“Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                 

AZƏRBAYCANDA İSLAM İNQİLABI TƏDARÜKÜ
Tarix: 11-12-2011, 16:55 | Çap et
AZƏRBAYCANDA İSLAM İNQİLABI TƏDARÜKÜ

FARS-MOLLA REJİMİ İLƏ SAVAŞA HAZIR OLMALIYIQ

DİA.AZ: - İran artıq Azərbaycana qarşı aqressiyasını artırır. Hətta Prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun İrana səfəri də ölkəmizə olan molla küdurətinin azalmasına nədən ola bilmədi. Sanki bir cəbhə açılıbmış kimi, sanki bir cəbhə xəbərini gözləyən kimi bütün diqqətlər Tehrana yönəlib, bu dəfə Tehranın hansı təbliğatının hədəfinə çevrilməyimizi gözləməkdəyik.

Əli Həsənovun İran səfərinin yekunları ilə bağlı az öncə yayılan məlumatlarda bildirilirdi ki, PA rəsmisi Tehranda Azərbayanın mənafelərinə zidd bir razılaşmaya nail olub. Və bu razılaşmaya görə, hazırda həbsdə saxlanılan dindarların azadlığa buraxılmasından tutmuş, Azərbaycanın efir məkanında Bütöv Azərbaycan mövzusunun qapadılmasına qədər çox təhlükəli müddəalar yer alıb.

Lakin az keçmədi ki, İran tərəfi razılaşmanı pozdu. Qısa müddət içində Azərbaycan dövlətinə verilən vədinə tüpürən fars-molla rejimi yenə də ənənəvi qaydada ölkəmizə, dövlətimizə, dövlət rəhbərliyimizə və millətimizə yönəlik təhqirlərini yağdırmağa başlayıblar. Təbii ki, bütün bu əleyhdarlığı görünməyən tərəfləri də var.

Bu barədə yayılan məlumatlarda deyilir ki, İran Azərbaycan iqtidarını İsrail dövləti ilə çox sıcaq ilişgilərindən dolayı hədəfə alıb. Hətta Azərbaycanın İran əleyhinə kəşfiyyat materiallarının toplanmasında Tel-Əvivə çox mühüm dəstək verməsi barədə İranda məlumatların olduğu da bildirilir.

Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycanın Dağlıq Qarabağ ərazisinə aid hava məkanında düşmən ermənilər bir pilotsuz kəşfiyyat təyyarəsini vurdular. Rəsmi Bakı belə bir hərbi imkana malik olmadığını dərhal açıqladı. Və bu zaman ortaya suallar çıxdı: Vurulan təyyarə kimindir? Dərhal da müvafiq araşdırmaların yekunu barədə çox ciddi məlumatlar yayıldı. Vurulan pilotsuz təyyarə Tel-Əvivə aiddir.

Və bu zaman xəbər portallarının birində belə bir xəbər yayıldı ki, həmin pilotsuz təyyarələr əslində İranla bağlı kəşfiyyat məlumatları toplayır və İsrailə məxsusdur. Lakin həmin təyyarələr Azərbaycandan idarə olunur. Təyyarənin Qarabağda vurulmasına isə Rusiyanın Ermənistandakı hərbi imkanları hesabına nail olunub. Sadəcə olaraq, ermənilər bu aksiyanı öz uğurları kimi təqdim etdilər. Digər tərəfdən, bir məsələ də var ki, Azərbaycanın Dağlıq Qarabağda hansısa pilotsuz təyyarə ilə kəşfiyyat uçuşları etməsi elə də ciddi zərurət hesab olunmur. Çünki ərazi barədə ölkəmizin müvafiq qurumlarında yetərincə bilgilər var və ermənilərə aid hərbi birləşmələrin istənilən bir hərəkəti tam nəzarət altındadır.

Vurulan pilotsuz təyyarə ilə bağlı yayılmış xəbərdə qeyd olunurdu ki, həmin təyyarə İsrailə aiddir və daha 6 pilotsuz təyyarə bu gün Azərbaycan ərazisindən idarə olunur.

Məhz bu səbəbdən rəsmi Tehranın Azərbaycana qarşı daha aqressiv olduğunu bildirən məlumatlı mənbələr söyləyir ki, buna adekvat olaraq ölkəmizi həm mətbu müstəvidə və həm də hərbi məsələdə hədəfə alan fars-molla rejimi bu gün Ermənistana çox ciddi dəstək verməkdədir. Bu dəstəyin içinə erməni kəşfiyyatının məlumatlandırılması ilə yanaşı, İranın Aərbaycanda yerləşdirə bildiyi agenturanın Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsnə qədər bütün təhlükəli məqamlar yer almaqdadır.

