bir sıra məmurların maaşları 1500-1900 manat arasında dəyişsə də, bəzi məmurların sahib olduğu evlər, daha doğrusu, villalar, malikanələr özlərinin və ailə üzvlərinin idarə etdiyi avtomobillər, xaricdəki bank hesabları, saysız-hesabsız sərvətləri, qanunsuz biznes obyektləri aldıqları məvaciblə heç də uyğun gəlmir.

Bütün bu sərvətlərin sadə məmur maaşı ilə əldə olunmadığı hamıya aydındır. Məsələ burasındadır ki, 1500-1900 manat maaş alan hər hansı şəxsin 500 min-1 milyon manatlıq mülkə sahib olması, külli miqdarda sərvət toplaması qaranlıq məqamlardan xəbər verir. Sirr deyil ki, bizneslə məşğul olmaq inzibati qurumlarda çalışan şəxslərə qanun tərəfindən yasaq edilsə də, onlar müxtəlif səviyyələrdə alqı-satqı işləri ilə məşğul olurlar. Bu azmış kimi, vergidən də yayınır, külli miqdarda maxinasiyalara yol verir, var-dövlətlərin miqyasını daha da artırmaq üçün ən ağlasığmaz vasitələrdən istifadə edirlər. Qeyri-qanuni yollarla varidata sahib olmuş şəxslər çox zaman bunu məharətlə gizlədə bilirlər. Baxmayaraq ki, hökumətdə yüksək postlar tutan bəzi şəxslərin ölkə iqtisadiyyatının müəyyən sahələrini ələ keçirməsi və həmin sahələrdə inhisarçı mövqedə durduğu əhali arasında tez-tez müzakirə edilən mövzulardandır.

Lakin belə faktlar təkcə əhalinin sadə hissəsini düşündürmür. Ötən gün etibarlı mənbədən qəzetimizə daxil olan ən son məlumatlara görə, bu məsələ artıq yuxarı dairələrdə də ciddi müzakirə olunmağa başlayıb. Belə ki, yaxın günlərdə məmurların əmlaklarının araşdırılacağı gözlənilir. Əldə etdiyimiz informasiyaya əsasən bu işə ilk növbədə, məmurların Bakıətrafı ərazilərdə olan mülklərinin təftişi ilə başlanılacaq. Nardaran, Şıx, Mərdəkan, Şüvəlan qəsəbələrində xüsusi reydlər aparılacağı güman olunur. Məhz bu reydlər nəticəsində üzə çıxan mülklərin kimlərin adına olduğu sonradan geniş ictimaiyyətə də təqdim ediləcək. Sözügedən işin heç də asan olmayacağı indidən bəllidir. Çünki əksər hallarda məmurlar mülkləri öz adlarına deyil, qohumlarının, bəzi hallarda isə onlarla heç bir bağlılığı olmayan qaçqın, məcburi köçkün ailələrinin adına rəsmiləşdirirlər. Reydlər zamanı üzə çıxarılacaq hər bir bu cür şübhə doğuran fakt nəzarətə alınacaq, daha sonra isə xüsusi olaraq araşdırılacaq.

Bundan başqa, məmur ailələrinin övladları da nəzarət altına alınacaq. Gənc yaşlarında saysız-hesabsız varidata sahib olan övladlara xərclənən pulların da məmur maaşından qaynaqlanmadığı aydındır. Əsasən xaricdə öz lüks həyatlarını təmin etmiş varlı tələbələr də öz sahibləndiklərinə görə cavab verməli olacaqlar.

Həmçinin, xarici hesablar da xüsusi yollarla nəzarətə götürüləcək. Bu işin də asan olmayacağı məlumdur. Lakin məlumatı bizə ötürən mənbə bu istiqamətdə xüsusi tədbirlər planının hazırlandığını bildirib.

Bir sözlə, yaxın zamanlarda bizi xeyli yeniliklər gözləyir. Dövlətçiliyimizin mənafeyinə hesablanmış və çoxdan atılması gözlənilən bu cür addımlar yəqin ki, hər birimizi çox sevindirəcək.

Amma məsələ tək bununla bitmir. Son bir neçə ay ərzində Avropa və ABŞ-da banklarda ciddi araşdırmalara start verilib. Qeyd edək ki, banklarda öncə ərəb inqilabına görə başlanan yoxlamalar, daha sonra İrana qarşı tətbiq olunan sanksiyalarla əlaqədar davam etdirildi.

Həmin vaxt Azərbaycanda iş adamı kimi tanınan QMİ rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qohumu Əli Evsen həbs edildi və aydın oldu ki, o, Hüsni Mübarəkə məxsus olan çirkli pulların yuyulması ilə məşğul olub. Məhz bundan sonra bank yoxlamalarının əhatəsi böyüdüldü və əsasən postsovet məkanından olan oliqarxların hesabatları nəzarətə götürüldü. Bir müddət sonra isə aydın oldu ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qızlarının da hesabları dondurulub. Çünki onlara məxsus hesablardakı pulların çirkli pullar olması ilə bağlı ortada ciddi faktlar olub. Bunu nəzərə alan ABŞ və Avropa hüquq-mühafizə orqanları əsasən İsveçrə banklarındakı hesablamaların yoxlanılması razılığına gəliblər. Öncə banklar bundan imtina etsələr də, sonra razılaşmalar əldə edilib. İndi isə aydın olub ki, İsveçrə banklarında diqqəti cəlb edən hesablardan bir neçəsi Azərbaycanda yaşayan bəzi oliqarxlara məxsusdur. Başqa sözlə, Şərqi Avropa ölkələri vasitəsilə çirkli pulları yuyaraq İsveçrə banklarına yerləşdirən oliqarxların əməlləri aşkarlanıb. Qeyd edilir ki, çox yaxın günlərdə bu hesablar açıqlanacaq və oliqarxlardan izahatlar istəniləcək. Əgər tutarlı əsaslar olmasa, bütün hesablara həbs qoyulacaq.

Bunu da qeyd edək ki, diqqət mərkəzinə düşən həmin hesablardan pul çıxarmaq artıq yasaq edilib. Yəni artıq azərbaycanlı oliqarxlar həmin pullardan əllərini çəkmək üzrədilər. Bunu da qeyd edək ki, aparılan araşdırmalar nəticəsində iki azərbaycanlı oliqarxla yanaşı, rusiyadan olan bir neçə oliqarx da eyni durumdadır. Bildirilir ki, bu hələ başlanığıcdır və nəzərdə tutulan plana uyğun olaraq Avropa banklarında yoxlamalar davam etdirilərsə, həbsə məruz qalacaq hesabların sayı yüzü keçəcək.

Bunu da qeyd edək ki, hələlik hesabların yoxlanılmasına icazə verməyən İsrail banklarıdır. Yeri gəlmişkən, bəzi azərbaycanlı məmurların İsraildə də bank hesabları var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru