Dolları 2 manata qaldırmaq istəyirlər... - BELƏ HARA GEDİRİK?..
Tarix: 2-09-2024, 08:42 | Çap et
 "Son vaxtlar cəmiyyətdə dolların bahalaşacağından dolayı ciddi narahatlıq var. Bu barədə düşünənlər arasında hakim fikir ondan ibarətdir ki, bir dollar iki manata qədər bahalaşa bilər. Maraqlıdır, dolların kursu dünyada ucuzlaşmağa doğru meylli olduğu, ABŞ-ın dövlət borcu maksimum həddə - 6 trilyon dollara çatdığı, Amerika dövlət büdcəsinin defolt (müflisləşmə) ərəfəsində olduğu bir dövrdə Azərbaycan vətəndaşlarının dolların bahalaşmasından dolayı əndişəsi nədən qaynaqlanır?" Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə iqtisadçı-ekspert Akif Nəsirli çıxış edib.
O daha sonra əlavə edib: "Əvvəla onu qeyd edək ki, ölkə əhalisinin bu istiqamətdə yaxın keçmişdən qalan bir təcrübəsi var - 2015-ci ildə baş verənləri hələ cəmiyyət unutmayıb. Həmin vaxt baş verən devalvasiyadan əvvəl nələr baş verdiyini, hər ay hərraclarda nə qədər dollar satıldığına yalnız peşəkar iqtisadçılar diqqət yetirirdi. Amma devalvasiya baş verəndən sonra bütün cəmiyyətə izah edildi ki, bu proses ölkənin valyuta ehtiyatlarının "əriməsinə" bağlı olan məsələdir. Devalvasiya baş verməsə idi, bir neçə ay ərzində hökumətin valyuta ehtiyatları - maliyyə "yastığı" tamamilə tükənəcəkdi və Mərkəzi Bankın əlində hərraca çıxarmağa valyuta qalmayacaqdı. Nəticədə ölkəyə yerli tələbat mallarının idxalında ciddi problemlər yarana, mağazalarımızın vitrinləri boşala, ciddi ərzaq və digər gündəlik tələbat mallarının çatışmazlığı baş verə bilərdi.
Hazırda yuxarıda qeyd edilən dövrə bənzər şəkildə kommersiya banklarının dollara tələbatı artıb. Belə ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 62 valyuta hərracında 4 milyard 795.2 milyon ABŞ dolları satılıb. AMB öz ehtiyatları hesabına valyuta satışları həyata keçirir. AMB-nin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-avqust aylarında keçirilən valyuta hərraclarında banklara 2 milyard 296.1 milyon ABŞ dolları satılıb. Cari ilin avqust ayında keçirilən 9 valyuta hərracında isə valyuta satışının məbləği 649.1 milyon dollar təşkil edib. Bu baxımdan cəmiyyətin narahatlığı anlaşılandır.
Amma məsələ burasındadır ki, 2015-ci ildə baş verən devalvasiya ərəfəsində neftin dünya bazarında qiyməti kəskin ucuzlaşaraq, bir bareli 18-20 dollara qədər düşmüşdü. Ona görə də, bir tərəfdən dollara tələbat valyuta ehtiyatlarını sürətlə əridir, digər tərəfdən isə neft satışından gələn cüzi valyuta itkiləri bərpa edə bilmirdi. Bu halda hökumətin devalvasiyadan başqa seçim imkanı qalmırdı".
Dia-az.İnfo bildirir ki, "bəs indi vəziyyət necədir, həmin dövr tamlığı ilə təkrarlanırmı?" sualına cavabında isə A.Nəsirli bunları deyib: "Hazırda ötən ilin eyni dövrü ilə müqayisədə dollara tələbat 2,1 dəfə artsa da, bu ilin 8 ayı ərzində AMB-nin valyuta ehtiyatları azalmayıb, əksinə artıb. Belə ki, 31.01.2024-cü il tarixə AMB-nin valyuta ehtiyatı 11 milyard 637 milyon ABŞ dolları olduğu halda, 31.07.2024-cü il tarixdə bu göstərici 11 milyard 765.7 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, valyutaya tələbat artsa da, hökumətin manatın məzənnəsini qorumaq üçün bütün imkanları 2015-ci ildəki kimi tükənməyib. Bu imkan isə neft-qazın qiymətlərinin dünya bazarında sabitləşməsi və ölkənin müəyyən qədər qeyri-neft sektoru məhsullarının ixracıdır. Çünki idxal ölkə daxilində valyutaya tələbatı artırır, ixrac isə bizə valyuta gətirir. Bu balans müsbət saldoya malikdirsə, ölkə daxilində heç bir maliyyə problemi gözlənilmir. Bu ilin 8 ayı ərzində təxminən 4,9 milyard dollar hərraclarda satılsa da, ölkəyə ümumi ixracatdan 20 milyard dollardan çox vəsait daxil olub. Yəni müsbət saldomuz 15 milyard ABŞ dolları təşkil edir.
Nəticə olaraq qeyd edək ki, yalnız bir indiqator üzrə - ölkə daxilində dollara tələbatın artması manatın dollara nisbətən məzənnəsinin ucuzlaşmasına, yəni dolların bahalaşmasına təhdid yaradır. Digər indiqatorlar isə sabit olaraq qalır. Yəni hökumətin hazırkı kursu sabit saxlamaq üçün geniş imkanları var.
Lakin biz arzu edərdik ki, hökumət qeyri-neft sektorunun istehsal və ixrac potensialını artırmaqla, ölkə daxilində xarici valyutaya tələbatı azaltmağa nail olsun və manatı sərbəst dəyişən valyuta kimi "üzən məzənnə" rejimində tənzimlənməsinə keçsin".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
• “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22 |
|
|
|
• ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19 |
|
|
|
• "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15 |
|
|
|
• Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12 |
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
|