"HAKİMİYYƏT QƏRBDƏN DƏSTƏK ALA BİLƏCƏK"
Tarix: 20-05-2013, 11:53 | Çap et
KXCP sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət” qəzetinə müsahibə verib. Müsahibəni olduğu kimi DİA.AZ-ın oxucularının diqqətinə çatdırırıq. - Mirmahmud bəy, Milli Şura ətrafında baş verən proseslərlə bağlı düşüncənizi öyrənmək istərdik. Bu ideyanın reallaşması istiqamətində aparılan danışıqları qənaətbəxş hesab edirsinizmi və KXCP indiki məqamda bu danışıqlarda yer alırmı? - Biz bununla bağlı cəmiyyətə öz mövqeyimizi çatdırmışıq. Bütün bunların xaricində heç bir fikrimiz yoxdur və əlavə açıqlama vermək istəmirik. KXCP-nin baş verənlərlə bağlı mövqeyi açıqdır və bu mövqe ölkə mətbuatında özünü aydın şəkildə büruzə verir. - Necə hesab edirsiniz, müxalifətin birlik cəhdləri nəticə verəcəkmi? - Müxalifətin seçkilərə vahid namizədlə gedib-getməyəcəyi məsələsini zaman göstərəcək. Bu barədə indidən hansısa rəy vermək o qədər də düşgün olmaz. Lakin bu gün baş verən proseslər fonunda görünür ki, bu məsələ hələ ki, öz həllini tapmayıb. Hesab edirəm ki, müxalifətin birləşməsi məsələsindən öncə həyata keçirilməsi gərəkən addımlar var. - Bu addımlar nədən ibarətdir? - Zənnimcə, müxalifət birləşməmişdən öncə saflaşmalı, ayrılmalı, təmizlənməlidir. Yalnız bundan sonra birlik haqqında fikir yürütmək olar. Bu gün müttəfiqlər belə bir-biri ilə münaqişədə, ziddiyyətdədirlər. Bu gün onlar ölkə mətbuatında bir-birləri haqında təhqiramiz ifadələr işlətməkdə və ya öz adamlarını danışdırmaqdadırlar. Belə olan təqdirdə isə birlik məsələsi əlbəttə arxa plana keçir. Bütövlükdə isə, şübhəsiz ki, birlik məsələsinin zamanı nəinki çatıb, hətta vaxtı ötüb belə. Yaxınlaşmaqda olan prezident seçkiləri də müxalif qüvvələri bir araya gətirə bilmir. Bu, göz qabağındadır və bunu inkar etmək mümkün deyil. - Ümumilikdə, seçkilərlə bağlı proqnozunuz nədən ibarətdir? Sizcə builki seçkilərdə hansı nəticə ilə üzləşəcəyik? - Bu vaxta qədər bizim bildiyimiz, eşitdiyimiz yalnız bir proqnoz olub ki, bu da hava haqqında proqnozdur. Sovet dönəmində hava ilə bağlı səsləndirilən proqnozlar da doğru çıxmırdı. Müstəqillik qazandıqdan sonra isə deyəsən hava proqnozları da özünü doğrultmaqdadır. Siyasi prqonozlar və təhlillər isə Azərbaycanda artıq özünü doğrultmur. İstər ictimai-siyasi münasibətlər, istər əxlaqi-mənəvi dəyərlərin aşınması baxımından bu belədir. Bundan başqa, daha bir qəribəlik ondan ibarətdir ki, əslində seçki ilə bağlı nəticələrin necə olacağını hər kəs bilir. Yadınızdadırsa, Heydər Əliyev də 1998-ci ilin prezident seçkilərində nəticəni gözləmədən özü dedi ki, 76% səs toplamışam. Halbuki, hələ MSK seçkilərin nəticəsini açıqlamamışdı və məntiqlə H.Əliyev neçə faiz səs topladığını bilə bilməzdi. Lakin buna baxmayaraq, MSK-nı qabaqladı və 76% səs topladığını elan etdi. Seçkilərin nəticəsinin necə olacağına gəlincə, hesab edirəm ki, bu, MSK-da həyata keçiriləcək saxtakarlığın miqyasından və hakimiyyət daxilindəki əhval-ruhiyyədən asılı olacaq. Bu səbəbdən də indidən seçkinin nəticəsi ilə bağlı hansısa proqnoz vermək çətindir. - Sizcə qarşıdakı prezident seçkilərində Rusiya və Qərbin mövqeyi nədən ibarət olacaq? Hakimiyyət beynəlxalq ictimaiyyətdən lazımi dəstəyi ala biləcəkmi? - Hakimiyyət beynəlxalq dəstəyi nə ilə almaq lazımdırsa, onunla da alacaq. Əgər bu dəstəyi Avropa Şurasından almaq lazımdırsa, Avropa Şurasından alacaq, əgər Avropa Şurasının başında dayanan şəxsdən almaq lazımdırsa, o zaman həmin şəxsdən alacaq və s. Şübhəsiz, alınmayan, satılmayan adamlar da olacaq. Onlar da bu məsələdə öz mövqelərini ortaya qoyacaq, ədaləti