JURNALİSTLƏRİN EVLƏRİ ƏTRAFINDA ŞOK FIRILDAQ
Tarix: 21-06-2013, 13:30 | Çap et
DİA.AZ: - Yazıçıların ev qalmaqalı bitər bitməz, jurnalistlər ev dartışmasına başladılar. Evsizlər qaldı bir tərəfdə,evi olanlar daş atıb başlarını tutdular ki,bizə ev lazımdır. Tək bir fakta diqqət yetirmək kifayətdi. “Ədəbiyyat” qəzetindəki qalmaqalı. Evi olmayan əməkdaşları saya salmayan qəzetin baş redaktoru Ayaz Vəfalı şəhərin mərkəzində evi olsa da adını siyahıya saldırdı. Onu kürəkəni Ədalət bəy də Yazıçılar Birliyində ev bölgüsü zamanı öz adını evi ola-ola siyahıya saldırıb ev almışdı. Əslində mövzumuz qanunsuz ev alanlarla bağlı deyil. Çünki onların adları hamıya bəllidir. Elə baş redaktor müavinləri var ki, həm evləri var,həm mülkləri. Amma jurnalistlərə verilən evdən onlara da pay düşüb. Millət öz işini keçirmək üçün min bir yola əl atır. Əfsuslar olsun ki, bu gün dünyasını dəyişən tanınmış şəxsiyyətlərin adından bəhrələnənlərin də adı ev alanlar siyahısına düşüb. Ölən insanların adı altında kölgələnmək ən azı... Jurnalistlərə verilən evlərin sahibləri siyahısında “Baki” və “Baku” qəzetlərinin baş redaktoru Ağa Hüseynovun da adı var. Xatırladaq ki, bu qəzetlər 1958-ci ilin yanvar ayından görkəmli ədib,tanınmış jurnalist Nəsir İmanquliyev tərəfindən təsis olunmuşdur. Bu qəzetlər Azərbaycan tarixində elə qəzetlər idi ki, onları əldə etmək üçün saatlarla köşklərin qarşısında növbədə dururdular. Azərbaycan jurnalistikasında kadr potensialının yaranmasında “Bakı” və “Baku” qəzetlərinin misilsiz xidmətləri danılmazdır. Nəsir müəllim 1987-ci ilə qədər bu qəzetə baş redaktorluq etmişdir. Bir məqamı da unutmayaq ki, “Baku” qəzeti Azərbaycanda ilk rusdilli qəzet idi. Nəsir İmanquliyevdən sonra qəzetə rəhbərlik Şamil Şahməmmədova həvalə edilmişdir. Bu vəzifədə az müddətdə çalışan Şamil müəllimdən sonra qəzetin baş redaktorluğu Ağa Hüseynova həvalə olunur. Ağa Hüseynov uzun illər “Baku” qəzetində şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdı. Redaksiya heyəti elə zənn edirdi ki, Nəsir İmanquliyev ruhuna hörmət əlaməti olaraq, Ağa Hüseynov qəzetin ənənələrini qoruyacaq,qəzetin nəşrini davam etdirəcək. Lakin gözlənilənlərin əksi oldu. Adı çəkilən qəzetlər öz dövrülüyünü itirdi, “ Baku” qəzetinin nəşri dayandırıldı. “Bakı” qəzeti isə ildə cəmi 4-5 sayda işıq üzü gördü,işçilər öz hesablarına dörd ildir ki,işsiz evdə oturublar. Diqqəti çəkən digər məqam həmin qəzetlərin maliyyəsi ilə bağlıdır. Belə ki,vaxtilə qəzetin maliyyəsi abunə və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təmin edilirdi. Bu gün ildə 4-5 sayı nəşr olunan qəzetin abunəsindən danışmağa dəyməz. O ki,qaldı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən adı çəkilən qəzetlər üçün ayrılan maliyyə dəstəyinə,burada məsələ bir az ərəb saçına dönüb. Belə ki, baş redaktor deyilənlərə görə qəzetin olmayan işçilərinin adına qonarar yazaraq,özü mənimsəyir. Lap jurnalistlərə verilən evlər kimi. “Bakı”, “Baku” qəzetləri latın dilini xatırladır. Millərin özü olmasa da dili qalıb. Bu qəzetlərin fəaliyyəti iflic vəziyyətinə düşsə də, baş redaktor postunda əyləşib və rəhmətlik Nəsir İmanquliyevin adından bəhrələnir, hətta evi ola-ola ev belə alır. Bizə daxil olan məlumata görə, jurnalistlərə tikilən binada ev almaq üçün Ağa Hüseynov maraqlı bir oyuna da imza atmışdır. O, guya redaksiya heyəti ilə iclas keçirmiş, protokol tərtib etmiş, həmin protokolu da Mətbuat Şurasına göndərmişdir. Ağa Hüseynovun bu addımından əslində heç kim təəccüblənməmişdir də. Çünki, deyilənə görə təməli Nəsir İmanquliyev tərəfindən qoyulmuş bu qəzetlər əfsuslar olsun ki, bu gün dəllallıq obyektinə çevrilib. Bu əməllərlə Nəsir müəllimin ruhu incidilir. Bu gün dünyasını dəyişən şəxsin hesabına ev alan Ağa Hüseynovun əməllərinə əslində ad vermək belə çətindir. Çünki əgər Nəsir İmanquliyev adına Ağa Hüseynovun hörməti olsaydı, bu gün qəzetlər öz dövrülüyünü itirməzdi. Əgər Nəsir İmanquliyev ruhuna Ağa Hüseynovun hörməti olsaydı, adicə qəzetin üz səhifəsində onun ildə neçə dəfə nəşr olunduğunu yazardı. Amma görünən budur ki, qəzetin üz səhifəsində qəzet yarandığı gündən indiyə qədər çıxan sayların ümumi sayı göstərilir. Bu gün dövrülüyünü itirən , lakin hələ də Nəsir İmanquliyevin adı ilə tanınıb yaşayan “Bakı”, “Baku” qəzetləri əfsuslar olsun ki, indiki baş redaktorun vizit kartıdır. Elə bu vizit kartı ilə də Ağa Hüseynov evi olsa da evsiz və illərlə məvacib almayan işçilərini unudaraq onların adından saxta protokol tərtib edib yeni binada ev sahibi olub. Azərbaycanda hər şeyin şahidi olmaq olar, elə dünyasını dəyişmiş şəxsin kölgəsi ilə ev sahibi olmaq da... \ gundemxeber \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|