Və bütün bunlara qarşılıq olaraq rəsmi Bakı Tehrana öz elçisini barışıq üçün yolladı. Lakin göründüyü kimi barışıq əldə olunmadı. Hətta barışıq üçün İrana səfər edən PA rəsmisi Əi Həsənovun özü belə iki gün əvvəl fars-molla rejiminin mətbuatında hədəfə çevrildi. İranlı ayətullah «Hicabın islama dəxli yoxdur» ifadəsinə görə Əli Həsənovun cəzalandırılmasını da tələb etdi.

Onu da qeyd edək ki, buna qədər də iranlı terrorçular ölkə başçısı İlham Əliyevi hədəfə çevirdilər. “Ənsari-Hizbullah” təşkilatının Təbriz bölməsinin rəhbəri, axund Ruhullah Becani İran prezidenti Mahmud Əhmədinejada yazdığı məktubunda rəsmi Tehranın Azərbaycana «hövsələli münasibətindən» narazı qaldığını bildirməklə yanaşı, Azərbaycan prezidentinin ünvanına kəskin ifadələr də işlədərək bildirdi ki, «əgər siz (İran hakimiyyəti nəzərdə tutulur -red.) İlham Əliyevin əl-ayağını yığışdırmasanız, o zaman biz tədbir görməli olacağıq».

Onu da bildirək ki, buna qədər də molla rejimi Azərbaycanda bir yazıçını qətlə yetirdi. Hər halda Rafiq Tağının qətlində fars barmağının olmasını gizləmtək ansısa məntiqə söykənə bilməz. Bu hadisə isə İranın Azərbaycanda istədiyini edə bilməsi barədə rəsmi Bakıya ünvanlanan bir ismarıc kimi qəbul olundu.

Xatırladaq ki, molla rejimi mərhum prezident Heydər Əliyevin zamanlarında da ədazəsini aşırdı. O zamanlar İrana aid hərbi təyyarələr iki gündən bir ölkəmizin hava sərhədlərində qanunsuz uçuşlar edirdilər. Molla rejiminin bu əzələ nümayişinə Türkiyənin dəstəyi ilə son qoyuldu. Belə ki, qardaş Türkiyənin Hava Qüvvələrinə aid «Türk yıldızları» hərbi birləşməsinin 10 qırıcı təyyarəsi Bakıda şou xarakterli uçuşlar etdilər. Əslində bu uçuşlar rəsmi Bakının arxasında Türkiyənin dayandığının təzahürü idi. İran da siqnalı doğru qəbul edərək ölkəmizin hava məkanını təhdid etməsini durdurdu.

İndi isə vəziyyət daha acınacaqlı bir şəklə düşüb. Artıq İran hansısa əndazəni nəzərə almadan üzərimizə gəlməkdədir. Son olaraq isə İranın qudurğanlığının daha bariz nümunəsi ortaya çıxıb. Fars-molla rejiminin “Səhər” kanalında Azərbaycanın hökumət nümayəndələrinə terror edilməsi ilə bağlı çağırış səsləndirilib.

Bu barədə yayılan məlumatlara görə, sözügedən telekanalda çıxış edən “Ənsari-Hizbullah” təşkilatının Təbriz bölməsinin rəhbəri, axund Ruhullah Becani belə bir çağırış səsləndirib: “Rafiq Tağının qətli sionizmin işidir. Əgər möminlər Rafiq Tağının fətvasını icra etmək istəsəydilər, bunu əvvəl də edərdilər”.

“Şiəni yaşadan Aşura mədəniyyətidir” deyən Ruhullah Becani Azərbaycan hökumətinin bu mərasimdən çəkindiyini iddia edib.