müdafiə edəcəklər. Lakin hesab etmirəm ki, hakimiyyətin bu cəhdləri uzun müddət üçün səmərə versin. Ən azından ona görə ki, artıq bizim bildiyimiz qədər Qərb və ABŞ da məlumatlıdır. Onlar Azərbaycanda baş verən proseslərlə bağlı bəlkə bizdən də çox məlumatlıdırlar. Onlar yavaş-yavaş bu sirləri açmaqdadırlar. Bank hesabları ilə bağlı informasiyaların yayılması, daşınmaz əmlakla bağlı məlumatların açıqlaması, “kürü diplomatiyası”, iqtidardaxili münasibətlər və s. ilə bağlı faktların elan edilməsi söylənilənlərə sübutdur. Doğrudur, bu məlumatlar bizə onsuz da məlum idi. Lakin Qərb də öz növbəsində bunu açıqladı. Bütün bunlar o deməkdir ki, bazarlaşma şərt olacaq. Əgər olacaqsa da, bu, hakimiyyətə baha başa gələcək. Doğrudur, neft pulları imkan verir ki, ölkə iqtidarı hakimiyyətin ömrünü uzatmağa nail olsun. Hesab edirəm ki, iqtidar hər halda buna nail olacaq. Vasitəçi isə böyük ehtimalla yenə də Türkiyə Cümhuriyyətinin bugünkü rəsmiləri olacaq. - Seçki öncəsi və ya seçki prosesi zamanı elə bir məqam yetişə bilərmi ki, öz namizədliyinizdən kiminsə xeyrinə imtina edəsiniz? - Bu məsələ həll edilməsi mümkün olan bir məsələdir. Çünki bu həyatda yalnız ölümə çarə yoxdur. Qalan hər şeyin bir çarəsi var. Ola bilsin ki, bu gün ölkə siyasətində üzdə olanlardan fərqli olaraq, hamı bir araya gələ və kiminsə dəstəklənməsi məsələsi meydana çıxa. Əgər bu gün bu yoxdursa, o demək deyil ki, sabah da olmayacaq. Əgər sabah belə bir situasiya olarsa, o zaman öz namizədliyimdən imtina edə bilərəm. Bunun heç bir problemi yoxdur. Lakin bu gün Azərbayacn siyasətində güzəştə gedəcəyimiz kimsəni görmürük. Əgər yuxarıda qeyd etdiyimiz kimi bir situasiya formalaşarsa, o zaman biz güzəştə gedə bilərik. - Son vaxtlar gənc siyasi fəalların həbsi ilə bağlı cəmiyyətin və eyni zamanda siyasi partiyaların ortaya qoyduğu münasibəti adekvat hesab edirsinizmi? - Hesab edirəm ki, siyasi partiyaların bu məsələdə nümayiş etdirdikləri mövqe baş verən həbslərə adekvatdır. Hər halda bu məsələdə siyasi partiyaların fəaliyyətini inkar etmək olmaz. Bundan artıq onlar nə etməlidirlər ki? Üsyan etməli deyillər ki? Proseslərə bütün siyasi partiyaların eyni vaxtda reaksiya verməsi çətindir. Çünki onlardan birinin toplantısı bir az tez olur, digərininki bir qədər gec olur və s. Bu və bu kimi amillər bu məsələdə rol oynayır. Lakin hesab edirəm ki, məsələnin başqa tərəfinə diqqət çəkmək lazımdır. Niyə gənclər həbs olunur? Niyə internetdə tənqidə görə qanunvericilikdə dəyişikliklər edildi? Bax, bu məsələlərə aydınlıq gətirmək, bu haqda düşünmək lazımdır. - Bu suallara sizin cavabınız nədən ibarətdir? - Mənim zənnimcə, Azərbaycanda baş verən ictimai-siyasi proseslər çərçivəsində yeni qüvvələr, yeni adlar meydana gəlməkdədir. Bütün bunlar isə hakimiyyət tərəfindən tam kəşf edilib öyrənilməyib. Odur ki, hakimiyyət prosesləri qabaqlamaq üçün bu şəxslərə və qüvvələrə qarşı cəza üsullarından istifadə edir. Lakin bütün bunlara baxmayaraq ki, yəqin ki, proseslərin qarşısını bununla almaq mümkün olmayacaq, müəyyən gəlişmə, müəyyən inkişaf olacaq. Bu, artıq indidən özünü hiss etdirir. Hesab edirəm ki, qarşıda gəncliyin gəlişi, yüksəlişi var. Bu inkişafın qarşısını isə almaq, bu yüksəlişə mane olmaq mümkün deyil. Əslində bu gün həbs edilən gənclərin hazırda onları müdafiə edən siyasi partiyaların, ictimai təşkilatların müdafiəsinə faktiki olaraq ehtiyacları yoxdur. Bu, sadəcə olaraq həbsdəki gəncləri müdafiə edən şəxslərin özlərinə lazımdır. Həbs olunanların belə bir müdafiəyə qətiyyən ehtiyacı yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|