"AZENERJİ" ŞEFİ ƏHMƏDZADƏLƏRİ YENƏ BİLDİ
Tarix: 9-07-2013, 14:12 | Çap et
ZAQATALADA NƏLƏR BAŞ VERİR?DİA.AZ: - Keçən günlərdə Zaqatala Elektrik Şəbəkə Müəssisəsinin direktoru Eldəniz Hacıyevin fəaliyyətində yol verdiyi çeşidli qanun pozuntularına dair mətbuatda müəyyən informasiyalar yer almışdı. DİA.AZ-a bu barədə daxil olan məlumatlarda bildirilir ki, bu müəssisənin fəaliyyəti mütəmadi olaraq müxtəlif qanun pozuntuları ilə müşayiət olunur. İlk növbədə sakinlərin narazılıqlarına səbəb olan amil kimi sərf olunan elektrik enerjisinin pulunun sakinlərdən şəbəkənin əməkdaşları tərəfindən yığılması göstərilir.
Məlumdur ki, “Azərenerjinin” təlimatlarına uyğun olaraq bu ödənişlər müvafiq bank şöbələri vasitəsilə həyata keçirilməlidir. Lakin Zaqatalanın əksər kəndlərində bu proses hələ də köhnə qaydalarla davam edir. Təbii ki, məsələnin belə qoyuluşu ciddi mənimsəmələrə yol açır. Həm də əksər hallarda problemli vəziyyət yaranan zaman zərər çəkən tərəf yenə də enerji istehlakçısı olur.
Məlumatlarda xüsusilə vurğulanan daha bir cəhət istehsal və kommersiya obyektləri ilə şəbəkə rəhbərliyi arasında bağlanan qeyri-rəsmi və qeyri-qanuni razılaşmalardır. İddia olunur ki, bu razılaşmalara görə həmin müəssisə rəhbərləri aylıq “haqq” ödənişləri etməklə sayğacdankənar qoşulmuş xətlərlə elektrik enerjisindən istifadə edirlər. Bu isə təbii ki, dövlət vəsaitlərinin mənimsənilməsi ilə bərabər, həm də digər istehlakçıların mənafeylərinə ziddir.
Bu barədə danışan mənbə DİA.AZ-a bildirir ki, bu kimi hallar hətta “Azərenerji”nin müvafiq qurumlarının bir müddət əvvəl Zaqatala rayonu üzrə həyata keçirdiyi yoxlama reydləri zamanı da aşkar olunmuşdur. Çoxsaylı şikayətlərə əsas verən daha bir məqam da elektrik enerjisinin nəql olunduğu xətlərə nəzarət olunmaması ilə bağlıdır. Şikayət məktublarında bildirilir ki, E.Hacıyevin rəhbərlik etdiyi şəbəkənin əməkdaşları onun göstərişlərinə əsasən yalnız “razılaşmalarda” iştirak edən qurumları enerji ilə təchiz edən xətlərin saz vəziyyətdə saxlanılmasına nəzarət edirlər. Təbii ki, bu da digər istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir.
Xatırlayırsınızsa, hələ ötən ayın əvvəllərindsə dərc olunmuş bir materialda əməkdaşlarımızın Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə ilə telefon əlaqəsi saxladıqlarını xəbər vermişdik. Söhbət zamanı Mübariz müəllim dərc olunmuş materiallara münasibət bildirərək, Eldəniz Hacıyevə qarşı irəli sürülən ittihamların əksəriyyətinin öz təsdiqini tapdığını söyləmişdi. Daha sonra başçı bildirmişdi ki, işində yol verdiyi nöqsanlara görə artıq may ayının 20-dən etibarən E.Hacıyev tutduğu vəzifədən azad ediləcək.
Lakin sonradan aldığımız məlumatlarda isə şəbəkə rəisinin xəstəlik kağızı (bülleten) alaraq müvəqqəti işə çıxmadığı, həm də bu addımı məhz Şəki Regional Elektrik Şəbəkə MMC-nin rəhbəri Elşad Məmmədovun məsləhəti ilə atdığı bildirilirdi. Halbuki bizimlə olmuş telefon danışıqları zamanı Elşad müəllim də şəbəkə rəisinin mütləq işdən azad olunacağını dəfələrlə bəyan etmişdi. Amma 04 iyul tarixinədək xəstəlik bəhanəsi ilə işə çıxmayan Eldəniz Hacıyev bu günlərdə yenidən öz işinə qayıtmışdır. Bu xüsusda yerli mənbələr isə bildirmişdilər ki, Eldəniz Hacıyev mövcud durumdan qətiyyən narahat deyil. Əksinə, yaxın ətrafının əhatəsində vəziyyəti müzakirə edən şəbəkə rəisi bəyan edib ki, onu tutduğu vəzifədən azad etməyə Mübariz Əhmədzadənin nə səlahiyyəti, nə də gücü yetməz..
Maraqlıdır ki, mənbələr Elşad Məmmədovun bu günlərdə Ramin Heydərov adlı bir işçini, abonentdən aldığı 100 manat məbləğində işıq pulunu kassaya bir gün gec vurması səbəbilə, işdən çıxarmağı barədə məlumat təqdim ediblər. Bəs görəsən hansı səbəbdən Şəki Regional Elektrik Şəbəkə MMC-nin rəhbəri yalnız seçilmiş vəziyyətlərdə prinsipiallıq nümayiş etdirir? Bu sualı cavablandırmağa çalışan yerli mənbələr isə E.Hacıyevin Elşad Məmmədova qarşı hansısa təsir vasitələri əldə edə bildiyi ehtimalını irəli sürüblər. Əks halda Regional Elektrik Şəbəkənin rəhbəri öz vəzifələrinin öhdəsindən gəlməyən, rüşvətxor bir məmuru hər vəchlə vəzifədə saxlamaq naminə RİH-nin rəhbərliyi ilə açıq qarşıdurmaya girmək riskini göz altına almazdı. Qeyd olunduğu kimi bir müddət əvvəl “Azərenerji” ASC-nin əməkdaşları tərəfindən Zaqatala Elektrik Şəbəkənin fəaliyyətində bir cıra ciddi nöqsanların aşkar edilməsinə baxmayaraq, ASC-nin sədri Etibar Pirverdiyev də Eldəniz Hacıyevin vəzifədə qalıb-qalmamasına dair yaranmış “fikir ayrılığında” məhz Elşad Məmmədovun mövqeyini dəstəkləyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|