“Azərbaycanda şiəliyi qoruyub saxlamağa çalışan möminlər var. Azərbaycan İslam Respublikasını qurmaq istəyənlər mütləq qələbə qazanacaqlar”-deyə, axund çıxışnda söyləyib.
Hər halda, İranın Azərbaycana rel münasibətinin göstəricisi kimi məhz bu cümləni qəbul edə bilərik: «AZƏRBAYCAN İSLAM RESPUBLİKASINI QURMAQ İSTƏYƏNLƏR MÜTLƏQ QƏLƏBƏ QAZANACAQLAR»…

Onu da bildirək ki, dünən İranın bir başqa portalında da Azərbaycan əleyhinə yeni bir çıxışla bağlı məlumatlar yerləşdirilib. Həmin məlumatı da olduğu kimi diqqətinizə çatdırırırq: “"Arannews"in məlumatına əsasən, Ayətullah Haşim Haşimzadə şənbə günü İmam Hüseyn (ə) məscidinə toplaşan Təbriz camaatı arasındakı söhbətlərinin davamında dedi: "Bu ölkədə bir gün hicab qadağan olur, bir gün İslamın təbliğinə qadağa qoyulur, ya məhdudiyyətlər yaradılır, bir gün islamçılar Bakı zindanlarında işgəncə olunur, ya öldürülür".

Ayətullah Haşimzadə bildirdi: "Bakı hökuməti (bizim dövləti molla rejimi belə adlandırır –red.) və onun Milli Məclisi deyirlər ki, İslam təbliğçilərinin ilahi hökmləri təbliğ etmək haqqı yoxdur, ölkə vətəndaşları də İslam Elm Dairələrində İslamı öyrənə bilməzlər. Halbuki, Quran İslam dininin təbliğinə əmr edir. Bu Quranla zidd deyilmi?"

O, artırdı: "İslami oyanışın dünyanı tərpətdiyi, islamçıların Tunis və Misirdə ayağa qalxdığı, ABŞ və Avropa kimi qeyri-İslami ölkələrdə müsəlmanlar azadcasına İslam səsini ucaltdığı, günün bütün imkanlarından istifadə edərək İslamı təbliğ etdiyi bir dövrdə Bakı hökuməti və onun məclisi –necə deyərlər milli– xalqın əksəriyyətinin istəyinin əksinə olan anti-İslam hərəkətləri, kommunist rejiminin anti-dini cahiliyyət dövrünə qayıdıb və o dövrdən dərs alaraq hicabı qadağan edir".

Onun dediklərinə görə dünya insan haqları bəyannamələrində azad olan haqlar, Azərbaycan hökuməti tərəfindən aşkar surətdə pozulur, qadağan olur. Bu da həmin dindən dönmədir.

Ayətullah Haşim Haşimzadə dedi: "Mən belə düşünürəm ki, bu, anti-İslam Bakı dövlətinin süqut səsidir. Çünki tarixi təcrübə göstərir ki, 80 il bundan qabaq quldur Rzaxan öz var gücü ilə İslamla mübarizəyə qalxdı; islami hicabı, imam Hüseyn (ə) məclisini, dinin təbliğini qadağan etdi. Amma bu gün onun hökuməti tarixin zibil qutusundadır, tarixdə onun və ailəsinin rüsvaylıq və bədnamlığından başqa bir şey qalmayıb".

O, İran İslam dövlət və xalqının Azərbaycan dövləti və xalqı üçün xeyirxah və dost qonşu olmasını, həmişə onların xeyrini istədiklərini vurğulayaraq, artırdı: "Biz müsəlman İran xalqı Bakı başçılarına xeyirxahlıq və nəsihət üzündən söz deyirik və ümidvarıq ki, eşidilə və məqbul sayıla, onları İslam və İslam ümmtinin ağuşuna qaytara"”.

Və bütün bu məsələlərə söykənərək yalnız bir məsələni qeyd etmək olar. Azərbaycan-İran münasibətləri artıq təhlükəli nöqtəni belə keçmək üzərədir. Hətta bu təhlükəlilik həddi ölkəmizi İranla hərbi toqquşmaya qədər apara bilər. Çünki qarşımızda dayanan fars-molla rejimi batmaqda olan bir gəmidir. Elə buna görə də aqressivdirlər. Cəhənnəmə gedənə isə bizim yoldaş olmağımız ən təhlükəli seçim ola bilər. Elə buna görə də Azərbaycan 1-ci dünya müharibəsinin başlanmasına nədən olan Avstriya-Macarıstan taxt-tacının vəliəhdi ershersoq Frans-Ferdinəndın aqibətini yaşamalı deyil. Yəni necə ki, bu cahan savaşı onun ölümü ilə başladı, eləcə də biz regionumuzun qismətinə yazılmış 3-cü cahan savaşının qurbanlığı olmalı deyilik.

DİA.AZ Ekspert Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru