GƏNCƏ ƏLDƏN GEDİR
Tarix: 12-12-2011, 12:16 | Çap et
ŞƏHƏRDƏ HEPATİT C VİRUSU DƏHŞƏTLİ FORMADA YAYILIB
- Baxdım ki, gözümün içi saralıb, getdim analiz verdim. Cavabında hepatit C virusu çıxdı.
- Ciyərinizdə ağrılar var idi?
- Yox, ağrılar hiss olunmur. Müalicəyə Bakıda başladıq. Birinci dərmanlar verildi, sonra da iynə. Bir dənəsinin qiyməti 197 manatdır.
Rahib Əliyev 7 aydır ki, qaraciyər virusundan müalicə olunur. Deməsinə görə, virusu həkimlər tez müəyyən etsələr də, pulu olmadığından müalicəyə 3 ay gec başlamalı olub. Rahib Əliyevin həyat yoldaşı Nazimə Əliyeva deyir ki, analizlər və müalicə çox bahadır:
MÜALİCƏ ÜÇÜN KİMİ OĞURLUQ EDİR, KİMİ DƏ KREDİT GÖTÜRÜR…
«Sarılıqdan sonra müayinə olunduğum aparatdan bilindi ki, ciyər çox böyüyüb. Analiz verdik, təsdiqləndi ki, C virusu var bunda. Analiz çox bahadır. Müalicələr çox bahadır. İlk üç ayı iynəni 200 manata aldıq, sonrakı 3 ayı 197 manata. Hər həftə iynənin biri vurulmalıdır. Hüceyrənin sayına görə vurulur. Bu həftənin 1-ci günü iynə vurulubsa, gələn həftənin 1-ci günü nə olur olsun mütləq vurdurmalısan. İmkanımız çatmırdı. Ayda təkcə 800 manat iynəsi eləyir. Hər ay 500 manat isə bunun analizlərinə gedir. Mən müraciət elədim, dedilər heç kömək yoxdur. İki bankdan kredit götürdük, maşınımızı satdıq. Hələ də müalicə davam edir. Bir xəstə var idi, and içdilər ki, iynəni almaq üçün qardaşı oğurluq edib. Məcburdur, iynənin həftəsi çatanda nə olur-olsun vurulmalıdır». Nazimə Əliyeva deyir ki, heç olmasa, müayinələr dövlət hesabına aparılsa, hamı müalicə olunar və belə xəstələr çoxalmaz. Nazimə Əliyeva müalicə zamanı üzləşdikləri problemlərdən də danışır. Deyir ki, dərmanı Bakıdan baha almaqla yanaşı, onun gətirilməsi də həm vaxt, həm də əlavə pul tələb edir:
ƏYALƏT XƏSTƏLƏRİNİN ƏLAVƏ ÇƏTİNLİKLƏRİ…
«Mənim yoldaşıma alınan dərmanın adı «Pegasus»dur. O iynə də Gəncədə yoxdur, onu da soyuducuda gətirmək lazımdır. Buzda «pakopka» elətdirirdik. O iynə ampulada olmur, şprisin içində olur, 1 dərəcə isti görsə, keyfiyyəti ölür. İynəni almaq bir kənara, onu aparmaq da çətindir. Rayonlular alıb apara bilmirdilər».
O deyir ki, hepatit C virusu daşıyıcısı olan ərinin cəmi 6 aylıq müalicəsi 8-10 min manata başa gəlib.
Gəncə şəhərinin baş infeksionisti İradə Dəmirova da deyir ki, son vaxtlar hepatit C virusuna yoluxanların sayı artıb. Hepatitdən müayinə olunan xəstələrin təqribən 15 faizində məhz hepatitin C növü aşkarlanır. Həkim bunun ilkin səbəbinin miqrasiya olduğunu deyir. Düşünür ki, insanlar arasında maarifləndirmə işi də aparılmalıdır:
«BƏZƏN BU XƏSTƏLİK GİZLİ GEDİR»
«Xəstədə ümumi halsızlıq, iştahasızlıq olur. Bəzi xəstələrdə qaşınma, qızdırma və sair olur. Bəzən də heç bir əlamət olmadan gizli gedir bu xəstəlik».
İradə Dəmirova hesab edir ki, hepatit C virusundan əziyyət çəkən xəstələrin ancaq 40 faizinin sağalma imkanı var. Həkim bunu müalicənin çox baha olması ilə əlaqələndirir:
«Dərman İsveçrənin dərmanıdır. Bütün dünyada qəbul olunub. İstər Avropa, istər də Şərq hamısı ondan istifadə edir. Dövlət tərəfindən adi bir xəstə üçün belə kömək ayrılmayıb. İndi hepatitə yoluxanların 10-15 faizi C-yə tutulur. Artıb xəstəlik».
Həkim ekspert Adil Qeybulla deyir ki, bu xəstəliyin müalicəsi üçün dövlət proqramının olması zəruridir. Ekspert xəstələrə yardım üçün çıxış yollarından danışır:
«DÖVLƏT PROQRAMINA EHTİYAC VAR...»
«Hepatit C virusu qaraciyərdə inkişaf edən virusudur. Bu virusun hələlik keçmə yolu qanladır. Qanköçürmə proseduralarında hepatit C-nin yolu yüksəkdir. Müalicə nə qədər erkən başlasa, o qədər yaxşıdır. Gec olanda, virus müalicəyə tabe olmur. Xəstəliyin müalicəsi zamanı «Alfa 2» preparatından istifadə olunur. Həftədə 1 dəfə vurulur xəstəyə. Onunla yanaşı, müxtəlif cür müalicə də aparılır».
Adil Qeybulla sığorta təbabəti yolunu başqa bir çıxış yolu hesab edir. Düşünür ki, belə olarsa, müalicə daha ucuz başa gəlir.
«Hepatit C-nin sayı artır, dövlət dəstəyi lazımdır. Azərbaycan səhiyyəsinə ayrılan vəsaitin müəyyən hissəsini bu xəstələrin müalicəsinə xərcləmək olar».


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Bu gün, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Bu gün, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
|