Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                 

XALQ CƏBHƏSİ YENİDƏN DOĞULUR
Tarix: 23-12-2011, 16:48 | Çap et
XALQ CƏBHƏSİ YENİDƏN DOĞULUR

QƏRBİN AZƏRBAYCAN MÜXALİFƏTİ İLƏ BAĞLI YENİ PLANI

DİA.AZ: - Astroloqların dediyinə görə, gələn il əjdaha üstündə təhvil alınacaq. Və astroloji proqnozlara görə, əjdaha ili əksər hallarda böyük dəyişikliklərin astanası hesab olunur. Elə SSRİ kimi nəhəng bir imperiyanın çöküşünə nədən olan 1988-ci ildən start götürmüş milli azadlıq hərəkatları da əjdaha ilində meydana gəlmişdi.

Elə indidən proqnozlaşdırmaq olar ki, Azərbaycan üçün gələn il heç də rahat şəraitdə yola verilməyəcək. Biz nə astroloq deyilik, nə də münəccim. Sadəcə olaraq ortalıqdakı reallıqlar belə deməyimizə əsas yaradır.

Gələn il Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Bunlar arasında daha çox diqqətçəkəni «Avroviziya» mahnı yarışmasının Bakıya təsadüf etməsidir. Artıq indidən sözügedən yarışmanın təşkilatçıları ilə rəsmi Bakı arasında mübhəm danışıqların cərəyan etdiyi ortaya çıxır. Bu barədə verilən məlumatlardan aydın olur ki, YAP hakimiyyəti qarşısında «Azad mahnı - Azad ölkədə!» tələbini irəli sürən «Avroviziya» təşkilatçıları hətta 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəliyi Günü ilə bağlı imzalanması nəzərdə tutulan əfv fərmanına da səbəb olublar.

Bundan əlavə, Azərbaycan daha bir neçə dünya əhəmiyyətli idman yarışmasına ev sahibliyi edəcək. Bir sözlə, gələn il ölkəmizə ən azından 300-400 min arası əcnəbinin məhz bu beynəlxalq tədbirlər səbəbindən təşrif buyuracağı planlaşdırılır. Və bildirək ki, planlaşdırılanlar tək bunlar deyil…

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, gələn il eyni zamanda siyasi müstəvidə çox ciddi təlatümlərin ili kimi diqqətimizi cəlb edəcək. Bu ilin əvvəlindən ərəb ölkələrində cərəyan edən inqilab atmosferinin məhz 2012-ci ildə Azərbaycana sirayət edəcəyini proqnozlaşdıran ekspertlər də vurğulayır ki, postsovet ölkələrində «Ərəb baharı»nın tarixi gələn ilə təsadüf edir.

Xatırladaq ki, bu barədə bir neçə gün əvvəl Suriyə prezidenti Bəşir Əsəd də maraqlı bir açıqlama vermişdi. Suriyə prezidenti açıq şəkildə bildirdi ki, onun ölkəsindən sonra sıra postsovet ölkələrindədir.

Təbii ki, əgər Azərbaycanda inqilab olacaqsa, bu inqilabı həyata keçirən qüvvələr də olmalıdır. Bu barədə isə bildirilir ki, yenə də ənənəvi qüvvələr dəyişikliyin əsas lokomotivi kimi çıxış edəcəklər. Yəni söhbət bu gün adına «radikal», «ənənəvi» deyilən və əslində keçmiş Azərbaycan Xalq Cəbhəsinin şinelindən çıxmış qüvvələrdən gedir. Həmin qüvvələrin isə kimliyi hər kəsə məlumdur: Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası, Mirmahmud Mirəlioğlunun lideri olduğu Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası və İsa Qəmbərin başqanı olduğu Müsavat Partiyası.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, əslində eloktorat və siyasi söykənəcək baxımından bir-birinə həddindən artıq yaxın olan və hətta bəzi hallarda bir-birinin təkrarı kimi qəbul edilən bu üç qüvvə artıq beynəlxalq konsorsiumun da diqqətini cəlb edib. Diplomatik qaynaqların bilgisinə görə, Qərbin siyasi çevrələri neçə müddətdir ki, hər üç siyasi təşkilatla danışıqlar aparır, onların birgə fəaliyyət göstərmə imkanlarını araşdırırlar.

Xatırladaq ki, buna qədər də AXCP, Müsavat və KXCP-nin birgə koalisiyasının yaradılması və hətta onların bir bayraq altında birləşdirilməsi ideyası ortaya atılmışdı. Lakin sonradan bu məsələlər tamamilə unuduldu. Son məlumatlarda isə bildirilir ki, Azərbaycanda yeni dəyişiklik planı üzərində baş sındıran Qərb dairələri hər üç təşkilatı bir araya gətirəcək yeni prosesə start veriblər.

«Artıq hər üç təşkilatla ayrı-ayrılıqda iş aparılır» deyən məlumatlı mənbəmizin sözlərinə görə, ola bilsin ki, bu üç partiyanın timsalında Azərbaycan Xalq Cəbhəsi yenidən bərpa olunsun: «Doğrudur, bu barədə müzakirələr aparılmayıb. Sadəcə olaraq ideya mövcuddur. Ola bilsin ki, başqa bir birləşdirici ad təklif edilsin. Amma istənilən halda, bu üçlüyün bir araya gətirilməsi yolunda addımlar atılacaq».

Onu da bildirək ki, artıq hər üç təşkilatın nümaəndələrinin Avropa ölkələrinə səfərləri də başlayıb. Və bu səfərlərin hansı məqsəd daşıdığını təxmin etmək də çətin deyil. Bu günlərdə isə həm KXCP sədri və həm də AXCP sədri ayrı-ayrılıqda tədbir düzənləyərək Azərbaycanda yeni dəyişiklik dalğasının anonsunu da ictimaiyyətin diqqətinə çatdırdılar ki, bu olayları da təsadüflərin quyruğuna bağlamaq olmaz.

KXCP-nin Nizami rayon fəalları ilə görüşündə Mirmahmud Mirəlioğlu konkret olaraq növbəti hakimiyyətə hazırlıq tədarükü ilə bağlı çox ciddi ismarıclar verdi. Elə şəmin gün AXCP sədri Əli Kərimli də gənclərlə görüşündə, hamını meydanlara, dəyişikliklərə çağırdı. Bir günün içində iki ayrı-ayrı partiyadan bənzər mesajların verilməsi hər halda, təsadüfi hesab oluna bilməz.

Məlumatlı mənbələr redaksiyamıza bildirirlər ki, artıq Qərbin KXCP, Müsavat və AXCP üçlüyünü bir araya gətirmə yolunda ciddi çabaları müşahidə olunmaqdadır: «Burada başlıca məqsədin dəyişiklik tədarükü olması isə sirr deyil». Mənbəmizin bildirdiklərindən o da aydın oldu ki, gələn il məlum proseslər daha da intensivləşəcək. Hər halda, günlərin birində Mirmahmud Mirəlioğlu, Əli Kərimli və İsa Qəmbər eyni bəyanata imza atarsa, o zaman təəccüblənməyəcəyik. Çünki bunun ilkin işartıları artıq ortadadır.

DİA.AZ - Ekspert Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru